Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Azərbaycanın aqrar sektoru müstəqillik illərində: tənəzzüldən inkişafa gedən yol

Hazırda özünü bir çox kənd təsərrüfatı məhsulları ilə təmin etməyə nail olan Azərbaycan ixrac potensialının genişləndirilməsi istiqamətində sistemli iş aparır

Bakı, 14 noyabr, AZƏRTAC

Ölkə iqtisadiyyatının, eləcə də onun tərkib hissəsi kimi kənd təsərrüfatının idarəolunmaz hala düşdüyü bir vəziyyətdə xalqın təkidli tələbi ilə Heydər Əliyevin hakimiyyətə qayıdışı iqtisadi sferada da dərin böhranın aradan qaldırılması ilə nəticələndi. Azərbaycan iqtisadiyyatında başlanan yeni inkişaf mərhələsi fonunda Ulu Öndərin diqqət yetirdiyi əsas sahələrdən biri də kənd təsərrüfatı oldu. Aqrar sahədə başlanan islahatlar kənd təsərrüfatında tənəzzülün qarşısını aldı və onu yeni inkişaf yoluna çıxardı.

1996-cı ildə “Torpaq islahatı haqqında” Qanun qəbul edildi. Keçmiş SSRİ məkanında ilk dəfə Azərbaycanda torpaqlar kəndlilərə verildi. Müstəqillik illərində həyata keçirilən aqrar islahatların nəticələrini 20 il sonra qiymətləndirəndə bu strategiyanın nə qədər uzaqgörənliklə müəyyənləşdirildiyinin şahidi oluruq.

Təkcə elə bir faktı göstərmək kifayətdir ki, 1990-1995-ci illərdə ölkədə kənd təsərrüfatı məhsulları istehsalının həcmi 45 faizdən çox azaldığı halda, 1995-2015-ci illərdə aqrar sahə real ifadədə 2,4 dəfə, o cümlədən bitkiçilik sahəsi üzrə 2,3 dəfə, heyvandarlıq sahəsi üzrə isə 2,5 dəfə artıb. Həyata keçirilən islahatlar sayəsində dövlətin iqtisadi münasibətlərdə və mülkiyyət üzərində total şəkildə hakim olduğu bir sistemdən azad bazar münasibətlərinə və özəl mülkiyyətə əsaslanan sistemə keçid təmin edilib. Ölkədə 2003-2014-cü illərdə yoxsulluq səviyyəsinin 10 dəfə azaldılmasına bu amil də mühüm təsir göstərib.

Kənd təsərrüfatı məhsullarının istehsalı faktiki qiymətlərlə son 20 ildə orta hesabla hər il 11,4 faiz artaraq, 2014-cü ildə 5225.8 milyon manat olub. Son illərə qədər bitkiçilik məhsullarında ümumi məhsul istehsalı faktiki qiymətlərlə heyvandarlıq məhsullarına nisbətən daha çox artıb. 2014-cü ildə isə ümumi məhsul istehsalının 53,1 faizi heyvandarlıq, 46,9 faizi bitkiçilik məhsulları istehsalının payına düşüb. Bitkiçilik məhsulları arasında dənli və dənli paxlalılar, kartof, pambıq, tütün, şəkər çuğunduru, çay, meyvə və tərəvəz, heyvandarlıq məhsulları arasında isə ət, süd, yumurta, yun və bal üstünlük təşkil edib. Statistik məlumatlara əsaslanaraq söyləmək olar ki, ölkədə gəlirlilik səviyyəsinə görə bitkiçilik heyvandarlığa nisbətən daha gəlirli sahədir.

Respublikada mal-qara və quşların sayı son 30 ildə nəzərəçarpacaq dərəcədə artıb. Orta hesabla hər il inəklərin ümumi sayında 2,1 faiz, qoyun və keçilərin sayında 1,5 - 4,7 faiz, quşların sayında isə 1 faiz artım qeydə alınıb.

Kənd təsərrüfatı istehsalının ən azı 30 faizi emal sənayesində xammal kimi istifadə olunur. Ümumi məhsul buraxılışının 10 faizi ixraca yönəlir.

Aqrar sektora dövlət dəstəyi hökumətin daxili iqtisadi siyasətində çox önəmli rol oynayır. Belə ki, təkcə 2015-ci ildə kənd təsərrüfatına dövlət maliyyə dəstəyinin ümumi məbləği, vergi güzəştləri də nəzərə alınmaqla, 1 milyard manata yaxın olub.

Rəsmi statistikaya görə, ölkənin kənd təsərrüfatı və ərzaq məhsulları ilə özünütəminetmə səviyyəsi son illər nəzərəçarpacaq dərəcədə artıb. Hazırda ölkəmizdə müvafiq ərzaq məhsulları ilə özünütəminetmə səviyyəsi belədir: mal əti 92 faiz, qoyun əti 99 faiz, quş əti 98,6 faiz, yumurta 99 faiz, süd və süd məhsulları

80 faiz, taxıl 60 faiz, tərəvəz 103 faiz, kartof 90 faiz, bostan məhsulları 100 faiz, meyvə və giləmeyvə 120 faiz, üzüm 98 faiz, şəkər və şəkərdən hazırlanan məhsullar 170 faiz, bitki yağları və marqarin 77 faiz, kərə yağı 60 faiz. Bununla belə, hazırda kənd təsərrüfatı və ərzaq məhsulları ilə özünütəminetmə səviyyəsinin bir sıra məhsullar üzrə daha da yüksəldilməsi, həm cari, həm də perspektiv tələbat baxımından aktual olaraq qalır.

2005-2015-ci illərdə heyvandarlığın bitkiçilik sahəsinə nisbətən daha yüksək templə artımı nəticəsində kənd təsərrüfatının ümumi məhsulunun strukturunda heyvandarlığın payı 46,4 faizdən 51,1 faizə yüksəlib, buna uyğun olaraq bitkiçiliyin payı 53,6 faizdən 48,9 faizə enib. Kənd təsərrüfatının ümumi məhsulunun strukturunda bitkiçiliyin payının azalmasının əsas səbəblərindən biri yüksək əlavə dəyərin yaradıldığı texniki bitkilərin istehsalında baş verən geriləmənin müqabilində, daha aşağı əlavə dəyərin yaradıldığı taxılçılıq sahələrinin ekstensiv metodlarla artırılması olub.

Son illərdə aqrar–sənaye sahəsinə ayrılan kreditlərin həcmi davamlı şəkildə artıb. Belə ki, bu sahəyə kredit qoyuluşu 2005-ci ildə 97,6 milyon manat olduğu halda, 2015–ci ildə 508,1 milyon manata çatıb.

2004-cü ildə kənd təsərrüfatında ümumi məhsul istehsalının 96 faizi kiçik ailə-kəndli, ev təsərrüfatları, fərdi sahibkarlar və 4 faizi isə nisbətən böyük torpaq sahələrinə malik kənd təsərrüfatı müəssisələri və digər təşkilatlar tərəfindən həyata keçirilirdi. 2014-cü ildə isə bu göstəricilər müvafiq surətdə 93 faiz və 7 faiz olub. О cümlədən, kənd təsərrüfatı müəssisələri və digər təşkilatların payı bitkiçilik məhsullarının istehsalında 1,5 faizdən 4,6 faizə, heyvandarlıq məhsullarının istehsalında isə 7,2 faizdən 9,3 faizə yüksəlib. Müəyyən müsbət trendin olmasına baxmayaraq, məhsul istehsalının əsas hissəsi hələ də kiçik təsərrüfatlar tərəfindən həyata keçirilir.

Son dövrün müsbət tendensiyalarından biri də emal sənayesi müəssisələri ilə kənd təsərrüfatı istehsalçıları arasında səmərəli inteqrasiyanın formalaşmasıdır.

Ötən illərdə əhəmiyyətli dövlət dəstəyi və həyata keçirilən sistemli tədbirlər hesabına kənd təsərrüfatı istehsalçılarının müvafıq texnika və avadanlıqlarla təminatının yaxşılaşdırılması istiqamətində köklü irəliləyişə nail olunub. “Aqrolizinq” ASC tərəfindən 2005-2015-ci illərdə 23641 ədəd kənd təsərrüfatı texnikası, o cümlədən 1869 ədəd taxılyığan kombayn, 7265 ədəd traktor və 14507 ədəd digər kənd təsərrüfatı texnikaları alınıb. Bu dövrdə 18090 ədəd kənd təsərrüfatı texnikası, o cümlədən 723 ədəd taxılyığan kombayn, 6305 ədəd traktor və 11062 ədəd digər kənd təsərrüfatı texnikaları 10644 hüquqi və fiziki şəxslərə lizinqə verilib və ya lizinq yolu ilə satılıb. Bununla da kənd təsərrüfatının texnika parkı əsaslı şəkildə yenilənib və müvafiq texnikalarla təminatın səviyyəsi əhəmiyyətli dərəcədə yüksəlib. Belə ki, kənd təsərrüfatı texnikası parkındakı taxılyığan kombaynların 51 faizini, traktorların 23 faizini, toxumsəpənlərin 78 faizini, otbiçənlərin 80 faizini, otpresləyənlərin 24 faizini və çiləyicilərin 55 faizini 2005-2015-ci illər ərzində alınmış yeni texnikalar təşkil edir.

İstehsalçıların mineral gübrələrlə təminatının yaxşılaşdırılması üçün dövlət büdcəsi hesabına dəstək verilməsi müsbət nəticələnib. Son 10 ildə ölkəyə təqribən iki dəfə çox gübrə gətirilib. Həmçinin 2008-2015-ci illərdə güzəştli şərtlərlə satılan gübrənin həcmi 68,4 min tondan 124,6 min tona, güzəştli şərtlərlə alınmış gübrələrin verildiyi əkin sahəsi müvafiq olaraq 296,3 min hektardan 727,2 min hektara, güzəştli şərtlərlə mineral gübrədən istifadə edən kənd təsərrüfatı məhsulları istehsalçılarının sayı isə 40,2 min nəfərdən 89,9 min nəfərədək artıb.

Kənd təsərrüfatı istehsalçılarının müvafiq istehsal vasitələri ilə təminatının gücləndirilməsi və onların gəlir əldə etmək imkanlarının yaxşılaşdırılması məqsədilə ötən dövrdə bu sahəyə müvafiq dövlət yardımlarının verilməsi sistemi formalaşdırılıb. Hazırda istehsalçılara əkin sahəsinin becərilməsində istifadə etdikləri yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına hər hektara 50 manat, buğda, çəltik, pambıq və tütün əkininə isə əlavə 40 manat yardım verilir. Yanacaq və motor yağlarına, habelə mineral gübrələrin güzəştlə satılmasına görə verilən subsidiyanın təkrar (aralıq) əkinlər aparan fıziki və hüquqi şəxslərə də ödənilməsi mexanizmi yaradılıb. Kənd təsərrüfatı məhsulları istehsalçılarına satılan mineral gübrələrin və pestisidlərin dəyərinin 70 faizinə dövlət büdcəsi vəsaiti hesabına güzəşt tətbiq olunur. Bunun nəticəsində güzəştli gübrədən istifadə edənlərin sayı son 5 ildə 2 dəfə, sahələr isə 2,2 dəfə artıb.

Mövcud qaydalara əsasən, yerli toxum istehsalçılarına 1-ci və 2-ci reproduksiyalı toxum və ting satışı üzrə də subsidiya ödənilir. Həmçinin elmi-tədqiqat təşkilatları tərəfindən istehsal edilmiş orijinal, superelit və elit toxumlarının istehsalına çəkilən xərclər bütünlüklə dövlət büdcəsi vəsaiti hesabına təmin olunur.

Dövlət, həmçinin “Aqrolizinq” ASC vasitəsilə istehsalçılara bir neçə istiqamətdə dəstək verir. Bazara aqroservis xidmətləri təklif edən biznes subyektlərinin, eləcə də fermerlərin özlərinin tələbatını ödəmək üçün müvafiq texnika, maşın və texnoloji avadanlıqlar əlverişli lizinq şərtləri ilə verilir. Həmçinin “Aqrolizinq” ASC xətti ilə lizinqə verilən texnika, maşın və avadanlıqların dəyərinin 40 faizi dövlət büdcəsi vəsaiti hesabına ödənilir. Bazarda keyfiyyətli aqroservis xidmətləri təklifini artırmaq üçün “Aqrolizinq” ASC-nin özü tərəfindən də birbaşa aqroservis xidmətləri göstərilir. ASC tərəfindən ölkəyə gətirilən yüksək məhsuldarlığa malik cins mal-qara fermerlərə yarı qiymətinə lizinq yolu ilə satılır.

Sahibkarların dövlət büdcəsi vəsaitləri hesabına güzəştli kreditlərlə maliyyələşdirilməsi siyasətində aqrar-sənaye kompleksi prioritet sahə kimi müəyyən edilib. Belə ki, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən ayrılan güzəştli kreditlərin 60-65 faizi məhz bu sahənin payına düşür. Həmçinin aqrar-sənaye kompleksi Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti tərəfindən də güzəştli şərtlərlə kreditləşdirilir. Ayrılan güzəştli kreditlər hazırda aqrar-sənaye kompleksinin maliyyələşdirilməsinin əsas mənbəyi kimi çıxış edir.

2015-ci ildən etibarən “Aqrolizinq” ASC tərəfindən yeni alınan, lizinqə verilən və lizinq yolu ilə satılmış texnikaya güzəştlərin tətbiq edilməsi qaydasına əsasən, 6225 lizinq alan fiziki və hüquqi şəxsə 13746 ədəd texnikaya görə 73,5 milyon manat məbləğində güzəşt tətbiq olunub. Bu ilin doqquz ayında “Aqrolizinq” ASC tərəfindən 3354 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası alınaraq respublikaya gətirilib. Onlardan artıq 2221 ədədi, o cümlədən 64 taxılyığan kombayn, 798 traktor, habelə 1349 ədəd digər texnika istehsalçılara lizinq yolu ilə satılıb.

Son zamanlar pambıqçılığın inkişafının sürətləndirilməsi tədbirləri çərçivəsində bu sahədə istehsal proseslərinin mexanikləşdirilmə səviyyəsinin yüksəldilməsi və əl əməyinin minimuma endirilməsi məqsədilə texniki təminatın gücləndirilməsi üçün görülən işlərin miqyası xüsusilə genişləndirilib. İlin ötən doqquz ayında bu sahə üzrə 1597 texnika, o cümlədən 244 traktor, 34 pambıqyığan kombayn, 1319 ədəd digər texnikalar - mala, çiyidsəpən, kultivator, çiləyici, gübrəsəpən və s. gətirilərək pambıq istehsalı ilə məşğul olan fermerlərin istifadəsinə verilib. Bu sahədə tədbirlər davam etdirilir.

Cari ildə dövlət büdcəsinin vəsaiti hesabına 428,7 min hektar sahədə aparılan buğda və çəltik səpininə görə məhsul istehsalçılarına 17,2 milyon manat, pambıq və tütün əkinləri istisna olmaqla, 1126,6 min hektar əkin sahəsinin və çoxillik əkmələrin becərilməsində istifadə etdikləri yanacaq və motor yağlarına görə istehsalçılara 56,3 milyon manat, ümumilikdə isə 73,5 milyon manat məbləğində yardım edilməsi qərara alınıb. Əlavə olaraq təkrar əkinlərdə istifadə olunan yanacaq və motor yağlarına görə dövlət büdcəsindən fermerlərə ayrılacaq vəsaitin həcmi təqribən 710 min manat təşkil edir.

Bitkiçilik sahəsində rəqabətqabiliyyətliliyin artırılmasının zəruri şərtlərindən biri kimi toxumçuluğun inkişafı istiqamətində də ardıcıl tədbirlər həyata keçirilir. Dövlət Toxum Fondu vasitəsilə fermerlərin ehtiyaclarına uyğun olaraq xaricdən quraqlığa və xəstəliklərə davamlı yüksək məhsuldar bitki sortlarının toxumları gətirilməklə yanaşı, müasir toxum istehsalı müəssisələri də yaradılır. Artıq Kənd Təsərrüfatı Nazirliyinin balansında olan torpaqlarda yerli şəraitə uyğun toxum sortlarının istehsalının artırılması istiqamətində işlərə başlanılıb. 2016-cı ildə fermerlərin yüksək məhsuldar bitki sortlarının toxumlarına olan tələbatının ödənilməsi məqsədilə Kənd Təsərrüfatı Nazirliyinin müvafiq elmi-tədqiqat institutlarının bölgə təcrübə stansiyalarında 37,8 ton orijinal, 223,5 ton superelit, 1797,6 ton elit və 65 min tondan çox reproduksiyalı taxıl toxumu istehsal olunaraq sertifikatlaşdırılıb.

Heyvandarlıq sahəsində strateji hədəf heyvanların cins tərkibinin yaxşılaşdırılması və intensiv ferma modelinin genişləndirilməsidir. İntensiv ferma modelinin genişləndirilməsi tədbirləri çərçivəsində bu ilin doqquz ayında “Aqrolizinq” ASC-nin xətti ilə 3255 baş iribuynuzlu damazlıq heyvanlar ölkəyə gətirilərək ayrı-ayrı təsərrüfatlara dəyərinin 50 faizi həcmində güzəştli qiymətə lizinq yolu ilə satılıb. İlin sonunadək daha 5700 baş iribuynuzlu və 1600 baş xırdabuynuzlu damazlıq heyvanların gətirilməsi nəzərdə tutulur.

Hazırda ölkədə 345 nəfər süni mayalama mütəxəssisi fəaliyyət göstərir və hər il təqribən 100 min baş mal süni yolla mayalandırılır. Süni mayalama yolu ilə alınmış yeni doğulan hər baş cins buzova görə müəyyən olunmuş 100 manat məbləğində subsidiya verilməsi bu sahədə mühüm stimullaşdırıcı rola malikdir.

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq ölkədə pambıqçılıq, tütünçülük və baramaçılıq kimi gəlirli və ixracyönümlü sahələrin inkişafının stimullaşdırılması, habelə xüsusilə böyük ixrac potensialı olan meyvələrin istehsalının artırılması üçün yeni bağların salınması istiqamətində kompleks dövlət dəstəyi tədbirləri həyata keçirilir.

İlk növbədə, pambıqçılığın və tütünçülüyün inkişaf etdirilməsi məqsədilə aidiyyəti dövlət orqanlarının, pambıq və tütün istehsalı və emalı ilə məşğul olan müəssisələrin nümayəndələrinin iştirakı ilə ətraflı müzakirələr aparılıb, “dövlət-özəl sektor” əməkdaşlığının mexanizmləri müəyyənləşdirilib. Birgə müzakirələrin nəticəsi olaraq bazarın əsas iştirakçıları tərəfindən tədarükün həcminin artırılması və fermerlərin istehsal xərclərinin ödənilməsi üçün dövlət tərəfindən onlara güzəştli kreditlər ayrılıb. Həmçinin tədarükçülər tərəfindən müvafiq məhsulların bütün növləri üzrə tədarük qiymətləri artırılıb, yüksək məhsuldarlıq əldə edən fermerlərə əlavə stimullaşdırıcı tədbirlər şamil olunub.

Pambıq, tütün və barama istehsalçılarının stimullaşdırılması üçün ölkədə ilk dəfə məhz bu sahələr üzrə istehsal olunmuş məhsula görə subsidiya siyasəti tətbiq edilib ki, bu da həmin sahələrə olan birbaşa dövlət yardımının həcminin əhəmiyyətli dərəcədə artmasına gətirib çıxarıb.

Prezident İlham Əliyevin müəyyənləşdirdiyi aqrar siyasətə uyğun olaraq ölkəmizdə qədim ənənəyə malik pambıqçılığın inkişafının sürətləndirilməsi məqsədilə kompleks tədbirlərin həyata keçirilməsinə başlanılıb. Bu il 50 min hektardan çox sahədə pambıq əkilib və məhsulun vaxtında yığılması, tədarükü məqsədilə bütün zəruri tədbirlər görülüb, müvafiq texnikalar sifariş verilib. Beləliklə, ötən illə müqayisədə üç dəfə çox – 100 min ton məhsul istehsalı gözlənilir. Bu da ölkəyə valyuta daxilolmalarını, eləcə də kənd əhalisinin gəlir əldə etmək imkanlarını artırmaqla yanaşı, bölgələrdə məşğulluq probleminin həllinə mühüm töhfə verəcək. Növbəti illərdə pambıq əkini sahələrinin 100-120 min hektara çatdırılması, bunun 50 min hektarında müasir pilot suvarma sistemlərinin qurulması məhsul istehsalını azı 250 min tonadək artırmağa imkan verəcək.

X X X

Beləliklə, bu qısa təhlil nəticəsində aydın görmək olur ki, dövlət müstəqilliyi həyatın bütün sahələrində olduğu kimi, aqrar sektorun qarşısında da geniş üfüqlər açıb. Müstəqillik illərində ölkəmizin kənd təsərrüfatı keyfiyyətcə yeni inkişaf mərhələsini yaşayır. Özünü bir çox kənd təsərrüfatı məhsulları ilə təmin etməyə nail olan Azərbaycan hazırda ixrac potensialının genişləndirilməsi üzərində sistemli iş aparır.

Prezident İlham Əliyevin 2016-cı il 16 mart tarixli Sərəncamı ilə təsdiq edilən “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri” adlı sənəd çərçivəsində kənd təsərrüfatının inkişafı prioritetlərdən biri elan olunub. Qarşıdakı strateji hədəf kənd təsərrüfatının dayanıqlı inkişafına nail olunması, onun rəqabətqabliyyətli sektora çevrilməsidir. Bu da öz növbəsində, müstəqil dövlət üçün taleyüklü məsələ olan ərzaq təhlükəsizliyinə təminat verir.

Sadıq Salahov

Kənd Təsərrüfatının İqtisadiyyatı Elmi-Tədqiqat İnstitutunun direktoru

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələrinin sədrləri Xankəndi şəhərinə gəliblər

ABŞ Prezidentinin İqlim üzrə xüsusi nümayəndəsinin müavini: Azərbaycan COP29-la bağlı çox güclü komandaya malikdir- MÜSAHİBƏ

Alman mühəndis: Kosmik çəkilişlərin 50 faizi aqrar sektor üçün istifadə olunur

Ölkə ərazisində sabit hava şəraiti davam edəcək

Azərbaycan çempionu: Bu nəticədən sonra millidə çıxış edə bilərəm

“Bilim hər yerdə” layihəsi Laçında

“Rehabus” layihəsi üzrə əlilliyi olan 1400-dən çox şəxsə xidmət göstərilib

CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb

Növbəti köç karvanı Füzuliyə çatıb

Prezident İlham Əliyevin Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü başlayıb YENİLƏNƏCƏK

AFFA Premyer Liqanın 6 klubunu cərimələyib

Gürcüstan əhalisinin sayı 1,1 faiz azalıb

Şöbə müdiri: Azərbaycan əhalisi ÜST-ün tövsiyəsindən üç dəfə çox şəkər qəbul edir

Azərbaycan çempionatında yer tutan şahmatçılar mükafatlandırılıblar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib  YENİLƏNİB-2 VİDEO

Professor Kamran İmanov: Bizim eranın XVII əsrinə qədər Qərbi Azərbaycanda erməni izi olmayıb

Bakıda “Qida Təhlükəsizliyi” simpoziumu keçirilib

Səfir: İmzalanan sənədlər Qırğızıstanla Azərbaycan arasındakı əməkdaşlığın perspektivlərindən xəbər verir

Kamran İmanov: İşğaldan azad edilmiş ərazilərdə Agentlik tərəfindən hələ ki tədqiqat aparılmır

BDU məzunları dövlət qulluğu imtahanlarında ən yüksək nəticə göstəriblər

Kərim Vəliyev: Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi öz vəzifə və tapşırıqlarının öhdəsindən layiqincə gəldi

Professor Kamran İmanov: Müəlliflik olmayan yerdə əqli mülkiyyət də yoxdur

Mingəçevir Dövlət Universiteti ilə Riyaziyyat və Mexanika İnstitutu arasında əməkdaşlıq əlaqələri güclənir

Tədqiqat: Qadın həkim öz həmcinslərini kişi həmkarından daha yaxşı müalicə edir

“Yallı: güc, harmoniya və birlik simvolu” - məktəblilər üçün tədbir

DSMF: Fərdi uçot sistemində sığortaedənlərin sayı 0,74 faiz artıb

Yasamal rayonunda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlanıb

Prezident: Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır

Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir

Fərid Şəfiyev: Azərbaycan və Qırğızıstan gəncləri arasında əlaqələrin gücləndirilməsi vacibdir

“Yaşıl iqtisadiyyat, rəqəmsal Azərbaycan” – UNEC-də ictimai müzakirə

Prezident: Bizim yaşıl enerji layihələrimiz xarici investorlar tərəfindən maliyyələşdirilir

Kişi və qadın həndbolçular arasında Azərbaycan çempionatlarında növbəti oyunların təqvimi açıqlanıb

Azərbaycan klubu iki basketbolçu ilə yollarını ayırıb

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Ramizə Məmmədli

Azərbaycan Prezidenti: Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edəcək

Masallının bir sıra kəndlərinə elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

Ali Məclisin Sosial siyasət komitəsinin iclası keçirilib

Çexiya 2025-ci ildə 20 ölkədən neft alacaq

Beynəlxalq “İKT-də Qızlar” Günü ilə bağlı forum keçirilib

Qarabağda yayılan nadir, endemik və dərman bitkiləri tədqiq edilib

Azərbaycan Prezidenti: Enerji, qaz və neftlə zəngin ölkələr iqlim dəyişikliyi ilə mübarizədə öndə getməlidirlər

ABŞ-da yaşayan soydaşımız Ədəbiyyat Muzeyində olub

Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək VİDEO

XİN: Avropa Parlamenti tərəfindən qəbul olunan qətnamə Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyəti açıq şəkildə təhrif edir

Prezident: Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyik

Azərbaycan Prezidenti: COP29-a ev sahibliyinə yekdilliklə seçilməyimiz yaşıl enerji sahəsində gördüyümüz işlərin tanınmasıdır

“Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilib

Prezident İlham Əliyev: Neft-qaz sahəsində uzun illər xüsusilə də Avropa bazarlarına nəql ediləcək resurslarımız var VİDEO

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi keçirilib

Ombudsman: Əqli mülkiyyət hüququnun qorunması mədəniyyəti termini tələbələr, gənc hüquqşünaslar arasında geniş yayılmalıdır

Türkiyənin dəstəyi ilə Azərbaycanda yaradılması nəzərdə tutulan etalon laboratoriyalarına baxış keçirilib

Keçmiş haker və “Apple” əməkdaşı “iPhone” və “Mac”ın müdafiəsi üçün startap yaradıblar

Şirvanda narkotiklərin qanunsuz dövriyyəsinə görə 6 nəfər saxlanılıb

Prezident İlham Əliyev: COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir VİDEO

Pentaqon Ukrayna üçün 6 milyard dollarlıq silah sifariş edəcək

Naxçıvanda QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı keçiriləcək

İşə qəbul zamanı və sürücülük vəsiqəsi əldə etmək üçün tələb olunan tibbi arayışlar elektronlaşdırılıb

Paytaxt məktəblərində maarifləndirici görüşlər keçirilir

Beynəlxalq ekspert Azərbaycanın “Arbitraj haqqında” Qanunu ilə bağlı fikirlərini açıqlayıb

Antoni Blinken bu gün Pekində Si Cinpinlə görüşəcək

Amerikalı basketbolçu: Azərbaycanda istedadlı oyunçular çoxdur - MÜSAHİBƏ

Ulu Öndərin doğum günü münasibətilə geniş konsert proqramı hazırlanıb

XİN-in mətbuat katibi BDU-nun Jurnalistika fakültəsində olub

Akademik Zərifə Əliyevanın nəcib niyyəti, xeyirxah əməlləri ona əbədiyaşarlıq qazandırıb

Gənclər Kitabxanasında sərgi - Ziyarətə çevrilmiş ocaq

Ayın üzərində ilk reklam yerləşdirilib

Azərbaycanın kukla sənəti ustaları Türkiyədə beynəlxalq festivalda iştirak edirlər

Matteo Vittuari: Biz qida sistemi üzərində mərkəzlənən perspektiv və yanaşma qəbul etməyi məqsəd tuturuq

Mahir Emreli Zaqrebdə Azərbaycan cüdoçularına dəstək olub

Ağdamda əmək yarmarkasında 200-dən çox vakansiya təklif olunur

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsinə sayılı günlər qalıb

Bakı Ali Neft Məktəbində MBA ixtisasları üzrə qəbul sayı artırılıb

“İMZA” və ATİB yeni layihələrə imza atacaq

Fövqəladə Hallar Nazirliyi Lənkəran Beynəlxalq Hava Limanında təlim keçirib VİDEO

BMU-da X-XI sinif şagirdləri üçün müsabiqəyə start verilir

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkar olunub

Qəbul imtahanının II mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlərin ərizə qəbulu davam edir

Xidmət müddəti başa çatmış əsgərlərin yolasalma mərasimləri başa çatıb

“Neftçi” klubunun apellyasiya şikayəti təmin edilməyib

Qazaxıstanda 25 min nəfər daşqınlarla mübarizəni davam etdirir

Sankt-Peterburq Filarmoniyasında “Azərbaycanın görkəmli musiqiçiləri” adlı klassik musiqisi gecəsi təşkil olunub

XRİTDX-nin nümayəndəsi Vyanada keçirilən konfransda iştirak edib

Moskva görüşü Azərbaycanın Rusiya ilə eyni hüquqlu dövlət olduğunu bir daha sübut etdi ŞƏRH

Astanada ŞƏT ölkələri müdafiə nazirlərinin görüşü keçirilir

“26 aprel -Beynəlxalq Əqli Mülkiyyət Günü” adlı sərgi açılıb

Agentlik rəhbəri: Əmtəə nişanlarının qeydiyyatı ilə bağlı 3862 iddia daxil olub

NİİM: Piyadalar yolu keçərkən diqqətli olmalıdır

Aqrar sığorta ekspertlərinin hazırlığı üzrə təlimlər keçirilib

Kamran İmanov: Əqli Mülkiyyət Agentliyində “açıq reyestr” prinsipi tətbiq edilir

“Gəncə”nin baş məşqçisi: Futbolu da basketbol qədər izləyirəm

Azərbaycan-Rusiya dövlətlərarası münasibətlərində Heydər Əliyev amili ŞƏRH

Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu – GDU-da tədbir

Professor Kamran İmanov: Patentləşdirilmə ilə bağlı ötən il Agentliyə 302 iddia sənədi daxil olub

Milli Kitabxanada görkəmli yazıçı Mir Cəlal Paşayev haqqında silsilə materiallar hazırlanıb

Agentlik sədri: 2023-cü ildə 37 kompüter proqramı qeydiyyata alınıb

Kamran İmanov: Ötən il müəllif hüququ obyektlərinin qeydiyyatına aid vəsatətlər 713 əsər olduğu halda, 717 şəhadətnamə verilib

Azərbaycanın daha 3 cüdoçusu Avropa çempionatında mübarizəyə qoşulur