İDMAN


Azərbaycanın U-21 komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyununu keçirib

A+ A

Bakı, 7 sentyabr, AZƏRTAC 

İyirmi bir yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində “Dalğa Arena”da Azərbaycan və Farer adaları yığmaları qarşılaşıb.

AZƏRTAC xəbər verir ki, qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Yığmamızın qolunu Mahir Mədətov vurub.

Azərbaycan U-21 yığması seçmə mərhələnin 7-ci qrupunda 4-cü yerdə qərarlaşıb. Yığmamız son oyununu oktyabrın 7-də səfərdə Finlandiya komandasına qarşı keçirəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.