İDMAN


Azərbaycanın U-19 komandası Sloveniyada hazırlıq keçəcək

A+ A

Bakı, 14 sentyabr, AZƏRTAC 

On doqquz yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının hazırlıq planı və heyəti müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, millimizin sentyabrın 16-dan oktyabrın 3-dək Sloveniyada təlim-məşq toplanışı keçiriləcək.

Hazırlıq prosesinə 27 oyunçu dəvət olunub. Heyətdə Nicat Süleymanov, Ruslan Hacıyev, Famil Camalov (hamısı “Qarabağ”), Yusif Cəfərov (“Kəpəz”), Fuad Bayramov (AZAL), Emin Quliyev, İsmayıl İbrahimli (hər ikisi MOİK), Qara Qarayev, Aqşin Quluzadə, Emil Əliyev (hamısı “İnter”), Tural Bayramlı, Əli Əliyev, Xaliq İbrahimov (hamısı “Sumqayıt”), Kamran İbrahimov, Anton Krivotsyuk, Ömər Buludov (hamısı “Neftçi”), Camal Camalov (“Zirə”), Sərxan Əhmədli (“Səbail”), Elnur Orucov, Süleyman Süleymanov, Amin Seydiyev, Hacıağa Hacıyev, Rövlan Muradov, Elvin Dəmirov, Fərid Nəbiyev (hamısı “Qəbələ”), Murad Xaçayev (“Şaxtyor”, Donetsk, Ukrayna), Ziya Əzizov (“Den Boş”, Hollandiya) yer alıblar.

Toplanış çərçivəsində yığmamızın iki yoldaşlıq oyunu keçirməsi nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.