SİYASƏT


Azərbaycanın Türkiyədəki səfiri diplomatik nümayəndəliklər adından Anıtqəbiri ziyarət edib

Ankara, 29 oktyabr, AZƏRTAC

Azərbaycanın səfiri Faiq Bağırov Türkiyə paytaxtındakı diplomatik korpusun duayeni olaraq Ankarada akkreditasiya olunan diplomatik nümayəndəliklərin rəhbərləri adından Türkiyənin milli bayramı – Respublika günü münasibətilə Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərəni - Anıtqəbiri ziyarət edib.

Mustafa Kamal Atatürkün məzarı önünə əklil qoyan səfir diplomatik korpus adından Anıtqəbirin “Xatirə kitabı”na ürək sözlərini yazıb.

Azərbaycanın Ankaradakı səfirliyinin əməkdaşları ziyarətdə iştirak ediblər.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.