İDMAN


Azərbaycanın U-17 komandası Gürcüstan yığmasının qapısından üç cavabsız top keçirib

A+ A

Bakı, 6 avqust, AZƏRTAC

Futbol üzrə 17 yaşadək qızlardan ibarət Azərbaycan milli komandası yoldaşlıq oyunu keçirib.

AZƏRTAC xəbər verir ki, Bakıda Gürcüstanın 19 yaşadək futbolçulardan ibarət yığması ilə qarşılaşan millimiz 3:0 hesablı qələbə qazanıb. Komandamızın qollarını Rövşanə Sərdarlı, Vüsalə Seyfəddinova və Ayşən Əhmədova vurublar.

Xatırladaq ki, komandalar arasında iki gün əvvəl keçirilmiş oyunda da millimiz qələbə qazanıb - 2:0.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.