SİYASƏT


Azərbaycanın diaspor rəhbəri Misir dövlət televiziyasının qonağı olub

Bakı, 1 iyul, AZƏRTAC

“Vətənpərvər” - Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı-alim Seymur Nəsirov Misirin “əl-Fədaiyyə əl-Misriyyə” dövlət televiziya kanalının “Diplomatik səhifələr” proqramında çıxış edib.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, verilişin əvvəlində Azərbaycanın müasir simasını əks etdirən videoçarx nümayiş olunub. Daha sonra S.Nəsirov ölkəmiz haqqında yerli tamaşaçılara geniş məlumat verib, tariximiz, mədəni və turizm əlaqələrimizdən söhbət açıb. S.Nəsirov özünün araşdırmaları nəticəsində ərəb mənbələrində adları keçən 250 azərbaycanlı alim haqqında yazılar hazırladığını bildirib. Təqdiqatçı-alim hər iki xalqın bir-birinə qarşılıqlı təsirindən bəhs edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.