İDMAN
Azərbaycanın daha bir taekvandoçusu Koreyadakı dünya çempionatında yarımfinala yüksəlib
Bakı, 30 iyun, AZƏRTAC
Koreya Respublikasında təşkil edilən taekvando üzrə dünya çempionatında bir idmançımız dayanq üzərinə çıxıb.
AZƏRTAC xəbər verir ki, kişilərin mübarizəsində 80 kiloqram çəki dərəcəsində Azərbaycanı təmsil edən Milad Beigi Hərçəqani yarımfinala vəsiqə qazanıb. İdmançımız nigerli Djibo Bagna Kadrı (30:9), Yaponiya idmançısı Hidenori Ebatanı (18:7), ispaniyalı Raul Garcia Martinezi (19:13) və Moises Hernandezi (Dominikan Respublikası) 6:4 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib. Komandamızın liderlərindən olan İslamiadanın çempionu, dünya kubokunun ikiqat sahibi M.Hərçəqani həlledici mərhələyə vəsiqə uğrunda döyüşdə moldovalı Aaron Cookla qarşılaşacaq.
Beləliklə, Azərbaycanın daha bir taekvandoçusu Koreyada keçirilən dünya çempionatında ən az bürünc medalı təmin edib.
Xatırladaq ki, iyunun 29-da komandamızın daha bir üzvü Məhəmməd Məmmədov yarımfinala adlayıb. Altmış üç kiloqram çəki dərəcəsində yarışan M.Məmmədov bu gün yarımfinalda İran taekvandoçusu Mirhaşem Hosseini ilə döyüşəcək.