İDMAN


Azərbaycanın U-21 komandası Almaniyada hazırlıq keçir

A+ A

Bakı, 5 oktyabr, AZƏRTAC

İyirmi bir yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində oktyabrın 7-də səfərdə Finlandiya komandası ilə qarşılaşacaq Azərbaycan yığması Almaniyanın Frankfurt şəhərinə təlim-məşq toplanışına yollanıb.

AZƏRTAC xəbər verir ki, komandanın düşərgəsinə Rahil Məmmədov, Fəhmin Muradbəyli (hər ikisi “Neftçi”), Mahir Mədətov, Şahrudin Maqomedaliyev (hər ikisi “Qarabağ”), Ehtiram Şahverdiyev, Bəhlul Mustafazadə, Sadiq Quliyev (hər üçü “Qəbələ”), Vüqar Mustafayev (“Zirə”), Tural Hümbətov, Kamal Mirzəyev, Rəşad Əzizli, Qvanzav Maqomedov (hamısı AZAL), Taşkın Sertan, Abbas Hüseynov (hər ikisi “İnter”), Orxan Əliyev (“Kəpəz”), Azər Salahlı, Tərlan Əhmədli, Yusif Nəbiyev (hər üçü “Sumqayıt”), Elnur Cəfərov (“NK Dugopolje”, Xorvatiya), Taşkın İlter (“Denizlispor”, Türkiyə) və Budaq Nəsirov (“Sportinq”, Portuqaliya) dəvət olunublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.