Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya həsr olunan kitab təqdim edildi

Bakı, 10 sentyabr (AZƏRTAC). Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya həsr olunan yeni kitab çapdan çıxıb.

Fondun icraçı direktoru Anar Ələkbərovun müəllifi olduğu kitabda birinci xanımın ölkənin ictimai-siyasi həyatındakı fəaliyyəti diqqətə çatdırılmaqla yanaşı, Mehriban Əliyevaya məxsus keyfiyyətlər ayrı-ayrı hadisələrin fonunda təqdim edilir.

Heydər Əliyev Fondundan AZƏRTAC-a bildiriblər ki, “Mehriban” adlı kitabda ölkənin birinci xanımının Vətənə və xalqa sevgisi, müxtəlif məsələlərə yanaşması, Azərbaycan Prezidentinin siyasətinə dəstək olaraq həyata keçirdiyi işlər, onun hər bir məsələdə insanların maraqlarını rəhbər tutması əksini tapıb.

Kitabdan bəzi hissələri oxuculara təqdim edirik:

O, yalnız ölkənin birinci xanımı deyil,

hamının əzizi, doğma Mehribanıdır

“Mehriban xanım haqqında yazmaq və fikir söyləmək böyük məsuliyyət tələb edir. Bu gün ölkənin ictimai həyatında adı bütün sahələrə nüfuz etmiş birinci xanım barədə müxtəlif kitablar yazılıb, ölkə daxilində və xaricində onun fəaliyyətini təfərrüatı ilə əks etdirən materiallar nəşr olunub. Əsasən rəsmi məlumatların yer aldığı bu nəşrlər onun xarakteri, daxili aləmi barədə dolğun təəssürat yaratmır. Bu səbəbdən peşəkar fəaliyyətimin böyük hissəsinin onun adı ilə sıx bağlı olduğunu nəzərə alaraq, bu gün ölkəmizdə xeyirxahlıq rəmzinə çevrilən Mehriban xanım haqqında yazmaq və onun ictimai şüurda formalaşmış bitkin portretinə yeni cizgilər əlavə edərək daxili aləmini təqdim etmək istədim. Bu illər ərzində mən onun insanlara qayğıkeş münasibətini, vətəndaşların müraciətlərinə, ehtiyaclarına necə diqqətlə yanaşdığını, valideyn qayğısından məhrum olmuş uşaqlara himayədarlıq etdiyini, bir sözlə, böyük ürək sahibi olduğunu gördüm. O, öz əməlləri ilə sevilir, insanların hörmətini və etimadını qazanır. Məhz bu sevginin sayəsində o, yalnız ölkənin birinci xanımı Mehriban Əliyeva deyil, hamının əzizi, doğma Mehribanıdır”.
Azərbaycanın birinci xanımı öz fəaliyyəti ilə

bütün dünyada tanınır, o, həm də çox gözəldir

“Adətən, hər bir ölkənin birinci xanımı öz ölkəsində elmə, mədəniyyətə və təhsilə diqqət yetirir. Mehriban xanımın diqqətindən kənarda isə heç bir sahə qalmır; o, bütün bilik və bacarığını müxtəlif humanitar təşəbbüslərin reallaşmasına sərf edir. Bu gün əminliklə söyləyə bilərik ki, Azərbaycanda son illər ərzində formalaşmış birinci xanım institutu dünyanın bir çox ölkələri üçün örnək ola bilər.

Ölkə Prezidentini müxtəlif səfərlərdə müşayiət edən birinci xanımın davranışı və görünüşü xarici kütləvi informasiya vasitələri üçün ayrıca müzakirə mövzusu olur. Mehriban xanımın xarici ölkələrdə yaşından asılı olmayaraq hər kəs tərəfindən, hətta uşaqlar tərəfindən tanınmasının dəfələrlə şahidi olmuşam. 2007-ci ilin sentyabr ayında Azərbaycan Prezidenti İlham Əliyevin Rumıniyaya işgüzar səfəri çərçivəsində Heydər Əliyev Fondunun bu ölkədəki nümayəndəliyinin açılış mərasimi idi. Tədbirdə hər iki ölkə prezidentlərinin və onların xanımlarının iştirakı nəzərdə tutulmuşdu. Hər ehtimala qarşı birinci xanımlara gül dəstələri təqdim edəcək gənc rumın qızlarına yaxınlaşaraq protokolda nəzərdə tutulduğu kimi onlardan hansının Azərbaycanın, hansının isə Rumıniyanın birinci xanımına gül dəstəsini verməsini izah etdim və qonaq qismində olan Mehriban xanımı tanıyıb-tanımamaları barədə soruşdum. Hər ikisinin gülümsəyərək, səmimiyyətlə bir ağızdan “Biz öz ölkəmizin birinci xanımını üzdən tanımırıq. Azərbaycanın birinci xanımı öz fəaliyyəti ilə bütün dünyada tanınır, o, həm də çox gözəldir” söyləməsi xoş və unudulmaz təəssürat bağışladı”.

Mehriban Əliyeva ən xırda təfərrüatları belə

təhlil etmədən qərar vermir

“O, iti müşahidə qabiliyyətinə malikdir. Görüşlər, təbdirlər zamanı heç nə diqqətindən kənarda qalmır, illər öncə müşahidə etdiyi hansısa bir hadisəni bütün təfərrüatı ilə xatırlaya bilir. Hər şeyə praqmatik yanaşır, dərindən təhlil edir və düzgün qərar verməyi bacarır. Ən xırda təfərrüatları belə təhlil etmədən qərar vermir”.
O, heç kimi ümidsiz qoymur
“Mehriban Əliyeva sadəliyi və səmimiliyi ilə insanların sevgisini qazanıb. Ölkə başçısı ilə regionlara səfər edərkən onlarla görüşə toplaşan insanlarla çox mehriban davranmağı, müraciət edən hər kəsə diqqət göstərməsi, bəzən hətta kənarda dayanmış yaşlı bir insana yaxınlaşaraq hal-əhval tutması bunun əyani sübutudur.

2005-ci ilin aprel ayında Şamaxıya səfər çərçivəsində Şamaxı şəhər internat orta məktəbi ilə tanışlıq zamanı məcburi köçkün ailələri Mehriban xanıma yaxınlaşaraq ondan məskunlaşdıqları yataqxanaya baş çəkməsini xahiş etdilər. Təbii ki, səfər proqramına daxil olmayan bu gözlənilməz təklif təhlükəsizlik baxımından mühafizə xidməti tərəfindən birmənalı olaraq müsbət qarşılanmadı və məndən təkidlə xahiş olundu ki, Mehriban xanıma bu təklifi qəbul etməməyi çatdırım. Onun xasiyyətinə yaxşı bələd olan bir insan kimi, Mehriban xanımın ona üz tutmuş insanlara biganə yanaşmayacağına, əksinə ondan kömək uman hər bir kəsin olduğu kimi, bu insanların da problemlərini dinləyəcəyinə və həllinə çalışacağına əmin olduğumu bildirdim. Əlacsız qalan mühafizə xidməti protokol qaydalarını pozaraq Mehriban xanıma yaxınlaşıb israrla yalnız protokolda nəzərdə tutulmuş obyektləri ziyarət etməyi məsləhət gördü. O, gülümsəyərək məcburi köçkünlərin əhatəsində, onlarla söhbət edə-edə yataqxanaya doğru getdi. Mehriban xanımın buraya gəlişi onu səbirsizliklə gözləyən insanların, uşaqlardan tutmuş ağsaqqallara kimi hər bir kəsin hədsiz sevincinə səbəb oldu. O, hamını təmkinlə dinləyir, mövcud problemlərin araşdırılaraq imkan daxilində aradan qaldırılacağını söyləyirdi. Və cəmi bir neçə ay sonra - 2006-cı ildə Mehriban xanımın Şamaxıda keçirdiyi növbəti görüş məcburi köçkünlərə sonsuz sevinc bəxş etdi – burada vaxtilə internat məktəbinin yataqxanası olmuş köhnə bina əsaslı şəkildə yenidən qurularaq və zəruri avadanlıqla təchiz edilərək çətin şəraitdə yaşayan gənc məcburi köçkün ailələrinin istifadəsinə verildi”.

Şəfqət onun xarakterinin nəzərə

çarpan xüsusiyyətidir

“Mehriban xanımın uşaq evlərindəki körpələrlə görüşlərdən sonra qəlbində kədərli hisslərin baş qaldırdığının dəfələrlə şahidi olmuşam. Uşaq evləri və internat məktəblərini ziyarət edərkən hər bir xırdalığa fikir verir, mütləq mətbəxə baş çəkir, uşaqların qidalanması ilə maraqlanır, bütün şəraiti nəzərdən keçirir. Bu gün valideyn himayəsindən məhrum olmuş və uşaq evlərində tərbiyə alan uşaqlar onun sayəsində qayğı və diqqətlə əhatə olunub, onlar üçün sözün əsl mənasında ailə mühiti yaradılıb”.
Azərbaycanda qadın hərəkatında yeni bir mərhələ
“Mehriban xanım öz fəaliyyəti ilə Azərbaycanda qadın hərəkatını canlandıraraq onun tarixində yeni bir mərhələ açdı. Mehriban xanımın milli maraqlara söykənən çoxşaxəli fəaliyyəti müasir Azərbaycan qadınının cəmiyyətdəki mövqeyi və rolu barədə aydın təsəvvür yaradır. Onun şəxsiyyətində Azərbaycan qadını üçün səciyyəvi olan yüksək humanizm və qayğıkeşlik kimi keyfiyyətlər parlaq təcəssümünü tapıb”.
Əzmkarlıq, işləri düzgün qurmaq bacarığı

bütün problemləri həll edir

“İlk zamanlar Mehriban xanımın deputat seçildiyi Xəzər rayonunda ictimaiyyətlə görüşlərinin keçirilməsi üçün müvafiq yer müəyyən edə bilmirdik. Rayonda normal şəraiti olan mədəniyyət mərkəzi belə yox idi, görüşləri köhnə məktəb binalarının akt zalında keçirmək məcburiyyətində idik. Elə o vaxtlar Mehriban xanımın tapşırığı ilə rayonda mövcud olan problemlərin ardıcıl və vaxtında aradan qaldırılması məqsədi ilə Əzizbəyov rayonunun İnkişafı Fondu (indiki Xəzər İnkişaf Fondu) təsis edildi. Bu gün artıq Xəzər rayonu tamamilə yeni mənzərəyə malikdir. İnsanları ən çox narahat edən problemlər uğurla həllini tapıb. Yeni yollar çəkilib, parklar salınıb, təhsil, tibb, mədəniyyət obyektləri istifadəyə verilib. Mehriban xanım öz fəaliyyəti ilə sübut etdi ki, əzmkarlıq, işləri düzgün qurmaq bacarığı olan yerdə həlli mümkünsüz sayıla biləcək heç bir problem yoxdur.

...2005-ci il. Xəzər rayonu ictimaiyyəti ilə görüş keçirilir. Zirədə keçirilən görüş zamanı ağbirçək bir qadın Mehriban xanıma yaxınlaşaraq onu sidq ürəklə öz evinə çay içməyə dəvət edir. Mehriban xanım gələn dəfəki səfəri zamanı mütləq onun qonağı olacağına söz verir. Bir neçə ay sonra, 2006-cı ilin fevralında Xəzər rayonunda keçirilən tədbirlər bitəndən sonra Mehriban xanım həmin o qadının, 80 yaşına çatan Badam nənənin evinə getməyi unutmur. Uzun illər qəsəbə sovetinin katibi, sonra isə uşaq bağçasının müdiri işləmiş, öz həmyerlilərinin hörmətini qazanmış Badam nənə onu sonsuz sevinc hissi ilə, ən xoş sözlərlə qarşılayaraq, verdiyi bütün vədlərə əməl edən Mehriban xanıma səmimi arzularını yetirdi. Mehriban xanım onunla hal-əhval tutaraq səhhəti, dolanışığı, ailənin vəziyyəti ilə maraqlandı, öz hədiyyələrini təqdim etdi, onun mənzilinin təmir edilməsi və avadanlıqla təmin olunması barədə tapşırıqlarını verdi.

…İctimai şüurda xeyirxahlıq mücəssəməsi kimi qəbul edilən Mehriban xanımın insani keyfiyyətləri, ailə dəyərlərinə sadiqliyi onun görkəmli alim, Dövlət mükafatı laureatı, fizika-riyaziyyat elmləri doktoru, akademik Arif Paşayevin və Azərbaycanda ərəb ədəbiyyatı üzrə ilk elmlər doktoru, ilk qadın professor Aida İmanquliyevanın övladı, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev və tibb elmləri doktoru, akademik Zərifə Əliyevanın gəlini olmasından da qaynaqlanır.

O, hər zaman xalqımızın mövqeyindən çıxış edərək Azərbaycan üçün çox böyük işlər görüb və bu işlərin altına öz imzasını atıb”.

Qeyd edək ki, “Mehriban” adlı kitabda Mehriban Əliyeva ilə bağlı maraqlı məqamlarla yanaşı, ölkənin birinci xanımının ailə üzvləri, eləcə də tanınmış ictimai-siyasi xadimlərin fikirləri yer alıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Məhkəmələrin qərarları ilə müsadirə olunmuş 3 tondan çox narkotik vasitə məhv edilib

Sumqayıt şəhər prokurorluğunda “Açıq qapı günü”

Dövlət İdarəçilik Akademiyasında “ASAN xidmət” mərkəzlərinin əməkdaşları üçün təlim keçirilib

"Paris-2024"ə lisenziya qazanan Azərbaycanın 3x3 basketbol millisi Vətənə dönüb

“Yaradıcı müzakirələr” layihəsinə qeydiyyat başlayıb

Qazaxıstanlı politoloq: Cənubi Qafqaz regionunun əhəmiyyəti artır

Azərbaycanda narkotikdən yaranan davranış pozuntularına görə dispanser nəzarətində olanların sayı açıqlanıb

Qərbi Azərbaycan İcması professor Lemkinin adından sui-istifadə edilməsini sərt şəkildə qınayıb

İİTKM informasiya sistemlərini tam şəkildə “Hökumət buludu”na köçürüb

Baş prokuror paytaxtın Sabunçu rayonunda vətəndaşları qəbul edəcək

Tahir Mirkişili: Azərbaycan son dövrlərdə kiberhücumlara ən çox məruz qalan ölkələr sırasındadır

Taleh Kazımov: Azərbaycanda sığorta sisteminin İT sahəsində kadr potensialının artırılması prioritet məsələlərdəndir

Katarakta əməliyyatı zamanı ABŞ istehsalı olan linzaların xərcləri icbari tibbi sığorta ilə qarşılanır

Bakıda ilk dəfə Azərbaycan İnsurtech Zirvəsi keçirilir

Rusiyalı qonaq Ədəbiyyat Muzeyində olub

BMT-nin Yerli Əhalinin Problemləri üzrə Daimi Forumu keçirilir

Naxçıvanda bu ilin yanvar-mart ayları ərzində 2052 çıxarış verilib

Çempionlar Liqası: “Barselona” PSJ-ni, “Borussiya” “Atletiko Madrid”i qəbul edəcək

Hərbi təhsil müəssisələrinə qəbulla bağlı maarifləndirici görüşlər keçirilib

Avtoyuma məntəqəsindən avtomobil qaçırmaqda şübhəli bilinən şəxs saxlanılıb

Ötən illərlə müqayisədə yollarda ölüm və xəsarətlə nəticələnən qəzaların sayında kəskin azalma müşahidə edilib

İnterpol tərəfindən axtarışda olan şəxs İstanbulda saxlanılıb

Gənclər Kitabxanasında Ramiz Mirişliyə həsr olunan sərgi hazırlanıb

Qarğıdalı sahəsini dolu vurdu, 90 min manata yaxın aqrar sığorta ödənildi

Prezident İlham Əliyev Hacıqabul rayonunda Şirvan suvarma kanalının təməlini qoyub YENİLƏNƏCƏK

Fövqəladə Hallar Nazirliyi təkər satışı və təmiri mərkəzində yanğın təhlükəsini aradan qaldırıb

Çexiyada bir həftədə 1500-ə yaxın insan göy öskürəyə yoluxub

Dövlət qulluğu vəzifələri üzrə sertifikat əldə edilməsi üçün qeydiyyat başlanıb

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvan şəhərində vətəndaşları qəbul edəcək

ƏÜO istismarda olan avtomobil texnikalarına texniki baxış keçirilib

Dünya birjalarında neft bahalaşıb

DİN: Xankəndidə 27 avtomat və digər silah-sursat aşkarlanıb

DİN: Qanunsuz odlu silahlar təhvil götürülüb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb

Cəbrayılda minalar aşkar edilib VİDEO

Azərbaycan neftinin qiyməti ucuzlaşıb

Çinin ümumi daxili məhsulu 5,3 faiz artıb

Cari ilin üç ayında yol-nəqliyyat hadisələrində 33 nəfər ölüb, 72 nəfər xəsarət alıb

ADY: Dəmiryol keçidlərində sürücü diqqətsizliyi iki qəzaya səbəb olub

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Qriplə allergiyanın fərqi

Naftalanda narkotik satan və alan şəxslər saxlanılıblar

Zevsin mağarası və Artemida məbədinin məkanı - Quşadası

Rusiyanın neft emalı zavodlarının PUA zərbələrinə məruz qalması neftin qiymətinə təsir edəcək

Üç ayda Qəbələdə 6,2 milyon manatlıq sənaye məhsulu ixrac olunub

“Coral Reef Watch”: Mərcan rifləri dördüncü qlobal rəngsizləşmədən əziyyət çəkirlər

İtaliyadakı G7-lərin iclasında müharibələrə son qoyulması üzrə səylər müzakirə olunacaq

Yaponiya sahillərində zəlzələ baş verib

Baş məşqçi: Gənc boksçularımızı təkmilləşdirmək niyyətindəyik

Qızıl medal qazanan boksçu: Heç bir döyüşdə çətinlik çəkmədim

Azərbaycanla Serbiya arasında strateji tərəfdaşlığın cari vəziyyəti və perspektivləri müzakirə olunub

Avropa çempionatında qızıl medal qazanan Azərbaycan boksçuları Vətənə qayıdıblar

BMT-nin Vyana bölməsində beyin inkişafının əhəmiyyətinə həsr olunmuş tədbir keçirilib

Kanadada “Türk irsi ayı” münasibətilə tədbir təşkil olunub

Miqren üçün yeni müalicə ümidi: Həb olaraq alınacaq dərman İngiltərədə istifadə olunmağa başlayır

Beynəlxalq Muğam Mərkəzində “Humayla” adlı ilk solo konsert təqdim olunacaq

Meksika mətbuatı: Qərb Ermənistan vasitəsilə Cənubi Qafqazı parçalayır

Rafael Nadal uzun fasilədən sonra tennis kortuna qayıdacaq

"Azərbaycan dili bacarıqları üzrə səviyyələrə dair tələblər” adlı metodik vəsaitin təqdimatı keçirilib

Amerika Yazıçılar Gildiyasının mükafatı təqdim edilib

Tbilisidə etirazçılarla polis arasında qarşıdurma yaşanıb

Şirvanda Zərifə xanım Əliyevanın mənalı ömür yoluna həsr olunan sərgi açılıb

Britaniyanın Baş naziri İran və İsraili təmkinli olmağa çağırıb

Antoni Blinken: İsrailin müdafiəsini dəstəkləməyə və regiondakı şəxsi heyətimizi müdafiə etməyə davam edəcəyik

Hakan Fidan Türkiyədə səfərdə olan Con Bass ilə bölgədəki son hadisələri müzakirə edib

Azərbaycanın xarici işlər naziri Özbəkistan Prezidenti ilə görüşüb

Praqada azərbaycanlı müəllifin əsərinin premyerası keçirilib

Bəhruz Məhərrəmov: Sabitlik adası olmaq, təbii ki, Azərbaycanın qalibiyyətinin nəticəsidir

Sudana humanitar yardım konfransı

Çində ən böyük ticarət sərgisi olan “Kanton” işə başlayıb

Xəzər və Binəqədi rayonlarının qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Tbilisidə parlamentin binası önündə aksiya keçirilib

Yaylaqlara köç edəcək təsərrüfat rəhbərləri üçün mina təhlükəsizliyinə dair təlimlər keçiriləcək

Moldova Texniki Universitetinin rektoru AzTU-nun nümayəndə heyəti ilə görüşüb

Hakan Fidan və Antonio Quterreş arasında telefon danışığı olub

“COP tələbləri: İqlim dəyişikliyi və təbii fəlakətlərə qarşı müqavimət” adlı tədbir keçirilib

Azərbaycan həndbol çempionatı: “Kür” liderliyini möhkəmləndirib

AzTU nümayəndə heyəti Moldovada beynəlxalq konfransda iştirak edib

AMEA rəhbərliyi akademik Zərifə Əliyevanın xatirəsini yad edib

Bayram günlərində Türkiyənin tarixi məkanlarını 1,7 milyon insan ziyarət edib

Elektron Təhlükəsizlik Xidməti məktəblilər üçün maarifləndirmə tədbirləri keçirib

® “Baku Steel Company” QSC Düsseldorfda Azərbaycanı təmsil edir

Arif Əsədov: Reysi səhv saldığımız üçün Bakıya qatarın yük yerində gəlmişdik

Fransa İsrail ordusunun səsləndirdiyi məlumata düzəliş edib

QS-nin regional direktoru: UNEC öz mövqeyini əhəmiyyətli dərəcədə yaxşılaşdırır

“Özbək və Azərbaycan filologiyasının aktual məsələləri” - beynəlxalq konfrans

“Kapital Bank”dan mükafatlarla dolu “50 gün, 50 hədiyyə” lotereyası

“Beynəlxalq humanitar əməliyyatlarda iştirakın hüquqi əsasları və etik normalar” mövzusunda kurs keçirilib

“Barselona”nın futbolçusu: Xəyallarımın komandasında olduğuma görə xoşbəxtəm

Yaponiyalı alimlər ağız gigiyenası ilə ürək arasında əlaqə aşkarlayıb

Cenevrədə Beynəlxalq Novruz Gününə həsr edilmiş tədbir keçirilib

Rafael Nadal Barselonada keçiriləcək turnirdə iştirakını təsdiqləyib

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi mərhələsi başlanır

Xorvatiyada keçirilən simpoziumda Azərbaycanın azad edilmiş ərazilərində mövcud mina problemindən danışılıb

İmişlidə iki nəfərin elektrik cərəyanı vurması nəticəsində ölməsi ilə bağlı cinayət işi başlanılıb

Qırğız parlamentinin sədri uşaqlara ərəb adları qoymaqdan imtina etməyə çağırıb

Azərbaycanın sosial sahədə e-xidmətləri qabaqcıl rəqəmsal təcrübə kimi təqdim edilib

Gürcü ekspert: “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi maliyyə şəffaflığını nəzərdə tutur

“Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpası; hüquqi aspektlər” kitabının qırğız dilində təqdimatı keçirilib

Maştağa, Nardaran və Bilgəh qəsəbələrində yeni içməli su təchizatı infrastrukturları yaradılır