İDMAN
Azərbaycanın gənclər və idman naziri Avropa Şurasına üzv dövlətlərin idman nazirlərinin toplantısında iştirak edəcək
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, konfrans Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə oktyabrın 31-dək davam edəcək sədrliyi müddətində keçirildiyindən A.Rəhimov tədbirin açılış sessiyasında qurumun sədri qismində çıxış edəcək.
A.Rəhimov цlkəmizin bir sэra beynəlxalq yarэюlara ev sahibliyi etməsi zamanэ, eyni zamanda, 2015-ci ildə Bakэda keзiriləcək Avropa oyunlarэnda tamaюaзэ zorakэlэрэnэn qarюэsэnэn alэnmasэ ilə bağlı görülən işlərdən danışacaq, idmanda korrupsiya hallarına son qoyulmasının daim diqqət mərkəzində olmasının önəmini və belə konfransların keçirilməsinin vacibliyini diqqətə çatdıracaq. Nazir idmanın inkişafı istiqamətində Avropa Şurası ilə əlaqələrin genişlənməsinin əsas istiqamətlərdən biri olduğunu qeyd edəcək.
Konfransda “İdmanın idarə olunmasında korrupsiya”, “Avropa Şurası ilə Avropa İttifaqı arasında əməkdaşlıq”, “2015-ci il Dünya Antidopinq Kodeksinin həyata keçirilməsində hökumətlərin rolu”, “Tamaşaçı zorakılığına dair 1985-ci il Avropa Konvensiyasının icmalı” adlı qətnamələrin qəbulu gözlənilir.
Tədbirdə, həmçinin “İdman yarışlarının manipulyasiyasına dair Avropa Konvensiya”sı imzaya açıq elan ediləcək.
Konfrans çərçivəsində A.Rəhimovun Avropa Şurasının baş katibi Torbörn Yaqlandla görüşü də nəzərdə tutulur.
Görüşdə Avropa Şurası ilə Azərbaycan arasında gənclər və idman sahələrində əməkdaşlığın daha da möhkəmləndirilməsi, ölkəmizin Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi dövründə qurumla birgə həyata keçirdiyi “Gənclər siyasəti üzrə I Qlobal Forum”, “Nifrət nitqinə yox hərəkatı” və s. layihələr ətrafında müzakirələr aparılacaq. Görüş əsnasında “Bakı 2015” Avropa Oyunlarının təqdimatı da keçiriləcək.