İDMAN


Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsinin 25 illiyi münasibətilə Bakıda veloyürüş keçirilib

A+ A

Bakı, 23 oktyabr, Həsrət Mahmudova, AZƏRTAC 

Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsinin 25-ci ildönümü münasibətilə Bakıda veloyürüş keçirilib.

AZƏRTAC xəbər verir ki, 200-dən çox peşəkar və həvəskar velosipedçinin iştirak etdiyi veloyürüş Dövlət Bayrağı Meydanından start götürüb, Heydər Əliyev Mərkəzinin binasının qarşısında başa çatıb.

“İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov jurnalistlərə müsahibəsində dövlət müstəqilliyimizin bərpa olunmasının 25 illiyi ilə əlaqədar silsilə tədbirlərin keçirildiyini söyləyib. Veloyürüşün “Müstəqilliyimiz əbədidir, dönməzdir, sarsılmazdır” adı altında keçirildiyini diqqətə çatdıran İctimai Birliyin sədri gənclərin belə tədbirlərdə fəallıq göstərməsinin əhəmiyyətini qeyd edib. O bildirib ki, müstəqilliyimizin bərpa edilməsinin 25-ci ildönümü ilə əlaqədar idman, mədəniyyət sahələrində təşkil olunan tədbirlər həm də gənclərin asudə vaxtlarını səmərəli keçirmələri baxımından xüsusi önəm kəsb edir.

Qeyd edək ki, “İrəli” İctimai Birliyi veloyürüşü Azərbaycan Velosiped İdmanı Federasiyasının, Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin və “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının təşkilati dəstəyi ilə keçirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.