ELM VƏ TƏHSİL


Azərbaycanın Vikipediyada daha bir uğuru

Bakı, 23 iyun, AZƏRTAC 

Vikipediyanın Azərbaycan dilində olan bölməsində hazırda 120 min 575 məqalə var.

Son illərdə bu virtual ensiklopediyada ana dilimizdə məqalələrin yaradılmasında böyük fəallıq müşahidə olunur.

AMEA-nın Mərkəzi Elmi Kitabxanasından (MEK) AZƏRTAC-a verilən məlumata görə, son bir həftədə Azərbaycan dilində vikipediya (Azviki) iki pillə irəliləyiş əldə edib. Bir necə gün bundan əvvəl hind dilində olan vikipediyanı keçərək 55 pillədə qərarlaşan Azviki dünən Volapük dilində olan vikipediyanı da keçərək 54-cü pilləyə yüksəlib. Hədəf ən qısa zamanda ilk əlliliyə daxil olmaq və beləliklə həm kəmiyyət, həm də keyfiyyət baxımından yüksək inkişaf əldə etməkdir.

MEK-in sərbəst elektron resuslarla iş şöbəsinin əməkdaşları Vikipediya elektron ensiklopediyasının Azərbaycanda kütləviləşdirilməsi istiqamətində işlərinə davam etməkdədir. Mərkəzdə Vikipediya ilə bağlı öyrədici seminarlar, görüşlər və tədbirlər müntəzəm formada təşkil edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.