Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın “Rossiya-24” telekanalına müsahibəsi

Bakı, 14 aprel, AZƏRTAC

Xəbər verdiyimiz kimi, Moskvada səfərdə olan Azərbaycanın birinci xanımı Mehriban Əliyeva aprelin 11-də “Rossiya-24” telekanalına müsahibə verib. AZƏRTAC müsahibəni təqdim edir.

Aparıcı: Azərbaycan birinci Avropa Oyunlarını qəbul etməyə hazırlaşır. Bu idman bayramının Moskvada təqdimat mərasimi keçirilib. Oyunların Təşkilat Komitəsinin sədri, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva həmkarım Evelina Zakamskayaya müsahibəsində bu əlamətdar hadisə ərəfəsində öz ölkəsinin həyəcanları və gözləntiləri barədə danışıb.

- Salam, Mehriban xanım!

- Salam.

- Sizi Moskvada salamlamağa şadam. Bu günlərdə birinci Avropa Oyunlarının Moskvada təqdimatının keçirilməsi xüsusilə xoşdur. Rusiyalılar, təkcə onlar yox, hamı, bu böyük idman bayramını sevinc dolu intizarla gözləyir. Avropa Oyunlarına son hazırlıq işlərinin necə getməsi və bakılıların qonaqları qarşılamağa necə hazırlaşması barədə danışmağınızı xahiş edirəm.

- Sağ olun. Mən ilk növbədə demək istəyirəm ki, Moskvada olmağıma çox şadam. Mən bu şəhərdə oxumuşam, tələbəlik illərim burada keçib. Bu şəhəri çox sevirəm, onunla bağlı çox xoş xatirələrim var. Dünən biz birinci Avropa Oyunlarının Moskvada təqdimatını keçirdik. Təşkilat Komitəsi Avropanın Roma, Paris, London, Berlin və başqa iri paytaxt şəhərlərində bu cür təqdimatlar keçirib, nəhayət, indi biz Moskvadayıq. Mən çox sevinirəm, çünki Moskva bizə dost ölkənin paytaxtıdır. Bizim çox möhkəm, mehriban qonşuluq münasibətlərimiz var. Rusiya ilə Azərbaycan arasında münasibətlər çox möhkəm tarixi təməl üzərində qurulub. Xalqlarımız onilliklər boyu mədəni və bəşəri münasibətlərlə bir-birinə bağlıdır. Təbii ki, bu əlaqələr genişlənərək ikitərəfli siyasi və iqtisadi əməkdaşlığa çevrilib.

Əlbəttə, birinci Avropa Oyunları Avropa idmanı tarixində yeni səhifə açacaq və bu cür Oyunları təşkil etmək, keçirmək, qəbul etmək Azərbaycan üçün böyük şərəf və böyük məsuliyyət deməkdir. Eyni zamanda, bu, Avropa idman ictimaiyyətinin bizim ölkəmizə etimadının göstəricisidir. İş elə gətirdi ki, hazırlıq üçün vaxtımız xeyli az oldu – cəmi iki il yarım. Adətən, bu səviyyəli, bu miqyaslı idman tədbirinə hazırlaşmaq üçün, əlbəttə, xeyli çox vaxt tələb olunur. Lakin biz, demək olar ki, bu işləri vaxtında görə bildik və qarşımızda duran bütün vəzifələri yerinə yetirdik. İndi Oyunların başlanmasına cəmi iki ay qalır, son hazırlıq işləri görülür, bütün komanda öz diqqətini detallar üzərində cəmləşdirib. Lakin artıq bu gün demək olar ki, Bakı Avropanı qəbul etməyə hazırdır. Ümidvaram ki, birinci Avropa Oyunları dostluq, həmrəylik, birlik, sağlam rəqabət şəraitində keçəcək və bu, ümumi bayram olacaq.

- Soçi Olimpiadasına hazırlıq işləri son günə qədər davam etmişdi. Buna görə də əgər Siz bir neçə ay əvvəldən artıq hər şeyin hazır olduğunu deyirsinizsə, bu, əlbəttə, sizin mütəşəkkilliyinizə və intizamınıza başucalığı gətirir.

- Düşünürəm ki, bu cür böyük tədbirlər həmişə son dəqiqəyə qədər diqqət və hər bir detalın yoxlanmasını tələb edir. Buna görə də fikirləşirəm ki, bizi də eyni vəziyyət gözləyir.

- Azərbaycana bir milyondan çox tamaşaçı gəlməlidir. Bilirsiniz ki, mən Bakıda böyümüşəm və sadəcə təsəvvür edə bilmirəm: orada iynə atsan yerə düşməyəcək. Bu qədər insan çoxdur, lap çox. Bu, “Eurovision” mahnı müsabiqəsinə oxşayacaqmı? Musiqi bayramının keçirilməsi təcrübəsi Sizin işinizə yarayıbmı?

- Şübhəsiz, 2012-ci ildə “Eurovision” mahnı müsabiqəsinə hazırlıq və onun keçirilməsi təcrübəsi bizim üçün çox faydalı oldu. Ona görə ki, bu da böyük bayram idi, musiqi bayramı, çoxsaylı strukturlar – həm dövlət qurumları, həm də ictimai qurumlar cəlb edilmişdi. Zənnimcə, həmin müsabiqə uğurlu oldu. Azərbaycanda müsabiqə yetərincə yüksək səviyyədə keçdi. Paytaxtımızın bütün qonaqları qeyd edirdilər ki, şəhərin ab-havası və bu bayram ruhu onları heyran edib.

Avropa Oyunlarının keçirilməsi, əlbəttə, daha genişmiqyaslı və daha çoxplanlı tədbirdir, lakin “Eurovision” müsabiqəsinə hazırlıq dövründə qazandığımız təcrübə, əlbəttə, bizim işimizə yarayacaq.

Biz çox güclü Təşkilat Komitəsi yaratmışıq, beynəlxalq idman təşkilatları, o cümlədən Avropa Olimpiya Komitəsi ilə, beynəlxalq federasiyalarla əməkdaşlıq edirik. Könüllülər tərəfindən çox böyük dəstəyimiz var. Komanda uğurludur və işlərin bugünkü gedişinə əsasən deyə bilərik ki, biz qarşımızda qoyulan vəzifələrin öhdəsindən gəlirik. Əlbəttə, siz doğru dediniz ki, bu cür genişmiqyaslı tədbirlər həmişə müəyyən dərəcədə gözlənilməz olur və hər şeyə hazır olmaq lazımdır. Buna görə biz hər şeyi nəzərə almağa çalışırıq.

Hesab edirəm ki, Oyunlar, ilk növbədə, idmançılar üçün bayram olmalıdır. Ona görə ki, bu, hər şeydən əvvəl idmançıların bayramıdır. Məsələn, bu Oyunların iştirakçıları üçün maksimum rahatlığı təmin etmək məqsədilə yaradılmış Atletlər kəndi çox yüksək beynəlxalq standartlara müvafiqdir. Ümid edirəm ki, həm rusiyalı idmançılar, həm də digər Avropa ölkələrindən olan idmançılar bunu hiss edəcəklər. Orada biz həm məşqlər, həm hazırlıq, həm də istirahət üçün şərait yaratmışıq, əlbəttə, qonaqları da unutmamışıq. Siz doğru dediniz, biz çoxlu sayda qonaq gözləyirik. Biz geniş mədəni proqram hazırlayırıq. Çünki Oyunları keçirən və qəbul edən ölkə olaraq Azərbaycanı göstərmək istəyirik. Azərbaycan zəngin tarixə və mədəniyyətə malik olan qədim ölkədir. Hərçənd, müstəqil dövlət kimi biz çox gəncik. Şübhəsiz, bizim qonaqlarımıza nümayiş etdirmək istədiyimiz dəyərlər – irs, ənənələr çoxdur və Oyunların yüzdən çox ölkədə nümayiş etdiriləcəyini nəzərə alsaq, biz bu dəyərləri müəyyən dərəcədə Avropaya və dünyaya göstərmək istəyirik. Biz geniş və rəngarəng mədəni proqram hazırlayırıq. Ümidvaram ki, qonaqlarımız razı qalacaqlar.

- Azərbaycan qonaq qəbul etməyi bacarır. Bu, şəksiz məsələdir.

- Sağ olun. Bu sözləri eşitmək mənə çox xoşdur.

- İdman yarışları ideyası siyasi baxışları müxtəlif olan, müxtəlif millətlərə və dini konfessiyalara mənsub olan insanları birləşdirməlidir. Birinci Avropa Oyunlarının konsepsiyasında tolerantlıq, tolerantlıq ideyası necə nəzərə alınıb? Axı, gələcəkdə Avropa Oyunlarına ev sahibliyi edənlər üçün bu ideyanı məhz Siz həyata keçirməli və onlar üçün müəyyən səviyyə təyin etməli olacaqsınız.

- Bütövlükdə Olimpiya hərəkatının ideyası birlik, bərabərlik, ədalət deməkdir. Təəssüf ki, müasir dünyada məhz bu anlayışların qıtlığı çox münaqişələrin, çox gərginlik ocaqlarının əsasını təşkil edir. Ona görə də bu cür tədbir - istər idman tədbiri, istər mədəni tədbir həmişə müxtəlif ölkələrdən olan, müxtəlif konfessiyalara mənsub insanların və xalqların birləşməsi baxımından daha böyük əhəmiyyət kəsb edir. Bu baxımdan düşünürəm ki, Bakının birinci Avropa Oyunlarının vətəni olması təsadüfi olmayacaq.

Ona görə ki, Azərbaycan geosiyasi baxımdan minilliklər boyu Böyük İpək Yolu üzərində Şərq ilə Qərbin qovuşuğunda yerləşir. Ölkəmizin ərazisində müxtəlif mədəniyyətlər, müxtəlif sivilizasiyalar qaynayıb-qarışıb, müxtəlif dinlərin nümayəndələri yaşayıb. Bütün bunların təsirini, müxtəlif mədəniyyətlərin təsirini hətta bizim şəhərlərin memarlığında da görə bilərsiniz. Lakin ən başlıcası odur ki, Azərbaycan xalqının qəlbində bu həqiqi tolerantlıq, dözümlülük, dostsevərlik, başqa mədəniyyətin qəbul edilməsi ruhu uzun illər boyu, demək olar ki, əsrlər boyu formalaşıb. Biz öz köklərimizə, öz mədəniyyətimizə, ənənələrimizə çox həssaslıqla, hörmətlə, qayğıkeşliklə yanaşırıq. Lakin biz dünyanın mədəni müxtəlifliyini də eynilə bu cür qəbul edirik və bu, uğurun rəhnidir. Ona görə ki, özünə məxsus olanları hətta qiymətləndirmək, onu qiymətləndirməyi və sevməyi bacarmaq üçün özgəninkini qəbul etmək lazımdır. İndiki halda heç də təsadüfi deyildir ki, bu gün Bakı özünəməxsus bir multikulturalizm mərkəzidir. Keçən il Prezidentin Fərmanı ilə ölkəmizin paytaxtında Multikulturalizm Mərkəzi yaradılıb. Hər il keçirilən Beynəlxalq Humanitar forumlar, mədəniyyətlərarası, sivilizasiyalararası dialoqa dair görüşlər buna sübutdur. Bir misal göstərim:bu il Azərbaycan birinci Avropa Oyunlarını qəbul edir, 2017-ci ildə isə biz İslam Həmrəyliyi Oyunlarını qəbul edəcəyik.

- Rusiyalıların yaddaşında, bəlkə də bütün sovet adamlarının yaddaşında Bakı sovet məkanının ən beynəlmiləl şəhəri kimi qalacaq. Mənə belə gəlir ki, başqa mədəniyyətlərə dözümlülüyün, onlar üçün açıqlığın, başqa mədəniyyətləri qəbul etməyin əsası, hər halda, təhsildir. Azərbaycanda bu məsələyə böyük diqqət yetirilib və indi də yetirilir. İnsanın təhsil, mədəni səviyyəsi nə qədər yüksək olsa, o, bir o qədər açıq, dözümlü və tolerant olur. Şəxsən Sizin böyük diqqət yetirdiyiniz Rusiya-Azərbaycan əməkdaşlığının bu cəhəti barədə nə deyə bilərsiniz?

- Sizinlə tamamilə razıyam və aşkardır ki, güclü təhsil bazası, elmi və texniki tərəqqi olan ölkələr öz gələcəyini təmin edir. Yəni, təhsilə qoyulan sərmayələr ən uzunmüddətli və ən düzgün sərmayələrdir. Azərbaycana gəldikdə,müstəqillik illərində təhsil sahəsində çoxlu islahatlar aparılıb. Bir misal gətirmək istəyirəm. Ölkəmizdə beş minə yaxın məktəb var. Onlardan 3500-ü yenidən qurulub və ya praktiki olaraq yenidən tikilib. Təbii ki, təhsilin keyfiyyəti sahəsində böyük islahatlar aparılır. Xüsusi dövlət proqramlarına əsasən bizim gənclər Avropanın, Rusiyanın, Asiyanın ən görkəmli ali məktəblərində təhsil almaq imkanına malikdirlər. Bu da gənclərimizə böyük imkanlar verir.

Rusiya ilə Azərbaycanın mədəni, humanitar əlaqələrinə gəldikdə, zənnimcə, bu, xüsusi, çox uğurlu sahədir. Azərbaycan dövlət müstəqilliyini bərpa edəndən sonra keçən illər ərzində ölkədə rusdilli təhsil tam həcmdə qorunub saxlanılıb. Bu gün bizim ölkəmizdə üç yüzdən çox məktəbdə təhsil rus dilində aparılır. Moskva Dövlət Universitetinin filialı fəaliyyət göstərir, bu universitetdə fakültələrin sayı artır və bu, çox müsbət amildir. Bakı Slavyan Universiteti, Rus Dram Teatrı, Rus Mədəniyyət Mərkəzi fəaliyyət göstərir. Bütün bu amillər Azərbaycanın mədəni irsi üçün də çox vacibdir. Ona görə ki, ölkəmizdə rus dilinə çox böyük hörmət və ehtiram bəslənilir. Biz böyük rus ədəbiyyatını orijinaldan oxuyuruq. Gələcək nəslin də bütün bu imkanları qoruyub saxlaması vacibdir.

Heydər Əliyev Fondunun xətti ilə Rusiyada müəyyən müştərək humanitar layihələr çərçivəsində çox işlər görülür. Bizim Fond 2004-cü ildə təşkil edilib və Fondun xaricdəki ilk nümayəndəliyi 2007-ci ildə məhz Rusiyada açılıb. Çoxlu layihələr, sosial, mədəni və xeyriyyə aksiyaları həyata keçirilib. Çoxlu məktəblər bərpa olunur. Bir faktı xüsusi qeyd etmək istəyirəm. Mənim fikrimcə, çox əlamətdardır ki, bizim əməkdaşlığımız təkcə Rusiya Federasiyasının paytaxtı ilə məhdudlaşmır. Biz regionlarda, başqa şəhərlərdə, o cümlədən Həştərxan, Volqoqrad, Yekaterinburq, Ulyanovsk şəhərlərində işləyirik. Çox yaxşı əlaqələrimiz var. Bu əlaqələr artıq genişlənərək möhkəm dostluq əlaqələrinə çevrilib. Bilirsinizmi, bu, çox vacibdir. Çünki prinsip etibarilə hər hansı uğurların və birgə qarşıya qoyulmuş hədəflərin əsasını adi insani əlaqələr, dostluq əlaqələri təşkil edir. Bu baxımdan hesab edirəm ki, bu gün ölkələrimiz arasındakı münasibətlər qarşılıqlı hörmətə və qarşılıqlı marağa əsaslanan dostluq, qardaşlıq, mehriban qonşuluq münasibətlərinə yaxşı misal ola bilər.

- Yəqin ki, Heydər Əliyev Fondunun daha bir vəzifəsi Azərbaycan mədəniyyətini və Azərbaycan dəyərlərini Rusiyada populyarlaşdırmaqdır. Ona görə ki, Rusiya özü də dünyanın ən tolerant ölkələrindən biri kimi, öz qonşuları haqqında mümkün qədər çox öyrənməyə hazırdır və bunda maraqlıdır.

- Əlbəttə, biz çoxsaylı mədəni layihələr həyata keçiririk. Konsertlər, sərgilər, müxtəlif forumlar, seminarlar təşkil edirik. Rusiyanın kitabxanaları ilə əməkdaşlıq, yəni, təcrübə mübadiləsi haqqında sazişimiz var. Bu baxımdan fəaliyyət sahəsi çox genişdir və ən başlıcası, siz tamamilə haqlı olaraq dediniz ki, biz maraq hiss edirik. Biz Azərbaycan mədəniyyətinə hörmət, maraq, onu qavramaq həvəsi hiss edirik, təbii ki, yenə bizim ortaq tarixi keçmişimizə qayıtmaqla. Bu hörmət və qayğıkeş münasibət hiss olunur.

- Onda bizim tarixi gələcəyimiz də ümumi olacaq.

- Mən əminəm ki, belə də olacaq.

- Hər halda gəlin, birinci Avropa Oyunları mövzusuna qayıdaq. Bu Oyunlar artıq bizim gələcəyimizin bir hissəsidir. Xahiş edirəm deyin, hələlik geniş ictimaiyyətə bəlkə də məlum olmayan bir sirri, bir incə məqamı açıqlaya bilərsinizmi? Bizi nə ilə heyrətləndirəcəksiniz? Bəlkə açılış mərasimi ilə bağlı, bəlkə özünüz nə isə demək istəyirsiniz?

- Artıq dediyim kimi, açılış mərasiminə iki ay qalır. Bu müddət məhz məşqlərlə, hazırlıq prosesləri ilə zəngin olacaq. Əlbəttə, biz sürprizlər hazırlayırıq, heyrətləndirmək istəyirik. Yəqin ki, bu, əsasən açılış mərasiminə aiddir. Bu da öz ənənələrimizi, tariximizi, mədəniyyətimizi göstərmək üçün bir şansdır. Hansısa sirləri açıqlamağı, əlbəttə,istəməzdim, ona görə ki, açılış mərasimi adətən gözlənilən olur. Hamı bu mərasimi gözləyir və mən çox ümid edirəm ki, bizim hazırladığımız proqram da yetərincə maraqlı, heyrətləndirici olacaq, yaxşı emosiyalar doğuracaq.

Oyunların xüsusiyyətlərinə gəldikdə isə yəqin ki, Oyunlar dövründə müəyyən gözlənilməzliklər, müəyyən maraqlı məqamlar olacaq. Bu cür tədbirlərdə həmişə belə olur. Mən istərdim ki, Azərbaycanda keçiriləcək bu Oyunların xüsusiyyətləri, daha doğrusu, xüsusiyyəti ondan ibarət olsun ki, bizim bütün qonaqlarımız – idmançılar da, rəsmi nümayəndə heyətlərinin üzvləri də, adi turistlər də şəhərimizin ab-havasını duysunlar. Mən istəyirəm ki, hər bir qonaq Azərbaycan xalqının qonaqpərvərliyini hiss etsin. Ona görə ki, bu xüsusiyyət Azərbaycan xalqının gözəl cəhətlərindən biridir. Bizim üçün qonaq elə qonaqdır. İstər bir nəfər olsun, istər min nəfər. Bu, çox vacib məsələdir. Bilirəm ki, artıq bu gün Azərbaycan xalqı qonaqları, idmançıları və bu bayramı gözləyir. Mən istərdim ki, ölkəmizin paytaxtına gələn hər kəs bunu hiss etsin və bu ruh, Bakı şəhərinin məxsusi ruhu onun qəlbində qalsın. Bakıya ilk dəfə gələn qonaqların sonradan yenidən buraya qayıtmaq istəməsi, hər yerdə bu barədə danışması mənə çox xoşdur. Onlar bu barədə söhbət düşəndə deyirlər: Biz heç yerdə görmədiyimiz qonaqpərvərlik gördük. Bu, xüsusi ab-havadır. Əgər bu məqam birinci Avropa Oyunlarının xüsusiyyəti olsa, mən çox şad olaram.

- Arzu edirəm ki, Sizin bütün ümidləriniz doğrulsun. Sizə idmanda qələbələr arzulayıram. Məlum olduğu kimi, doğma evin divarları da adama kömək edir. Biz bunu öz təcrübəmizə, Soçi Olimpiadasının təcrübəsinə əsasən bilirik. Bizim doğma divarlar bizə kömək etdi. Kaş sizə də kömək etsin.

- Sağ olun. Çox sağ olun. Fürsətdən istifadə edib sizi 2014-cü ildə Soçi Qış Olimpiya Oyunlarının yüksək səviyyədə təşkil edilməsi və keçirilməsi münasibətilə bir daha təbrik etmək istəyirəm. Təbii ki, həm də rusiyalı idmançıların görkəmli nailiyyətləri münasibətilə. Komanda hesabında siz birinci yeri tutmağa nail oldunuz. Bu, möhtəşəm bayram idi. Biz orada idik, bunları görürdük. Bir daha mənim təbriklərimi qəbul edin.

- Verdiyiniz yüksək qiymətə görə sağ olun. İndi növbə sizindir.

- Sağ olun. Bu görüş üçün sağ olun. Sizinlə tanış olmaq mənə çox xoş oldu.

- Sağ olun.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

AQTA bazar rəhbərlərinə xəbərdarlıq edib

BDU-da tanınmış jurnalist, yazıçı-publisist Bahəddin Həzi ilə görüş

“Neftçi”nin iki futbolçusu “Qarabağ”la matçı buraxacaq

Regional sabitliyə əsaslanmış Azərbaycan-Rusiya münasibətləri ŞƏRH

Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası başlayıb YENİLƏNƏCƏK

Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub YENİLƏNİB

“Zəfər” respublika yaradıcılıq festival-müsabiqəsi keçirilir

Cənubi Koreyanın dörd avtomobil istehsalçısı 206 mindən çox avtomobilini geri çağırır

Samir Abasov: “El-Klasiko”nu analiz etmək mənə düşməz

Ankarada Türk dövlətlərinin kosmik texnologiyalar sahəsində əməkdaşlığı müzakirə edilir

Türkiyənin Kahramanmaraş Sütcü İmam Universitetinin nümayəndə heyəti UNEC-də olub

Mirhəsən Həsənov: Metsamor Atom Elektrik Stansiyası region dövlətləri üçün böyük təhlükə mənbəyidir

BANM-də beynəlxalq elmi konfransların açılışı olub

Tərbiyəçi-müəllimlərin vakant yerlər üzrə qeydiyyatına start verilir

“Könüllülərə yol açırıq” - satış sərgisi

Artan dövlət borcu yükü Afrikanı yol ayrıcında qoyur - UNECA

Famil Ağayev: Bəlkə də mövsüm ərzində "Azərreyl"ə qalib gəlməyimiz bizi arxayınlaşdırdı

COP29 Azərbaycanın malik olduğu imkanların təqdimatı olacaq ŞƏRH

Azərbaycanda vergiödəyicilərinin sayı 7 faizdən çox artıb

Musiqili Teatr özbək yazıçısının komediyasını təqdim edəcək

Moskva məhkəməsi Rusiya müdafiə nazirinin müavinini həbs edib

Başqırdıstan istehsal etmədiyi məhsulları Azərbaycandan idxal etmək istəyir

Fövqəladə Hallar Nazirliyi avtonəqliyyat vasitələrində yanğınlarla bağlı əhaliyə müraciət edib

Aprelin 25-də hava əsasən yağmursuz keçəcək

Beynəlxalq təşkilat Fransanı nümayiş hüququnu məhdudlaşdırmaqda günahlandırır

Yaponiya arxeoloqları Romada imperator Avqustun sarayını aşkar ediblər

Ekoloji təhlükəsizliyin milli və beynəlxalq hüquqi təminatı - elmi-praktik konfrans

Danimarkada Makedoniyalı İsgəndərin təsviri olan qədim bəzək əşyası aşkarlanıb

Qırğızıstan Prezidenti Sadır Japarovun rəsmi qarşılanma mərasimi olub

Şahmat üzrə Azərbaycan çempionatında ikinci finalçı bəlli olub

İsveç səfiri “Avroviziya-2024” təmsilçilərimizlə görüşüb

Aprelin 24-dən 30-dək Ümumdünya İmmunlaşdırma Həftəsi keçirilir

Avropa Parlamenti Balkanlarda ofis açmağı planlaşdırır

Milli Kitabxana “Qədim diyarın bir əsrlik yolu” adlı virtual sərgi hazırlayıb

İşğaldan azad edilən ərazilərimizdə ilk dəfə peşə yarmarkası keçiriləcək

Faktiki hava: Ötən gün Aran rayonlarında 31 dərəcə isti qeydə alınıb

“Azərbaycanın müasir müdafiə sənayesi” - BMU-da tələbələrlə görüş

Beynəlxalq forumun iştirakçılarının işğaldan azad olunmuş ərazilərə səfəri başlayıb VİDEO

Filippində istidən altı nəfər ölüb

Birinci sinfə elektron qeydiyyatla bağlı görüş keçirilib

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana dövlət səfərinə gəlib

ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi keçirilib

KOBİA sədri: Başqırdıstan iş adamlarına tenderlərdə iştirak etməsi üçün imkan yarada bilərik

“Azərreyl”in amerikalı voleybolçusu: Çempionluğa layiq idik

“AzerGold”da keniyalı iş adamları ilə görüş keçirilib

Qazaxıstanda daşqınlar səbəbindən 8,5 min insan təxliyə məntəqələrində qalır

Azərbaycan Çernobıl Əlilləri İttifaqının üzvləri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib

Havaya normadan artıq tullantı atan restoranların səlahiyyətli nümayəndələri barədə akt və protokol tərtib olunub

Fukuşima AES-dən suyun okeana axıdılması dayandırılıb

BMT-nin Baş katibi: Bəşəriyyət iqlim dəyişikliyi ilə mübarizədə daha sıx birləşməlidir

Azərbaycan-Qırğızıstan münasibətləri Türk dünyasının birliyinə mühüm töhfələr verir

AMEA-da yeni şöbələr yaradılıb

Azərbaycan Kuboku: Bu gün finalçılar məlum olacaq

Dövlət Yol Polis əməkdaşları vətəndaşları yol hərəkəti qaydaları haqqında məlumatlandırıb

Azərbaycanda COVID-19 və qripə qarşı vaksinasiyanın səmərəliliyinin dəyərləndirilməsi üzrə aparılan tədqiqat yekunlaşıb

“Sumqayıt” klubunun baş məşqçisi “Barselona”nın düşərgəsinə yollanıb

Dünya birjalarında neft bahalaşıb

İlkin səhiyyə xidməti təkmilləşdirilir

Aprelin 23-də 19,2 kiloqramdan çox narkotik vasitə dövriyyədən çıxarılıb

DİN: Ötən gün Xankəndidə silah-sursat aşkarlanıb

Ötən gün aşkarlanan və təhvil götürülən silah-sursatın sayı açıqlanıb

“Deloitte” Azərbaycanda fəaliyyətini genişləndirir

Yevgeni Mixaylov: Cənubi Qafqazın təhlükəsizliyi Azərbaycanın və Rusiyanın diqqət mərkəzindədir – ŞƏRH

DİN: Cinayət törətməkdə şübhəli bilinən 55 nəfər saxlanılıb

Azərbaycan nefti bahalaşıb

Bakıda Qırğız kino günlərinin açılışı olub

Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının iclası keçirilib

Çin “Şencou-18” kosmik missiyasını orbitə göndərməyə hazırlaşır

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Kürdəmirdə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb

Təzadlı obrazlar ustası

Panama sahillərində zəlzələ qeydə alınıb

Şimali Koreya nümayəndə heyəti son 5 ildə ilk dəfə İrana səfər edib

Hindistan 250 kilometr mənzilli ballistik raketi sınaqdan keçirib

Professor Merab Kiladze: Gürcüstan və Azərbaycan həkimləri tibbin bütün sahələrində uğurlu əməkdaşlıq edirlər

“Diaspor Akademiyası” layihəsi çərçivəsində səkkizinci təlim keçirilib

Varşava Azərbaycan Evində karyera təlimləri davam edir

BEA: Elektromobillərin qlobal satışları 2024-cü ildə rekord həddə çatıb

ABŞ Dövlət katibi Çində Rusiya ilə bağlı mövzuları da müzakirə edəcək

Səfir Nazim Səmədov etimadnamələrini Qambiya Prezidentinə təqdim edib

Tədqiqat: Zərərli qidaların niyə xərçəngə səbəb olduğu məlum olub

Bayden ABŞ-ın yeganə dünya lideri olduğunu söyləyib

“Yuventus” İtaliya Kubokunun finalına yüksəlib

Premyer Liqa: “Arsenal” London derbisində “Çelsi”ni darmadağın edib

Senat ABŞ-ın Ukraynaya hərbi yardımını təsdiqləyib

Bosniya və Herseqovina Rəyasət Heyətinin sədri COP29-da iştiraka dəvət olunub

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu Gürcüstan mətbuatının diqqət mərkəzində olub

Milanda gecə saatlarında pizza və dondurma yemək qadağan olunacaq

İNALCO: Türk Mədəniyyəti və Dilləri Günündə Azərbaycan mədəniyyəti təqdim olunub VİDEO

Ukrayna mülki aviasiyanın modernləşdirilməsinə dair sazişi ləğv edib

Rusiya müdafiə nazirinin müavini saxlanılıb

Nikol Paşinyan: Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədlərindən kənarda heç bir ambisiyası yoxdur

Dövlət Departamenti: ABŞ Rusiyanın enerji sektoruna qarşı sanksiyaları davam etdirəcək

Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının məlumatı

Rusiya XİN Bakı və İrəvan arasında sülh müqaviləsinin razılaşdırılmasının zəruri olduğunu bildirib

Bolat Nurqaliyev: Sülh prosesi başlayandan sonra Azərbaycan dünya səviyyəsində əhəmiyyətli dərəcədə yüksəlib VİDEO

Rusiya Prezidenti son 12 ildə BAM-ın gücünün üç dəfə artdığını açıqlayıb

Milli Məclisin növbəti plenar iclasında 18 məsələ müzakirə olunub

Ombudsman britaniyalı müəllifin təşəbbüsü ilə hazırlanan kitab üçün müsahibə verib

İmişlidə “Mercedes” marketə çırpılıb, yeniyetmə son anda qəzadan xilas olub: anbaan görüntülər VİDEO