REGİONLAR


Azərbaycanın dilbər guşəsi – Zaqatala FOTOREPORTAJ

A+ A

Zaqatala, 25 iyul, Mustafa Dadaşov, AZƏRTAC

Azərbaycanın şimal-qərbində, Böyük Qafqaz sıra dağlarının ətəyində yerləşən Zaqatala rayonu əsrarəngiz təbiəti - yamyaşıl dağları, meşələri, yaylaqları, şıltaq dağ çayları, şəlalələri, buz bulaqları, heyvanat aləmi, həmçinin ölkə və yerli əhəmiyyətli qədim tarixi abidələri ilə turistləri həmişə özünə cəlb edir. Rayonda ekoturizmin inkişaf etdirilməsi üçün çox əlverişli şərait var.

Zaqatala şəhərindəki IV-V əsrlərə aid alban məbədi, XIX əsrə aid “Zaqatala qalası”, Car kəndindəki XIV əsrə aid “Cingöz qala”, Yuxarı Çardaxlar kəndindəki V əsrə aid “Pəri qalası”, Mosul kəndindəki minarə, həmçinin əsrarəngiz təbiət guşələri, o cümlədən Zaqatala şəlaləsi, Xalxal gölü, Mazıx kəndindəki şəlalə turistlər üçün böyük maraq kəsb edir. Zaqatala Dövlət Təbiət Qoruğu rayonda ekoturizmin inkişafı üçün böyük əhəmiyyətə malikdir.

Rayon ərazisində fəaliyyət göstərən “Qrata”, “Zaqatala”, “Turqut”, “İş” otellərində, “Calğalıq”, “Ləzzət” və digər istirahət mərkəzlərində turistlərə müasir standartlara uyğun xidmətlər göstərilir.

Zaqatalada kənd yaşıl turizm növü daha geniş yayılıb. İstirahət üçün Car, Meşleş, Mazıx, Yuxarı Çardaxlar kəndlərini seçən turistlər fərdi evlərdə qalmağa daha çox üstünlük verirlər. Sadə kənd evlərində yerləşən turistlər, həm də kənd həyatı ilə daha yaxından tanış olmaq imkanı qazanırlar.

AZƏRTAC Zaqatalanın göz oxşayan təbiətindən çəkilmiş fotoları təqdim edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.