SİYASƏT


Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Sankt-Peterburqun və Rusiyanın Şimal-Qərb regionunun müftisi ilə görüşüb

A+ A

Moskva, 21 noyabr, AZƏRTAC

Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Sultan Qasımov Sankt-Peterburqun və Rusiyanın Şimal-Qərb regionunun müftisi Ravil-Həzrət Pançeyev ilə görüşüb.

Baş konsulluğun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, səmimi dostluq şəraitində keçən görüşdə ikitərəfli münasibətlər və regionda Azərbaycan mədəniyyətinin, ənənələrinin və mənəviyyatın inkişafı üzrə qarşılıqlı fəaliyyət məsələləri müzakirə edilib. Ravil-Həzrət Pançeyev ölkəmizin bir sıra sahələrdə sürətli inkişafını qeyd edib və Azərbaycanda dini-mənəvi dəyərlərə böyük əhəmiyyət verilməsindən məmnun olduğunu bildirib. Müftinin fikrincə, Azərbaycan rəhbərliyi və şəxsən Prezident İlham Əliyev milli-mənəvi dəyərlərin, dini və mədəni abidələrin qorunub saxlanmasına böyük diqqət və qayğı göstərir. Müfti xüsusi vurğulayıb ki, çoxmillətli və çoxkonfessiyalı Azərbaycanda bütöv bir dövr ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.

Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Sultan Qasımov Azərbaycan diasporunun fəal dəstəklənməsinə görə təşəkkürünü bildirib, bu iki qurum arasında qarşılıqlı fəaliyyətin vacibliyini qeyd edib.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.