İDMAN


Azərbaycanın gənc taekvandoçusu Kanadadakı dünya birinciliyində gümüş medal əldə edib VİDEO

A+ A

Bakı, 18 noyabr, AZƏRTAC

Kanadada keçirilən gənclər arasında taekvando üzrə dünya birinciliyinin ikinci günündə Azərbaycan millisinin daha bir üzvü medal qazanıb.

AZƏRTAC xəbər verir ki, Qaşım Maqomedov (55 kq) yarışda Taras Malçenko (Ukrayna), Youhe Huang (Çin), Daniel Alejandro Gonzalez (Meksika), Gabriele Caulo (İtaliya) və Əli Başeriyə (İran) qalib gələrək finala vəsiqəni təmin edib. Həlledici qarşılaşmada koreyalı Çan-Ho Junqla döyüşdən məğlub ayrılan təmsilçimiz birinciliyin gümüş medalı ilə kifayətlənib.

Xatırladaq ki, bu milli komandamızın aktivindəki ikinci medaldır. Bir gün əvvəl komandamızın üzvü Ayaz Qəmbərli dünya birinciliyində bürünc medala sahib olmuşdu.

Qeyd edək ki, 102 ölkədən 846 taekvandoçunun mübarizə apardığı yarışda Azərbaycanın gənclərdən ibarət millisi 14 idmançı ilə təmsil olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.