İDMAN
Azərbaycanın U-19 millisinin Belarusda təlim-məşq toplanışı başlayıb
Bakı, 15 avqust, AZƏRTAC
Belarusun Orşa şəhərində futbol üzrə 19 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışı başlayıb.
AZƏRTAC xəbər verir ki, toplanışda Günay İsmayılova (“Fidan”), Nigar Abdulova, Arzu Əliyeva, Firəngiz Teymurova, Nərmin İsmayılova (hamısı “Təhsil”), Diana Məmmədova (UGİM, Krasnoyarsk, Rusiya), Mərvə Özdəmir, Dilge Uyğun, Alina Michaelis, Canan Bulut, Zehra İnceoğlu, Roza Quliyeva (hamısı “Ayntraxt”, Frankfurt, Almaniya), Vüsalə Hacıyeva (“Frankfurt”, Almaniya), Gülər Hənifəyeva, Kristina Bakarandze, Aygün Qurbanzadə (hər üçü “Neftçi”), Manə Mollayeva (“Qəbələ”), Leyli Qurbanova (“Zaqatala”) və Miray Çağla Kanpara (“Herta O3 Zehlendorf”, Berlin, Almaniya) iştirak edirlər.
Qeyd edək ki, hazırlıq prosesi çərçivəsində yığmamız Belarusun müvafiq yaş qrupuna aid komandası ilə 2 yoxlama oyunu keçirəcək.