REGİONLAR


Azərbaycanın ən yaşlı seçicisi səsvermədə iştirak edib VİDEO

A+ A

Bərdə, 26 sentyabr, Tahir Ağaməmmədov, AZƏRTAC

Üç əsrin şahidi olan 122 yaşlı Səmərqə Allahverdiyeva 94 saylı Bərdə kənd seçki dairəsinin Xəsili kənd tam orta məktəbində yerləşən 30 saylı seçki məntəqəsinə gələrək səsvermədə iştirak edib.

1894-cü il təvəllüdlü Səmərqə Allahverdiyeva AZƏRTAC-ın müxbirinə deyib ki, 8 övladı, 60 nəvəsi, 87 nəticəsi, 12 kötücəsi var. Dəfələrlə prezident, parlament və bələdiyyə seçkilərində iştirak edib. Bugünkü səsverməyə də ailə üzvləri ilə birgə gəlib.

“Sovetlər dövründə traktorçu, qabaqcıl pambıqçı olmuşam. Hər il 10 hektar pambıq becərir, gündə 150-180 kiloqram pambıq yığardım. Ulu öndər Heydər Əliyevlə də pambıq tarlalarında 3 dəfə görüşmüşəm. Qabaqcıl pambıqçı kimi müxtəlif döş nişanları ilə təltif edilmişəm. Bu gün 122 yaşımda səsvermədə iştirak etdiyimə görə özümü xoşbəxt sanıram”, – deyə Səmərqə nənə bildirib.

Qeyd edək ki, 94 saylı Bərdə kənd seçki dairəsi üzrə qeydə alınan seçicilərin 1141-nin yaşı 80-100 arası, 12 seçicinin yaşı isə 100-dən yuxarıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.