İDMAN


Azərbaycanın U-19 komandası Avstriya yığması ilə qarşılaşıb

A+ A

Bakı, 5 oktyabr, AZƏRTAC 

On doqquz yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsində Azərbaycan yığması ilk oyununu keçirib.

AZƏRTAC xəbər verir ki, millimiz Litvanın Marijampole stadionunda Avstriya komandası ilə qarşılaşıb. Oyun 4:1 hesabı ilə avstriyalı futbolçuların xeyrinə başa çatıb. Yığmamızın heyətində Anton Krivotçuk fərqlənib.

Millimiz növbəti oyununu oktyabrın 6-da saat 15.00-da Bosniya və Herseqovina yığmasına qarşı keçirəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.