İDMAN


Azərbaycanın U-19 komandası Bosniya və Herseqovina yığması ilə qarşılaşıb

A+ A

Bakı, 7 oktyabr, AZƏRTAC 

On doqquz yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsində Azərbaycan yığması ikinci oyununu keçirib.

AZƏRTAC xəbər verir ki, Litvanın Marijampole şəhərindəki eyniadlı stadionda Bosniya və Herseqovina yığması ilə qarşılaşan komandamız 1:2 hesabı ilə məğlub olub. Yığmamızın heyətində Murad Xaçayev fərqlənib.

Futbolçularımız qrupda son oyununu oktyabrın 9-da saat 15.00-da Litva yığmasına qarşı keçirəcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.