İDMAN


Azərbaycanın U-17 millisinin çıxışı müzakirə olunub

A+ A

Bakı, 22 avqust, AZƏRTAC 

Avqustun 22-də AFFA-nın inzibati binasında baş katib Elxan Məmmədov Məşqçilər Komitəsinin üzvləri və texniki direktor Bernhard Lippertlə ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşün əsas müzakirə mövzusu 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması olub. Yığmanın Qazaxıstanda təşkil olunmuş “Prezident kuboku” turnirində çıxışı barədə ətraflı müzakirə aparılıb. İclasda komandanın qarşıdakı yarışlarda daha yaxşı nəticələr göstərməsi üçün müvafiq təklif və tövsiyələr səsləndirilib.

Qeyd edək ki, Azərbaycan millisi “Prezident kuboku”nda beşinci yeri tutub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.