İQTİSADİYYAT


Azərbaycanın Rusiyada ilk ticarət evi Arxangelsk vilayətində açılacaq

Moskva, 28 may, AZƏRTAC

Azərbaycanın Rusiyada ilk ticarət evi Arxangelsk vilayətində açılacaq.

Arxangelsk vilayətində səfərdə olan İmişli Rayon İcra hakimiyyətinin başçısı Vilyam Hacıyevin rəhbərliyi ilə nümayəndə heyətinin iqtisadi inkişaf naziri Semyon Vuymenkov ilə görüşündə bu barədə danışıqlar aparılıb.

Nümayəndə heyəti həmçinin qubernator İqor Orlov ilə görüşüb və Arxangelsk vilayəti kiçik və orta sahibkarlığın inkişafı ilə bağlı konfransda da iştirak edib.

Arxangelsk vilayətinin iqtisadi inkişaf naziri Semyon Vuymenkov ilə görüşdə ticarət-iqtisadi əlaqələr, habelə regionda Rusiyada ilk Azərbaycan ticarət evinin yaradılması məsələləri müzakirə olunub.

Nazir S.Vuymenkov qeyd edib ki, yeni Azərbaycan ticarət evi Arxangelskin tarixi binalarından birində yerləşəcək. Bu məqsədlə binada təmir-bərpa işləri aparılacaq.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.