CƏMİYYƏT


Azərbaycanın bəzi yerlərində leysan yağıb

A+ A

Bakı, 13 oktyabr, AZƏRTAC

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti ölkə ərazisində müşahidə olunmuş faktiki hava şəraiti ilə bağlı məlumat yayıb.

Məlumatda bildirilir ki, oktyabrın 12-si gündüzdən 13-ü səhərədək ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, şimşək çaxıb, yağış yağıb, bəzi yerlərdə leysan xarakterli intensiv olub.

Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 3-12, Lənkəran-Astara zonasında 3-48, Böyük Qafqazda 4-48, Mərkəzi Aran rayonlarında isə 2-8 millimetr təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.