SİYASƏT


Azərbaycanın bölgələri ilə Ukraynanın Dnepr şəhəri arasında birgə iqtisadi layihələr həyata keçiriləcək

Kiyev, 18 iyul, AZƏRTAC

Azərbaycanın bölgə şəhərləri ilə Ukraynanın Dnepr şəhəri arasında iqtisadi, ticari layihələrin reallaşdırılması və birgə müştərək işlərin görülməsi vacibdir.

AZƏRTAC xəbər verir ki, bu fikri Dnepr şəhər Administrasiyasının rəhbəri Boris Filatovla görüşü zamanı Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Azər Xudiyev deyib.

Dnepr şəhərində keçirilən görüşdə səfir qeyd edib ki, Prezident İlham Əliyevin qayğısı ilə Azərbaycanda münbit investisiya mühiti yaradılıb və ölkəmizin regionlarının inkişafına diqqət ayrılıb.

A.Xudiyev vurğulayıb ki, Azərbaycanın qapıları Ukrayna investorlarının üzünə açıqdır.

“Azərbaycanın tanınmış şirkətləri artıq Ukraynada iqtisadi, ticari layihələrə investisiya yatırırlar. Azərbaycan şirkətləri Dnepr şəhərinin iri layihələrinə də investisiya qoymağa hazırdır”,- deyə səfir bildirib.

Administrasiya rəhbəri Boris Filatov deyib ki, Dnepr şəhərində 30 mindən çox azərbaycanlı yaşayır. Onlar şəhərin ictimai-siyasi və iqtisadi həyatında fəal iştirak edirlər. O bildirib ki, Dnepr şəhərinin avtomobil yolları yenidən qurulacaq və Azərbaycan şirkətləri bu layihələrdə iştirak edərlərsə, administrasiya rəhbərliyi hər cür köməklik göstərəcək.

Dnepr şəhər meri, həmçinin keçən əsrin əvvəllərində - 1905-ci ildə inşa olunan qədim türk məscidinin yenidən qurulmasına Azərbaycan şirkətlərini dəvət edib.

Səfir irəli sürülən təkliflərə baxılacağını və layihələrin reallaşmasına köməklik göstəriləcəyini qeyd edib.

Söhbət zamanı Ukrayna -Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Maksim Kuryaçiy iki qardaş ölkələr arasında iqtisadi, ticari əlaqələrin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.