İQTİSADİYYAT
Azərbaycanın Ukraynanın Sumı vilayəti ilə əməkdaşlığının yeni inkişaf istiqamətləri müzakirə edilib
Bakı, 27 may, Laçın Sultanova , AZƏRTAC
Ukraynanın Sumı Vilayət Dövlət Administrasiyasının başçısı Nikolay Kloçko Azərbaycana işgüzar səfər edib.
Ukraynanın Azərbaycandakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, səfər Ukrayna səfirliyi ilə Azərbaycanın Xarkovda fəxri konsulu Əfqan Salmanovun birgə səyləri ilə təşkil edilib.
Sumı Vilayət Dövlət Administrasiyasının başçısı Nikolay Kloçko səfər çərçivəsində Azərbaycanın iqtisadiyyat və sənaye nazirinin müavini Niyazi Səfərov, kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev və SOCAR-ın vitse-prezidenti Elşad Nəsirovla danışıqlar aparıb.
Ukrayna səfirliyində hesab edirlər ki, bu səfər neft-qaz sənayesinə istiqamətlənən maşınqayırma kompleksində böyük potensialı, kənd təsərrüfatı sahəsində geniş imkanları olan Sumı vilayəti ilə Azərbaycan arasında əməkdaşlığın inkişafında yeni istiqamətlər açır.