İDMAN
Azərbaycanın daha üç boksçusu IV İslam Həmrəyliyi Oyunlarının dörddəbir finalına yüksəlib
Bakı, 13 may, S.Allahverdiyeva, H.Mahmudova, AZƏRTAC
Mayın 13-də IV İslam Həmrəyliyi Oyunlarının boks yarışlarında növbəti görüşlər keçirilib. AZƏRTAC xəbər verir ki, boks yarışlarının ikinci günündə millimizin üç üzvü rinqə çıxıb.
Oyunlarda 52 kiloqram çəki dərəcəsində mübarizə aparan Məsud Yusifzadə ilk görüşünü türkiyəli Ömər Koça qarşı keçirib. Rəqibini 5:0 hesabı ilə məğlub edən boksçumuz dörddəbir finala adlayıb.
M.Yusifzadə növbəti mərhələdə özbəkistanlı Abrorjon Kodırov ilə üz-üzə gələcək. Görüş mayın 16-da keçiriləcək.
Olimpiya Oyunlarının mükafatçısı Kamran Şahsuvarlı (75 kq) da yarışa qələbə ilə başlayıb. Qayana təmsilçisi Desmond Amsterdamı 5:0 hesabı ilə məğlub edən boksçumuz dörddəbir finala yüksəlib. K.Şahsuvarlı dörddəbir finalda ilk mərhələdən azad olan türkiyəli İhsan Ərdoğan ilə qarşılaşacaq. Görüş mayın 16-da baş tutacaq.
Səkkizdəbir final mərhələsindən mübarizəyə qoşulan digər boksçumuz Rauf Rəhimov (81 kq) Hafidz Adli Mohdu (Malayziya) ilə görüşdən qalib ayrılıb. Boksçumuz rəqibini 5:0 hesabı ilə məğlub edib. R.Rəhimovun dörddəbir final görüşü mayın 16-da keçiriləcək. İdmançımız həmin görüşdə Əli Xan ilə (Pakistan) üz-üzə gələcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [21:31]
Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionatında qızıl medal qazanıb
- 24.04.2024 [18:52]
Azərbaycan Kubokunda ilk finalçı bəlli olub
- 24.04.2024 [17:46]
Azərbaycan və Gürcüstan voleybol sahəsində əməkdaşlığı genişləndirir
- 24.04.2024 [17:06]
Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb
- 24.04.2024 [16:52]
Region Liqası: Final oyununun yeri və başlama saatı açıqlanıb
- 24.04.2024 [14:51]