İDMAN


Azərbaycanın gənc taekvondoçuları Rusiyada beynəlxalq turnirdə uğurla çıxış ediblər

A+ A

Bakı, 13 iyul, AZƏRTAC

Azərbaycanın gənc taekvondoçuları Rusiya Federasiyasının Yakutsk şəhərində “Asiyanın uşaqları” altıncı beynəlxalq idman oyunlarında uğurla çıxış ediblər.

AZƏRTAC xəbər verir ki, dörd ildən bir təşkil edilən oyunlar, müxtəlif idman növlərini, o cümlədən taekvondonu əhatə edir.

Taekvondo üzrə yarışlarda 48 kiloqram çəki dərəcəsində mübarizə aparan Ayaz Qəmbərli Monqolustan, Rusiya, Səudiyyə Ərəbistanı və Qazaxıstandan olan rəqiblərinə qalib gələrək birinci olub.

Orxan Tağızadə (73 kq-dan yuxarı) isə yunanıstanlı, rusiyalı, qazaxıstanlı rəqiblərindən üstün olaraq finala vəsiqə qazanıb. Həlledici görüşdə daha bir rusiyalını məğlub edən O.Tağızadə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, 38 ölkədən idmançıların qatıldığı beynəlxalq oyunlarda Azərbaycanı yeniyetmələrdən ibarət millinin böyük məşqçisi, Əməkdar məşqçi Sənan Həşimovun rəhbərliyi ilə 5 taekvondoçu təmsil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.