CƏMİYYƏT


Azərbaycanın daxili işlər naziri Gürcüstanda səfərdədir

Bakı, 3 avqust, AZƏRTAC

Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov Gürcüstan Respublikasının daxili işlər naziri Giorgi Mqebrişvilinin dəvəti ilə avqustun 2-dən 4-dək bu ölkədə rəsmi səfərdədir.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, daxili işlər nazirlərinin avqustun 3-də keçirilən görüşündə Azərbaycanla Gürcüstan arasında dostluq və qardaşlıq münasibətlərinin müəyyənləşdirilmiş strategiyaya uyğun uğurla inkişaf etdiyi, hər iki ölkə rəhbərliyinin qarşılıqlı əlaqələrin daha da dərinləşdirilməsinə xüsusi önəm verdiyi qeyd olunub. Eyni zamanda, dövlətlərimizin müvafiq qurumları arasında əməkdaşlığın, ilk növbədə, beynəlxalq terrorçuluq, transmilli mütəşəkkil cinayətkarlıq, xüsusən narkotiklərin qanunsuz dövriyyəsi, insan alveri və qanunsuz miqrasiya ilə mübarizə sahəsində birgə işbirliyinin, təcrübə və informasiya mübadiləsinin, yaradılmış normativ-hüquqi bazanın yaxın dost və strateji tərəfdaş olan ölkələrimizin mənafeyinə, bölgədə təhlükəsizliyin təmini işinə xidmət etdiyi diqqətə çatdırılıb.

Görüşdə regional təhlükəsizlik sahəsində, o cümlədən sərhədyanı bölgələrdə əməkdaşlığın mövcud vəziyyəti və prioritet istiqamətləri barədə fikir mübadiləsi aparılıb, qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər müzakirə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.