İDMAN
Azərbaycanın akrobat gimnastları 27-ci Avropa çempionatında dördüncü sırada qərarlaşıblar
Bakı, 5 oktyabr, AZƏRTAC
Almaniyanın Riza şəhərində akrobatika gimnastikası üzrə 27-ci Avropa çempionatının qalibləri müəyyənləşib.
Azərbaycan Gimnastika Federasiyasından AZƏRTAC-a bildiriblər ki, yarışlarda ölkəmiz böyüklərin proqramı ilə çıxış edən qadın qrupu ilə təmsil olunub. Aynur Hüseynova, Lalə Hüseynova və Nərmin Ramazanovadan ibarət üçlük çoxnövçülük yarışlarında dördüncü yerdə qərarlaşıb. Lalə Hüseynovanın zədəli olmasına baxmayaraq, gimnastlarımız beşinci yeri tutduqları birinci Avropa Oyunlarından ötən qısa dövrdə bu növ üzrə daha yaxşı nəticə əldə ediblər.
Təsnifat mərhələsinin nəticələrinə əsasən, qadın qrupu hər iki finala vəsiqə qazanıb. Balans hərəkətlərində qrup 27,640 xal toplayaraq üçüncü sırada qərarlaşan Rusiya təmsilçilərindən cəmi 0,06 xal geri qalıb.
Sürətli hərəkətlərin finalında qadın qrupumuz 5-ci yerdə qərarlaşıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [14:51]
NBA-da müntəzəm mövsümün ən yaxşı oyunçusu bəlli olub
- 24.04.2024 [14:14]
Azərbaycan avarçəkənləri lisenziya turnirində iştirak edəcəklər
- 24.04.2024 [13:54]
Azərbaycan tennisçisi beynəlxalq yarışda medal qazanıb
- 24.04.2024 [12:54]
“Azərreyl”in voleybolçusu: Fantastik mövsüm və gözəl sonluq oldu
- 24.04.2024 [12:30]
“Neftçi”nin iki futbolçusu “Qarabağ”la matçı buraxacaq
- 24.04.2024 [12:20]
Samir Abasov: “El-Klasiko”nu analiz etmək mənə düşməz
- 24.04.2024 [11:33]
Şahmat üzrə Azərbaycan çempionatında ikinci finalçı bəlli olub
- 24.04.2024 [11:08]