İDMAN


Azərbaycanın gənc taekvandoçusu Kanadadakı dünya birinciliyində bürünc medal qazanıb

A+ A

Bakı, 17 noyabr, AZƏRTAC

Kanadada keçirilən gənclər arasında taekvando üzrə dünya birinciliyinin ilk gününü komandamız bürünc medalla başa vurub.

AZƏRTAC xəbər verir ki, baş məşqçi Məmməd Abdullayevin yetirmələrindən Ayaz Qəmbərli (45 kq) yarımfinaladək Nikolas Delayeni (Qvadelupe) 14:0, Omar Şarakını (Misir) 7:1, Rabil Sagitzanovu (Qazaxıstan) 14:4 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib. Lakin həmyerlimiz finala gedən yolda Çin Taypeyini təmsil edən Çanq Çenq-Çuna məğlub olub. A.Qəmbərli gərgin keçən döyüşdə rəqibinə qızıl xalla uduzaraq yarışda bürünc medalla kifayətlənib.

Qeyd edək ki, Azərbaycanın gənclərdən ibarət millisi dünya birinciliyində 14 idmançı ilə təmsil olunur.

Yarışda 102 ölkədən 846 gənc taekvandoçu mübarizə aparır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.