SİYASƏT


Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Kolumbiya senatının vitse-prezidenti ilə görüşüb

A+ A

Bakı, 29 sentyabr, AZƏRTAC

Sentyabrın 29-da Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva V Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün ölkəmizdə səfərdə olan Kolumbiya senatının vitse-prezidenti Daira de Yezus Qalvis Mendeslə görüşüb.

AZƏRTAC xəbər verir ki, Bakı Beynəlxalq Humanitar Forumunun artıq beşinci dəfədir keçirildiyini deyən Mehriban Əliyeva bu tədbirdə iştirak edən ölkələrin sayının getdikcə artdığını bildirib. “Əsas odur ki, Forumun nəticələri həyata keçirilsin”, - deyən Azərbaycanın birinci xanımı tədbirdə diqqət mərkəzində duracaq məsələlərin bütün dünya üçün aktual olduğunu vurğulayıb.

Heydər Əliyev Fondunun prezidenti Kolumbiyanın Xocalı soyqırımını tanıyan 10 ölkədən biri olduğunu qeyd edərək Azərbaycan xalqının Kolumbiyanın bu addımını çox yüksək dəyərləndirdiyini diqqətə çatdırıb, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkəmiz üçün ən böyük problem olduğunu bildirib.

Kolumbiya Konqresindən Forumda 3 senatorun iştirak etdiyini deyən Daira de Yezus Qalvis Mendes ölkəsinin Azərbaycan ilə əməkdaşlığa böyük önəm verdiyini vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.