İDMAN


Azərbaycanın U-19 komandası “İnter”ə minimal hesabla qalib gəlib

A+ A

Bakı, 5 dekabr, AZƏRTAC 

Bakıda təşkil olunmuş seleksiya xarakterli təlim-məşq toplanışı çərçivəsində 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması növbəti yoxlama oyununu keçirib.

AZƏRTAC xəbər verir ki, “İnter” klubunun əvəzedici komandası ilə qarşılaşan yığmamız 1:0 hesabı ilə qələbə qazanıb. Qolun müəllifi Fərid Nəbiyev olub.

Xatırladaq ki, yığmamız bundan əvvəlki oyununu birinci divizion təmsilçisi “Səbail” komandasına qarşı keçirərək 3:1 hesabı ilə qalib gəlmişdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.