CƏMİYYƏT


Azərbaycanın dövlət müstəqilliyinin 25 illiyinə həsr olunan esse müsabiqəsinin qalibləri mükafatlandırılıblar

A+ A

Bakı, 10 oktyabr, AZƏRTAC

Moskvada Azərbaycanın dövlət müstəqilliyinin 25 illiyinə həsr olunan esse müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, “Müasir Azərbaycanın müstəqilliyində ulu öndər Heydər Əliyevin rolu” mövzusunda keçirilən tədbirdə Rusiyada təhsil alan tələbələr, ziyalılar, diaspor fəalları və Rusiya ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Azərbaycan Slavyan Gənclər Assosiasiyasının Rusiya Nümayəndəliyinin təşkilatçılığı, Diasporla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Mədəniyyətinin İnkişaf və İntibah Fondunun və Ümumrusiya Azərbaycanlıları Konqresinin dəstəyi ilə təşkil olunan tədbirdə əvvəlcə qaliblər müəyyənləşib. ASGA Rusiya Nümayəndəliyinin rəhbəri Toğrul Allahverdili tədbirin əhəmiyyətindən danışıb. O bildirib ki, tədbirin təşkilində məqsəd ümummilli lider Heydər Əliyev irsini və onun Rusiya ilə Azərbaycan arasında olan xidmətlərini gənclərə, burada təhsil alan azərbaycanlılara aşılamaq, iki xalq arasındakı dostluğa töhfə verməkdir.

Sonra Rusiya-Azərbaycan Dostluq Mərkəzinin rəhbəri Natalya Krasovskayanın, Dövlət dumasının deputatı, Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Dimitri Savilyevin tədbirin təşkilatçılarına ünvanladığı məktubu oxunub. Onlar məktubda Ulu Öndərin Azərbaycan xalqı, dövləti üçün gördüyü əvəzsiz xidmətlərdən bəhs ediblər.

Daha sonra Azərbaycan mədəniyyətinin inkişafı və intibah fondunun sədri Şamil Tağıyev, Ümumrusiya Azərbaycanlıları Konqresinin icraçı direktorunun müavini Rövşən Rəhimov, müsabiqənin münsifləri - Moskva Beynəlxalq Əlaqələr İnstitutunun müəllimi professor Abuzər Bağırov, Azərbaycan və Rusiya yazıçılar birliyinin üzvləri Afaq Şıxlı, Maya Bədəlbəyli çıxış edərək tədbirin əhəmiyyətini, Azərbaycan və Rusiya gəncliyinin Heydər Əliyev şəxsiyyəti ilə yaxından tanış olmalarının önəmini vurğulayıblar.

Sonra qaliblərin mükafatlandırılması mərasimi olub. Birinci yerə Rusiyada təhsil alan, əslən azərbaycanlı Abdullayeva Aidə qalib gəlib. Qalibə ASGA tərəfindən ailəsi ilə birlikdə Azərbaycanı səyahət etmək üçün kupon verilib.

Məlumat üçün qeyd edək ki, ASGA artıq üç aydır QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Azərbaycan 25” layihəsini həyata keçirir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.