CƏMİYYƏT


Azərbaycanın əlillər təşkilatı Rusiya universiteti ilə saziş imzalayıb

A+ A

Bakı, 1 iyul, AZƏRTAC

“Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyi və “Əlillər Dünyası” qəzeti Moskva Dövlət Humanitar-İqtisad Universiteti (MDHİU) ilə qarşılıqlı əməkdaşlıq barədə saziş imzalayıb.

İctimai Birlikdən AZƏRTAC-a bildiriblər ki, bu yaxınlarda 25 illiyini qeyd edən bu təhsil ocağı MDB məkanında fiziki imkanları məhdud olan tələbələr üçün xüsusi şəraitin yaradıldığı yeganə universitetdir. MDHİU-nun rektoru, professor Vaqif Bayramov və “Beynəlxalq Əlillər Cəmiyyəti”nin, eləcə də “Əlillər Dünyası” qəzetinin rəhbəri Tahir Xudiyev imzalanma mərasimində çıxış edərək əməkdaşlıqdan məmnun olduqlarını və bu sazişin gənc nəslin tolerantlıq ruhunda tərbiyəsində əhəmiyyətini vurğulayıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.