İDMAN


Azərbaycanın U-17 komandası Bakı və Belqradda hazırlıq keçəcək

A+ A

Bakı, 10 oktyabr, AZƏRTAC

On yeddi yaşadək futbolçulardan ibarət Azərbaycan yığması oktyabrın 11-dən 13-dək Bakıda, 14-21-dək isə Serbiyanın Belqrad şəhərində təlim-məşq toplanışında olacaq.

AZƏRTAC xəbər verir ki, hazırlıq keçəcək millimiz oktyabrın 22-dən 31-dək Rumıniyanın paytaxtı Buxarestdə Avropa çempionatının ilkin seçmə mərhələsində iştirak edəcək.

Yığmanın hazırlıq proseslərinə Məhəmməd Can Tuncer (“Altınordu”, İzmir, Türkiyə), Nicat Mehbalıyev (“İnter”), Nail Alışov (“Neftçi”), İzzət Muştaqov (“Qəbələ”), Fərid Nadirov (“Qəbələ”), Şahan Akyüz (“Altınordu”, İzmir, Türkiyə), Onur Taha Takır (“Altınordu”, İzmir, Türkiyə), Rüstəm Nuruyev (“Qəbələ”), Egehan Gök (“Altınordu”, İzmir, Türkiyə), Vüsal Mustafayev (“Qəbələ”), Şakir Seyidov (“Vətən”), Turan Vəlizadə (“Fənərbağça”, İstanbul, Türkiyə), Mutlu Aksu Doğan (“Altınordu”, İzmir, Türkiyə), Məhəmməd Abbaslı (“Qəbələ”), Tahir Zeynalov (“Vətən”), Fərid Mahmudov (“Neftçi”), Xəqani Sadıxov (“Qarabağ”) və Kamran Quliyev (“Qəbələ”) dəvət olunublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.