MƏDƏNİYYƏT
Azərbaycanın Xalq artistləri İtaliyada ustad dərsi keçəcək
Bakı, 18 mart, AZƏRTAC
Martın 19-dan 26-dək İtaliyanın Florensiya şəhərinin L.Kerrubunu adına Konservatoriyasında “Erasmus” layihəsi çərçivəsində ustad dərsləri təşkil olunacaq.
AZƏRTAC xəbər verir ki, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası və Florensiya Konservatoriyasının birgə layihəsi əsasında reallaşacaq ustad dərsləri çərçivəsində konsert proqramı da təqdim ediləcək.
Ustad dərsləri və konsert Bakı Musiqi Akademiyasının professorları, tanınmış vokalçılarımız Xalq artistləri Xuraman və Fidan Qasımova bacıları tərəfindən keçiriləcək.
Qeyd edək ki, layihə ölkələrarası mədəni əlaqələrin möhkəmləndirilməsini təmin etmək və milli mədəniyyətlərin mübadiləsini həyata keçirmək məqsədi daşıyır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.06.2023 [11:42]
Azərbaycan bəstəkarının dərsliyi Almaniyada nəşr olunub
- 19.06.2023 [07:12]
Azərbaycanlı vokalçı beynəlxalq müsabiqədə çıxış edəcək
- 03.04.2023 [15:26]
“Şuşanın tanınmış soyları”: Mirzə Sadıqcan
- 03.04.2023 [15:14]
Filarmoniyada Abonement konsertlər təşkil edilib
- 30.03.2023 [15:25]
Qara Qarayevin 105 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib
- 30.03.2023 [14:57]