İDMAN


Azərbaycanın U-21 millisi Antalyada iki yoldaşlıq oyununda gücünü sınayacaq

Bakı, 9 yanvar, AZƏRTAC

Antalyada təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunları keçirəcək.

AZƏRTAC xəbər verir ki, yığmamız yanvarın 12-də Almaniyanın “Rot Veis Erfurt”, iki gün sonra isə Qazaxıstanın “Okjetpes” komandaları ilə qarşılaşacaq. Oyunlar, müvafiq olaraq, yerli vaxtla saat 15:00 və 17:00-da (Bakı vaxtı ilə saat 16:00 və saat 18:00) başlayacaq.

Hazırlıq prosesində millimizin heyətində Fəhmin Muradbəyli, Sənan Əlizadə (hər ikisi “Neftçi”), İlyas Səfərzadə, Kamran Nəsirov, Mahir Mədətov (hər üçü “Qarabağ”), Qismət Alıyev, Ramil Həsənov, Ehtiram Şahverdiyev, Bəhlul Mustafazadə, Roman Hüseynov (hamısı “Qəbələ”), Oleq Hüseynov, Taşkın Sertan (hər ikisi “İnter”), Xəyal Nəcəfov, Yusif Nəbiyev (hər ikisi “Sumqayıt”), Əli Nuri (“Kəpəz”), Təyyar Məmmədov (“Səbail”), Elnur Cəfərov (“NK Dugopolje”, Xorvatiya), Serkan Baloğlu (“Ştutqart”, Almaniya), Ozan Can Kokcu (“Feyenoord”, Hollandiya) və Dmitri Fastov (“Dinamo Kiyev”, Ukrayna) iştirak edirlər.

Qeyd edək ki, Rusiya və Türkiyə klublarının üzvü olan bir neçə futbolçunun toplanış dövründə baxışa dəvət olunması nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.