CƏMİYYƏT


Azərbaycanın dövlət sərhədini pozmağa cəhd göstərən Banqladeş və İran vətəndaşları saxlanılıb VİDEO

Bakı, 19 iyun, AZƏRTAC

Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən qeyri-leqal miqrasiyaya qarşı mübarizə uğurlu davam etdirilməkdədir.

DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, iyunun 13-də saat 23:30 radələrində Yardımlı rayonunun Alar kənd ərazisindəki sərhəd zastavasının xidməti sahəsində Azərbaycandan İrana dövlət sərhədini pozmağa cəhd göstərən 2 nəfər Banqladeş Xalq Respublikası vətəndaşları, 1991-ci il təvəllüdlü Amin Tacul, 1985-ci il təvəllüdlü Muhammad Bahauddin və onlara bələdçilik edən İran vətəndaşı 1963-cü il təvəllüdlü Həsənli Fateh Həmid oğlu saxlanılıblar. Sərhəd pozucularının dövlət sərhədindən keçirilməsinə vasitəçilik edən Azərbaycan Respublikası vətəndaşı Yardımlı rayonu Arvana kənd sakini Sətiyev Şəhriyar Əvəz oğlu hadisə yerindən qaçmağa müvəffəq olsa da, davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. İlkin araşdırma zamanı Banqladeş Xalq Respublikası vətəndaşlarının Odlar Yurdu və Qərb universitetlərinin tələbələri olması müəyyənləşdirilib.

Həmin tarixdə saat 23:50 radələrində Cəlilabad rayonunun Əsədli kənd ərazisindəki sərhəd zastavasının xidməti sahəsində İrandan Azərbaycana dövlət sərhədinin pozulması əlamətləri aşkarlanıb. Fakt üzrə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində sərhəd pozucusunu qarşılamaq üçün əraziyə gəlmiş Cəlilabad rayonunun Musalı kənd sakinləri Daxil Gözəlov və Şixəli Əhməd oğlu qardaşları, daha sonra isə sərhəd pozucusunun özü, 1980-ci il təvəllüdlü Gözəlova Aynur Əhməd qızı saxlanılaraq istintaqa cəlb olunublar. Araşdırma zamanı sərhəd pozucusunun 2007-ci ildən Türkiyədə məskunlaşması, müvafiq sənədləri olmadığından 2017-ci ilin iyun ayının əvvəllərində vətənə qayıtmaq üçün Türkiyə sərhədini pozaraq İrana, oradan isə Azərbaycan Respublikasına keçməsi müəyyənləşdirilib.

Hər iki fakt üzrə cinayət işi başlanıb və əməliyyat-istintaq tədbirləri davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.