REGİONLAR
Azərbaycanın bir qrup müəllim və tələbəsi Türkiyə universitetlərində
Gəncə, 23 mart, Rauf Hacıyev, AZƏRTAC
Novruz tətili günlərində Azərbaycan Texnologiya Universitetinin (ATU) bir qrup müəllim və tələbəsi Türkiyənin Qara Dəniz bölgəsində yerləşən universitetlərə səfər edib.
AZƏRTAC xəbər verir ki, universitetin 2 müəllimi və 18 tələbəsi Ordu Universitetində, 2 müəllim, 5 tələbəsi isə Artvin Çoruh Universitetində olub. Eyni zamanda, Texnologiya Universitetinin bir müəllimi tədqiqat və müşahidə aparmaq üçün Trabzon şəhərində yerləşən Qara Dəniz Texniki Universitetinə ezam edilib.
Artvin Çoruh Universitetində olan qrup bir həftə, Ordu və Qara Dəniz texniki universitetlərində olan müəllim və tələbələr isə 10 gün müddətində müvafiq ali məktəblərdə mühazirələrdə iştirak edəcək, bu təhsil müəssisələrindəki elmi araşdırma və laboratoriya təcrübələrinin aparılması qaydası ilə tanış olacaqlar.
Qeyd edək ki, səfər son dövrlərdə Azərbaycanın və Türkiyənin universitetləri arasında beynəlxalq mübadilə və araşdırma proqramlarına, həmçinin ikitərəfli qarşılıqlı əməkdaşlıq müqavilələrinə əsaslanır.