İQTİSADİYYAT


“Azərbaycanın davamlı inkişafı naminə Yer səthinin məsafədən müşahidəsi xidmətlərinin təşviqi” layihəsinin ikinci mərhələsi elan olunub

Bakı, 26 may, AZƏRTAC

“Azərkosmos” ASC “Azərbaycanın davamlı inkişafı naminə Yer səthinin məsafədən müşahidəsi xidmətlərinin təşviqi” layihəsinin ikinci mərhələsini elan edib.

ASC-dən AZƏRTAC-a verilən məlumata görə, layihənin keçirilməsində əsas məqsəd “Azersky” peykindən əldə olunan təsvirlərin ölkə daxilində istifadəsini təşviq etmək və Azərbaycanda Yer səthinin məsafədən müşahidəsi xidmətlərinin inkişafına təkan verməkdir.

Layihə çərçivəsində elmi tədqiqat institutları, universitetlər, elmi tədqiqatla məşğul olan digər qurumlar, həmçinin hüquqi və ya fiziki şəxslər öz təkliflərini təqdim edə bilərlər. Təkliflər iyulun 31-dək qəbul olunacaq.

“Azərkosmos” ASC sentyabrın 29-dək qaliblər təkliflərindəki tələblərə uyğun olaraq “Azersky” peyki vasitəsilə çəkilmiş təsvirlərlə təmənnasız təmin edəcək. Qalib təkliflərin seçimi zamanı layihənin “Azersky”dan alınan məlumatların yaradıcı formada istifadəsi və təklifin icrasının mümkünlüyü, ölkənin davamlı inkişafı naminə elmi təyinatlı olması, innovativlik kimi meyarlar nəzərə alınacaq. Layihə barədə ətraflı məlumatı www.azercosmos.com internet səhifəsindən və (012) 565 00 55 (daxili 216) nömrəsi ilə əlaqə saxlayaraq almaq olar.

“Azersky” peykinin təsvirlərindən elektron kənd təsərrüfatının qurulmasında və kənd təsərrüfatı məhsullarının monitorinqində, xəritəçəkmədə, hasilat, infrastruktur, planlaşdırma və monitorinq işlərində, kadastr məlumatlarının yenilənməsində, dənizdə və quruda neft çirklənmələrinin tədqiqində, eləcə də müdafiə və təhlükəsizlik sahələrində istifadə olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.