SİYASƏT


Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü Belarusda qeyd olunub

A+ A

Minsk, 9 noyabr, AZƏRTAC

Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25 illik yubileyi münasibətilə ölkəmizin Belarusdakı səfirliyində tədbir keçirilib.

Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Belarusda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, parlamentin deputatları, ictimaiyyətin təmsilçiləri və Azərbaycan diasporunun üzvləri iştirak ediblər.

Belarus Baş nazirinin müavini Vladimir Semaşko mərasimə rəsmi qonaq qismində qatılıb.

Azərbaycanın Belarusdakı səfiri İsfəndiyar Vahabzadə tədbirdə çıxış edərək dövlət müstəqilliyinin tarixindən, ölkəmizin azadlıq mübarizəsindən danışıb. Diplomat xalqımızın ümummilli lideri Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycanın dinamik inkişaf yoluna qədəm qoyduğunu, bütün sahələrdə mühüm islahatların həyata keçirildiyini bildirib. Səfir Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasət nəticəsində Azərbaycanın dövlətçilik sütunlarının daha da möhkəmləndiyini, ölkəmizin beynəlxalq aləmdə böyük nüfuz və söz sahibinə çevrildiyini və respublikamızın gündən-günə inkişaf etdiyini diqqətə çatdırıb.

Belarus Baş nazirinin müavini Vladimir Semaşko çıxışında dövlət müstəqilliyinin bərpasının 25 illik yubileyi münasibətilə Azərbaycan xalqını təbrik edib. Baş nazirin müavini Azərbaycan ilə Belarus arasındakı qarşılıqlı münasibətlərin sarsılmaz inama və etibara əsaslandığını vurğulayıb. O, dövlətlərimizin başçıları arasında da dostluq münasibətlərinin olduğunu qeyd edib. İkitərəfli münasibətlərin sürətlə inkişaf etdiyini bildirən Baş nazirin müavini bu istiqamətdə intensiv işlərin aparıldığını söyləyib. V.Semaşko əməkdaşlığın genişləndirilməsi üçün müxtəlif sahələrdə yeni layihələrin həyata keçirildiyini bildirib.

Rəsmi hissədən sonra tədbir iştirakçıları Azərbaycan mətbəxinin ləziz təamlarından dadıblar.

Zeynal Ağazadə

AZƏRTAC-ın xüsusi müxbiri

Minsk

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.