Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Azərbaycanın geosiyasəti və beynəlxalq münasibətlərinə dair fundamental elmi əsər

Bakı, 6 mart, AZƏRTAC

XX əsrin sonunda SSRİ və sosializm sisteminin süqutu ilə dünyada bir sıra dəyişikliklər baş verdi. Soyuq müharibənin başa çatması ilə beynəlxalq münasibətlərin əsas güc mərkəzləri yeni geosiyasi reallıqlardan çıxış edərək öz fəaliyyətlərini mövcud şəraitə uyğunlaşdırmağı qərara aldılar. Köhnə beynəlxalq münasibətlər sisteminin süqutu ilə yanaşı, yeni dünya düzümünün əsası qoyulmağa başladı. Bütün bu transmilli proseslər digər postsovet respublikalarında olduğu kimi, Azərbaycan dövləti qarşısında da öz milli inkişaf və təhlükəsizlik siyasətinin formalaşdırılması, ümumi strategiyasının yaradılması və həyata keçirilməsi vəzifəsini irəli sürdü.

Azərbaycan Respublikası 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyini bərpa etdikdən sonra milli dövlətçilik prinsiplərinə uyğun olaraq yeni xarici siyasət kursunun formalaşdırılması və həyata keçirilməsi ən vacib məsələ kimi qarşıda dururdu. Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları ilə başlayan hərbi təcavüzün genişlənməsi ölkəmizi ciddi siyasi və iqtisadi problemlərlə üz-üzə qoymaqla yanaşı, dövlətimizin xarici siyasət fəaliyyətində də mühüm vəzifələrin yerinə yetirilməsini ön plana çəkdi. Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzünün qarşısını almaq, onun ağır nəticələrini aradan qaldırmaq, dövlətimizin ərazi bütövlüyünü və təhlükəsizliyini təmin etmək, dünyaya siyasi və iqtisadi inteqrasiya zərurəti düşünülmüş, ardıcıl və fəal xarici siyasət tələb edirdi.

1993-cü ilin ikinci yarısından, yəni ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycanın xarici siyasət kursunda mövcud reallıqları nəzərə alan və ölkəmizin milli mənafelərinin qorunmasına yönəlmiş əməli dəyişikliklər edildi. Bu dövrdən başlayaraq həyata keçirilən xarici siyasət məhz Ümummilli Liderin adı və fəaliyyəti ilə bağlıdır. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə özündə müstəqil dövlət maraqlarını və beynəlxalq dəyərləri, ümumi təhlükəsizlik normalarını və milli postulatları əks etdirən - şəxsiyyətin, cəmiyyətin, dövlətin təhlükəsizliyinin əsas vəzifələrini, istiqamətlərini və prioritetlərini ehtiva edən yeni milli inkişaf və təhlükəsizlik siyasəti formalaşdırıldı, sonrakı dövrdə müxtəlif inkişaf mərhələlərindən keçərək təkmilləşdirildi və həyata keçirilməyə başlandı.

Son on il ərzində Azərbaycan xalqı və dövləti sürətli inkişaf dövrünü yaşayıb, problemlərin böyük hissəsi öz həllini tapıb, istənilən istiqamət üzrə konkret proqramlar icra edilib. Ötən illərdə dünyada baş verən qlobal böhran fonunda Azərbaycan iqtisadiyyatının davamlı inkişafı, bütün sosial proqramların vaxtında yerinə yetirilməsinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş milli iqtisadi inkişaf modelinin möhkəm təməllər üzərində qurulmasının əyani göstəricisidir. Dünya iqtisadi-siyasi sisteminə fəal inteqrasiya yolu seçən Azərbaycanın qazandığı nailiyyətləri şərtləndirən mühüm faktorlardan biri də enerji, ərzaq və ekoloji təhlükəsizliyin təmin edilməsi ilə yanaşı, bütün sahələrdə davamlı inkişaf strategiyası uğurla həyata keçirilməkdədir. Ölkənin qeyri-neft sektorunda müşahidə olunan dinamizmi də iqtisadiyyatın diversifikasiyası ilə bağlı həyata keçirilən siyasətin mühüm nəticəsi hesab etmək olar. Xüsusilə, Azərbaycan zəngin neft resurslarından daxil olan valyuta ehtiyatlarını səmərəli şəkildə xərcləməklə, iqtisadiyyatın bütün sektorlarının dinamik inkişafı üçün əlverişli baza yaratmağa nail olub və hazırda qeyri-neft sektoru valyuta gətirə biləcək strateji bölməyə çevrilib. 2003-2014-cü illər Azərbaycanın dinamik sosial-iqtisadi inkişaf, demokratik və müasir dövlət quruculuğu sahəsində mühüm mərhələ olub və bu illər ərzində ölkəmiz istər siyasi, istərsə də iqtisadi sahədə böyük uğurlara imza atıb. Bu uğurlar heç şübhəsiz ki, bugünkü Azərbaycan reallıqlarını əks etdirir.

Müasir dövrdə bütün dünyada, o cümlədən Avrasiya məkanında müstəqillik əldə etmiş və beynəlxalq münasibətlərin subyektinə çevrilmiş hər bir müstəqil dövlət özünün geosiyasi statusunu və fəaliyyət normalarını, milli inkişaf və təhlükəsizlik məsələlərini, milli maraq dairələrini və hədəflərini öyrənir, ölkəsinin daxili və xarici aləmdən qaynaqlanan geosiyasi, geoiqtisadi və hərbi-geostrateji maraqlarının qorunması mexanizmlərini təklif edir, milli təhlükəsizlik və hərbi doktrinalarının yaradılması və s. strateji vəzifələrin reallaşdırılması ilə məşğul olur. Bütün bu və digər vəzifələr hər bir ölkənin müvafiq rəsmi strukturlarından, siyasi və elmi dairələrindən geniş geosiyasi tədqiqatların və strateji araşdırmaların aparılmasını, müxtəlif analitik geosiyasi mərkəzlərin yaradılmasını, dərsliklərin və elmi monoqrafiyaların hazırlanmasını və çap edilməsini zəruri edib.

Bu mənada Azərbaycan Respublikası Prezidentinin ictimai siyasi-məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri, tarix elmləri doktoru, professor Əli Həsənovun yenicə çapdan çıxmış “Azərbaycanın geosiyasəti” adlı dərsliyi müasir dövrdə bu məsələlərin tədqiq olunması sahəsində yeni bir istiqamət açaraq dövlət siyasətinin elmi əsaslarının sistemli şəkildə öyrənilməsinin təməlini qoyub.

Professor Əli Həsənovun dərin təhlilə əsaslanan Azərbaycanın geosiyasəti və ölkəmizin beynəlxalq münasibətlərinə dair sanballı əsəri müstəqilliyimiz dövründə Azərbaycanın həm milli inkişaf, həm də təhlükəsizlik siyasətinin öyrənilməsi baxımından çox dəyərli bir tədqiqat işidir. Bu baxımdan əsər çox mühüm elmi-siyasi, eləcə də praktik əhəmiyyət kəsb edir.

Kitabda qeyd edilir ki, dünyanın geosiyasi reallıqlarına və təhlükəsizlik sistemlərinə ən çox təsir göstərən və fərqli xüsusiyyətlər gətirən amillərdən biri də Avrasiyada Xəzər-Qara dəniz hövzəsi, Orta Asiya və Cənubi Qafqazda yeni müstəqillik əldə etmiş dövlətlərin milli inkişaf və təhlükəsizlik sahəsində həyata keçirdikləri geosiyasət hesab olunur.

Bununla yanaşı, yeni transmilli geosiyasi proseslərin, beynəlxalq, regional və milli-vətəndaş münasibətlərinin, milli təhlükəsizlik, geosiyasi, hərbi-geostrateji və geoiqtisadi maraqlar sisteminin fərqli cəhətlərinin və xüsusiyyətlərinin öyrənilməsi zərurəti başqa ölkələrdə olduğu kimi, Azərbaycanda da getdikcə məxsusi geosiyasi tədqiqatlara ehtiyac yaradıb. Bu baxımdan, dövlət rəsmiləri və strukturları qarşısında müasir beynəlxalq və regional vəziyyəti təhlil etmək, ölkəni əhatə edən coğrafi, hərbi-geostrateji, geosiyasi və geoiqtisadi mühiti öyrənmək, məxsusi milli inkişaf və təhlükəsizlik siyasəti formalaşdırmaq kimi strateji vəzifələr qoyub.

Müəllif haqlı olaraq göstərir ki, gənc müstəqil dövlət kimi ölkəmizin dünya birliyində tutduğu mövqe və qazandığı nüfuz onun beynəlxalq və regional səviyyələrdə reallaşdırdığı milli inkişaf strategiyasından, həyata keçirdiyi geosiyasətin çevikliyindən, səmərəliliyindən və beynəlxalq aləmlə yaratdığı geosiyasi münasibətlərdən asılıdır. Azərbaycanın region və dünya ölkələri ilə geosiyasi münasibətlərinin, milli inkişaf və təhlükəsizlik sahəsində yürütdüyü xarici siyasət strategiyasının əsas vəzifələrindən biri Prezident İlham Əliyevin söylədiyi kimi, ölkənin müstəqilliyini möhkəmlətmək, davamlı inkişafını və suveren dövlət hüquqlarını təmin etmək, beynəlxalq münasibətlərin əksər subyektləri ilə qarşılıqlı faydalı əlaqələr yaratmaq və milli maraqlarını maksimum qorumaqdan ibarətdir.

Azərbaycanın Avropa və Asiyanın nəqliyyat-kommunikasiya xətlərinin kəsişmə nöqtəsində, geosiyasi, hərbi-geostrateji və geoiqtisadi cəhətdən mühüm əhəmiyyət kəsb edən, enerji ehtiyatları ilə zəngin Avrasiya məkanında yerləşməsi onun beynəlxalq, regional və milli maraqlarının əsas istiqamətlərinin, eləcə də mexanizmlərinin müəyyənləşməsinə həlledici təsir göstərir.

Professor Əli Həsənov kitabın əvvəlində Azərbaycanın qədim zamanlardan Birinci Dünya müharibəsinə qədərki geosiyasi vəziyyəti, eyni zamanda, bu dövrdə regiondakı geosiyasi vəziyyət və xarici dövlətlərin fəaliyyəti, Azərbaycanın müstəqilliyinin elan edilməsi və onun Cənubi Qafqazın geosiyasi vəziyyətinə təsiri geniş təhlil edilir. Bununla yanaşı, müharibənin başa çatmasından sonra Cənubi Qafqazda geosiyasi vəziyyətin dəyişməsi, Xalq Cümhuriyyəti hökumətinin diplomatik manevrləri və Cümhuriyyətin iflası səbəbləri araşdırılıb.

Kitabda göstərilir ki, Birinci Dünya müharibəsində böyük dövlətlərin dünyanı bölüşdürmək uğrunda mübarizəsinin həlledici mərhələyə daxil olduğu və ölkənin başı üzərini yeni işğal təhlükəsinin aldığı çox mürəkkəb daxili və beynəlxalq şəraitdə yaradılan Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinin əsas hissəsini ilk növbədə Azərbaycanın müstəqilliyinin dünya dövlətləri tərəfindən tanınmasına nail olmaq, qonşu dövlətlərlə münasibətləri qaydaya salmaq təşkil edirdi. Bununla yanaşı, Cənubi Qafqaz respublikaları arasında mübahisəli məsələlərin, xüsusilə, Ermənistanın ərazi iddiası məsələsinin həll edilməsi qarşıya məqsəd kimi qoyulmuşdu. Müəllif haqlı olaraq qeyd edir ki, Birinci Dünya müharibəsinin gedişində, 1917-ci ildə çar Rusiyasının dağılması nəticəsində 1918-ci ildə müsəlman Şərqində ilk demokratik respublikanın qurulması ilə Azərbaycanın milli təhlükəsizliyi və inkişafına dair ilk cizgilər, konturlar da meydana çıxmağa başlamış, lakin bütün bunlar yalnız ideyalar olaraq qalmışdır. 1920-ci ilin aprelində bolşevik Rusiyası tərəfindən işğal edildikdən və bir neçə il sonra SSRİ-nin tərkibinə qatıldıqdan sonra milli inkişafın və təhlükəsizliyin müstəqil Azərbaycan yolu olmamış, bunlar yalnız ümumi sovet dövlətinin tərkibində həyata keçirilmişdir.

XX əsrin sonunda Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra dövlətçiliyini inkişaf etdirərək möhkəmləndirmək üçün tarixi fürsət əldə etmiş oldu. Azərbaycanın geosiyasəti və beynəlxalq aləmlə münasibətlərinə dair sistemli şəkildə araşdırılmış kitabda ilk öncə Azərbaycanın müasir milli inkişaf strategiyasının mahiyyəti açıqlanır, səciyyəvi cəhətləri, vəzifələri və hədəfləri öyrənilməklə yanaşı, əsas mərhələləri və xarakterik xüsusiyyətləri izah edilir. Bundan əlavə, ölkəmizin geosiyasi statusu, müasir geosiyasi inkişaf xüsusiyyətləri, geosiyasi fəaliyyət kodeksi, eləcə də XXI əsrdə Azərbaycanın qarşısında dayanan əsas geosiyasi vəzifələr və perspektivlər açıqlanır.

Kitabın Azərbaycanın beynəlxalq aləmlə geosiyasi münasibətlərinə həsr edilmiş ikinci bölməsində Avrasiyanın ümumi geosiyasi xarakteristikası və müasir vəziyyəti təhlil edilməklə yanaşı, Avrasiyanın regional geosiyasi vəziyyətinə təsir göstərən fərqli maraqlar sistemi, transmilli, regional və milli hədəflər göstərilir, ABŞ-ın, Türkiyənin, Rusiyanın, Avropa İttifaqının və digər aparıcı dünya dövlətlərinin Avrasiya siyasəti və Azərbaycanla geosiyasi münasibətlərinin xarakteristikası verilir.

Professor Əli Həsənov postsovet məkanında SSRİ-nin dağılmasından sonrakı geosiyasi prosesləri, MDB-nin yaranması və fəaliyyəti, qurumdaxili qruplaşma meyillərinin əsas səbəbləri və istiqamətləri, geosiyasi, geoiqtisadi və hərbi-strateji münasibətlərin əsas meyilləri və tendensiyaları çərçivəsində çoxtərəfli inteqrasiya proseslərinin xarakteristikasını verməklə yanaşı, Orta Asiya, Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqazın müasir dünya siyasətindəki yeri və rolu, dövlətlərin geosiyasi, hərbi-strateji, geoiqtisadi maraqlar sistemi və Azərbaycanla münasibətlərinin də kitabda geniş təhlilini verib.

Eyni zamanda, müəllif Qara dəniz hövzəsinin beynəlxalq və regional maraqlar sistemində xarakteristikasını açıqlayaraq, müasir dövrdə Ukraynanın geosiyasi və hərbi-geostrateji mövqeləri, Azərbaycan-Ukrayna münasibətləri, Qara dəniz hövzəsinin geosiyasətində Belarus və Moldovanın rolu, eləcə də ölkəmizlə geosiyasi tərəfdaşlıq strategiyasını göstərib. Bundan əlavə, kitabda Cənubi Qafqazın regional geosiyasi maraqlar sistemində Azərbaycan, Gürcüstan və Ermənistan arasındakı münasibətlərin, xüsusilə dinc yanaşı yaşamanın əsas şərtləri və tələbləri də kitabda öz əksini tapıb. Bundan əlavə, Xəzər hövzəsi və Cənubi Qafqazın geoiqtisadi xarakteristikası, beynəlxalq, regional, yerli maraqlar sistemi, Azərbaycan regional geoiqtisadi maraqları və enerji strategiyası araşdırılan kitabın Azərbaycanın beynəlxalq aləmlə geosiyasi münasibətlərinə həsr edilmiş üçüncü bölməsində transmilli dünya güclərinin Xəzər hövzəsi və Cənubi Qafqazdakı geoiqtisadi maraqları və fəaliyyətinin xarakteristikası verilib.

Bu bölmədə Azərbaycanın Xəzər dənizinin karbohidrogen ehtiyatlarının sərbəst istehsalı və ixracı siyasətinin beynəlxalq və regional geoiqtisadi nəticələri, Xəzərin hüquqi statusu probleminə tarixi, müasir geosiyasi yanaşmalar və Azərbaycanın geoiqtisadi maraqları açıqlanır. Bununla yanaşı, bildirilir ki, ölkəmizin enerji mənbələri və onun bölgədə yaratdığı müasir geoiqtisadi vəziyyət, eləcə də Xəzərin neft-qaz ehtiyatlarının Avropanın enerji təhlükəsizliyindəki rolunun öyrənilməsi çox zəruridir və mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda, kitabda Xəzər-Qara dəniz hövzəsi ölkələri və digər beynəlxalq güclərin müasir enerji ixracı maraqları, eləcə də bunun bölgənin ümumi geoiqtisadi vəziyyətinə təsiri, Azərbaycanın enerji ixracının şaxələndirilməsi siyasətinin regionun ümumi geoiqtisadi vəziyyətinə təsiri məsələləri də kitabda öz əksini tapıb.

Müəllif əsərdə Cənubi Qafqazın geosiyasətinə diqqət yetirməklə yanaşı, transmilli dünya güclərinin və region dövlətlərin Xəzər-Qara dəniz hövzəsindəki geoiqtisadi maraqları və transmilli siyasətini göstərib. Əsər Xəzər hövzəsinin karbohidrogen ehtiyatlarının dünya bazarlarına çıxarılması marşrutları və onun geosiyasi nəticələrinin öyrənilməsi baxımından da əhəmiyyətlidir. Monoqrafiyada dünya siyasətinin geoiqtisadi ölçüsü nəzərdən keçirilir, eləcə də Azərbaycanın neft diplomatiyası asimmetrik müzakirələrdə uğur strategiyası kimi qiymətləndirilir.

Professor Əli Həsənovun kitabında müasir beynəlxalq münasibətlər sisteminin xüsusiyyətləri ilə yanaşı, Azərbaycan Respublikasının müasir dünya siyasətində iştirakı məsələləri tədqiq edilir. Eyni zamanda, beynəlxalq təhlükəsizlik sistemində, o cümlədən enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycan Respublikasının yeri və rolu araşdırılır. Qeyd edilir ki, bu siyasətin nəticəsində Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz və Bakı-Tbilisi-Qars dəmir yolu kimi layihələrin həyata keçirilməsi və təhlükəsizliyinin təmin edilməsi mümkün olmuşdur. Avratlantik məkana inteqrasiyanın əhəmiyyətinin öyrənilməsi baxımından dəyərli olan kitabda Avropa təhlükəsizlik sisteminin etibarlı tərəfdaşı kimi ölkəmizin qitənin enerji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli rolu açıqlanır.

Beynəlxalq təhlükəsizlik sisteminin əsasları və geosiyasi tələbləri, eləcə də Azərbaycanın beynəlxalq təhlükəsizlik siyasətinin mahiyyətinin araşdırıldığı kitabın növbəti bölməsində beynəlxalq təhlükəsizlik sisteminin formalaşması, hüquqi əsasları, mahiyyəti, geosiyasi tələbləri açıqlanır, bu sahədə dövlətimizin xarici siyasət strategiyası və fəaliyyəti öyrənilir. Eyni zamanda, beynəlxalq münasibətlərin əsas güc mərkəzləri, o cümlədən beynəlxalq və regional təşkilatların müasir dünya siyasətində yeri və rolu təhlil edilir. Kitabda Azərbaycan Respublikasının xarici siyasət strategiyası tədqiq edilərək, ölkəmizin milli maraqları və xarici siyasətinin əsas istiqamətlərindən biri olan beynəlxalq təşkilatlarla əməkdaşlığı araşdırılır. Eyni zamanda, əsərdə qeyd edilir ki, müasir dövrdə Xəzər-Qara dəniz hövzəsi, xüsusən də Cənubi Qafqaz yer kürəsinin ən qeyri-sabit, münaqişəli, lakin eyni zamanda ən mühüm beynəlxalq əhəmiyyətli geosiyasi məkanı hesab olunmaqla yanaşı, burada dünya ölkələrinin geosiyasi, geoiqtisadi və hərbi geostrateji maraqları, müxtəlif sivilizasiyalar, dini konfessiyalar, mədəniyyətlər və etnik mənafelər uzlaşır, üz-üzə gəlir və toqquşur.

Müəllifin bu məsələləri sistemli şəkildə təhlil etdiyi kitabda Rusiyanın regional təhlükəsizlik siyasəti və Azərbaycanın təhlükəsizlik maraqları, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Azərbaycanın hərbi-geostrateji maraqları, ABŞ, NATO və Avropa İttifaqının Xəzər-Qara dəniz hövzəsi, eləcə də Cənubi Qafqazda regional təhlükəsizlik siyasəti və Azərbaycanın hərbi-geostrateji maraqları müfəssəl şəkildə araşdırılıb. Beynəlxalq təhlükəsizlik sahəsində Azərbaycanın xarici siyasət strategiyası tədqiq edilməklə eyni zamanda, NATO və Avropa İttifaqının Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqaz regionunda təhlükəsizlik siyasəti və Azərbaycanın hərbi-geostrateji maraqları açıqlanır. Bununla yanaşı, NATO-nun Cənubi Qafqazda qüvvələr balansında yeni keyfiyyət dəyişikliyini yaratdığını, eləcə də bu qurumun region ölkələri ilə münasibətləri geniş təhlil edilir.

Bundan əlavə, kitabda Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqazın təhlükəsizlik mühiti öyrənilib, Azərbaycanın beynəlxalq və regional maraqları geniş təhlil edilib. Dünya siyasətinin müəyyənləşdirilməsində mühüm rol oynayan Rusiya və ABŞ-ın regional təhlükəsizliyə təsiri, eləcə də Cənubi Qafqazda yürütdükləri siyasət, Azərbaycanın hərbi geostrateji maraqları ayrıca araşdırılıb. Regional və beynəlxalq təhlükəsizliyin təmin edilməsi istiqamətində Azərbaycanın apardığı təhlükəsizlik siyasəti, eləcə də Türkiyə və İranın ayrı-ayrılıqda regiona yanaşması məsələləri tədqiq olunub, Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqazda yürütdüyü regional təhlükəsizlik siyasəti sahəsində Azərbaycan, Gürcüstan və Türkiyənin birgə tərəfdaşlıq platforması öyrənilib. Həmçinin Cənubi Qafqazda hərbi geostrateji bloklaşma meyilləri təhlil edilib və bununla bağlı proqnozlar irəli sürülüb.

Kitabın növbəti bölməsində Cənubi Qafqazın hərbi-siyasi problemləri və Azərbaycanın təhlükəsizlik siyasəti geniş təhlil edilib, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi regionun əsas təhlükəsizlik predmeti kimi göstərilib. Müəllif haqlı olaraq qeyd edir ki, ölkəmizin əsas təhlükəsizlik problemi Ermənistanın Azərbaycana təcavüzü nəticəsində yaranmış Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan ərazilərinin davam edən işğalı və onun ağır sosial-iqtisadi nəticələridir.

Müəllif Ermənistanın Azərbaycana təcavüzünün araşdırılmasına Dağlıq Qarabağ münaqişəsinin tarixi köklərini təhlil etməklə başlayır və kitabda elmi mənbələr əsasında ermənilərin Dağlıq Qarabağda, eləcə də tarixi Azərbaycan torpaqlarında məskunlaşdırılmasının ayrı-ayrı mərhələləri haqqında geniş məlumat verilir. Eyni zamanda, erməni millətçilərinin ərazi iddiaları, azərbaycanlılara qarşı müxtəlif vaxtlarda həyata keçirilən terror, etnik təmizləmə və soyqırımı siyasətindən ətraflı bəhs olunur.

Bununla yanaşı, XX əsrin 80-ci illərinin ikinci yarısından başlayaraq Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və işğalçılıq siyasəti araşdırılır və baş verən hadisələr xronoloji ardıcıllıqla təhlil olunur ki, bu da müasir dövrdə problemin daha dərindən öyrənilməsi üçün olduqca zəruridir. XX əsrin sonlarında Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və sovet rəhbərliyinin ermənipərəst Qafqaz siyasəti, Azərbaycan ərazilərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalı və münaqişənin BMT Təhlükəsizlik Şurasında müzakirəsi, ATƏT-in Minsk qrupunun yaradılması və fəaliyyəti, digər beynəlxalq təşkilatların münaqişəyə dair mövqeləri və qəbul etdikləri sənədlər geniş təhlil edilib, eləcə də bu istiqamətdə Azərbaycanın diplomatik fəaliyyəti açıqlanıb.

Professor Əli Həsənov kitabda müasir dövrdə qloballaşmanın, eləcə də regionda gedən transmilli geosiyasi proseslərin tələbləri və çağırışları fonunda ölkənin hərbi-geostrateji, siyasi, iqtisadi, enerji, demoqrafik, ekoloji, informasiya və digər həyati əhəmiyyətli sahələrində müşahidə olunan prosesləri araşdırır, bütün bu sahələrdə yürüdülən təhlükəsizlik siyasətinin səviyyəsini, səmərəliliyini tədqiq edir və qiymətləndirir, gələcəkdə daha çevik təhlükəsizlik siyasəti yürüdülməsinin zəruriliyini əsaslandırır.

Kitabda Azərbaycanın milli təhlükəsizlik siyasətinin mahiyyətinin açılması, səciyyəvi cəhətlərinin, əsas vəzifələrinin, hədəflərinin təhlili, milli inkişafın formalaşması və əsas mərhələləri yer alır. Müəllifin sistemli olaraq milli təhlükəsizlik siyasətinin məqsədlərini, təhlükəsizlik mühitinin formalaşması və beynəlxalq imicin qazanılmasını, məkan əlamətləri, milli təhlükəsizliyə olan təhdidləri, daxili və xarici təhdidləri müəyyənləşdirməsi, milli təhlükəsizliyin təmin olunmasının əsas vasitələri və ehtiyatlarını təhlil etməsi və gəldiyi elmi nəticələr və proqnozlar mühüm siyasi, eləcə də praktik əhəmiyyət kəsb edir.

Professor Əli Həsənov Azərbaycanın milli maraqlarının meyarlarını açıqlayaraq onu bilavasitə milli təhlükəsizlik siyasəti ilə əlaqələndirir, milli təhlükəsizlik siyasətinin əsas vəzifələrini və mexanizmlərini, hərbi və sərhəd, iqtisadi inkişaf, insan ehtiyatlarının idarə edilməsi və maliyyə təhlükəsizliyi siyasəti, enerji, ərzaq, nəqliyyat, tranzit-dəhliz və infrastruktur təhlükəsizliyi, informasiya və ekoloji təhlükəsizlik siyasətinin mahiyyətini göstərir.

Bu dəyərli dərsliyin yazılması zamanı Azərbaycanda və xaricdə nəşr edilmiş elmi ədəbiyyatlardan, müxtəlif sənəd və materiallardan, dövri mətbuat və rəsmi internet resurslarından geniş istifadə edilib ki, bu da təqdim edilən nəşrin dərin təhlilə, eləcə də elmi əsaslara söykəndiyinə sübutdur. Ümumilikdə, beynəlxalq münasibətlər sahəsində çoxsaylı monoqrafiyaların müəllifi olan tarix elmləri doktoru, professor Əli Həsənovun Azərbaycanda, eləcə də onun hüdudlarından kənarda nəşr olunmuş elmi-siyasi əsərləri sırasında kompleks şəkildə tədqiq etdiyi və müasir dövrdə mühüm aktuallıq kəsb edən “Azərbaycanın geosiyasəti” adlı kitabı bu sahədə ilk və dəyərli dərslik olmaqla yanaşı, alimin elmi-nəzəri və sistemli ümumiləşdirmələri baxımından da Azərbaycan siyasi elminin böyük nailiyyətidir.

Dərsliyin elmi redaktoru siyasi elmlər doktoru, professor Elman Nəsirov, rəyçiləri Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov, tarix elmləri doktoru, professor Musa Qasımlı, siyasi elmlər doktoru, dosent Hikmət Məmmədov, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Elçin Əhmədov, redaktoru fəlsəfə üzrə fəlsəfə doktoru Vüqar Səlimovdur.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilib

Prezident İlham Əliyev: Neft-qaz sahəsində uzun illər xüsusilə də Avropa bazarlarına nəql ediləcək resurslarımız var

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi keçirilib

Şirvanda narkotiklərin qanunsuz dövriyyəsinə görə 6 nəfər saxlanılıb

Prezident İlham Əliyev: COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir

Pentaqon Ukrayna üçün 6 milyard dollarlıq silah sifariş edəcək

Naxçıvanda QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı keçiriləcək

İşə qəbul zamanı və sürücülük vəsiqəsi əldə etmək üçün tələb olunan tibbi arayışlar elektronlaşdırılıb

Paytaxt məktəblərində maarifləndirici görüşlər keçirilir

Beynəlxalq ekspert Azərbaycanın “Arbitraj haqqında” Qanunu ilə bağlı fikirlərini açıqlayıb

Antoni Blinken bu gün Pekində Si Cinpinlə görüşəcək

Amerikalı basketbolçu: Azərbaycanda istedadlı oyunçular çoxdur - MÜSAHİBƏ

Ulu Öndərin doğum günü münasibətilə geniş konsert proqramı hazırlanıb

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib  YENİLƏNİB VİDEO

XİN-in mətbuat katibi BDU-nun Jurnalistika fakültəsində olub

Akademik Zərifə Əliyevanın nəcib niyyəti, xeyirxah əməlləri ona əbədiyaşarlıq qazandırıb

Gənclər Kitabxanasında sərgi - “Ziyarətə çevrilmiş ocaq”

Ayın üzərində il reklam yerləşdirilib

Azərbaycanın kukla sənəti ustaları Türkiyədə beynəlxalq festivalda iştirak edirlər

Matteo Vittuari: Biz qida sistemi üzərində mərkəzlənən perspektiv və yanaşma qəbul etməyi məqsəd tuturuq

Mahir Emreli Zaqrebdə Azərbaycan cüdoçularına dəstək olub

Ağdamda əmək yarmarkasında 200-dən çox vakansiya təklif olunur

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsinə sayılı günlər qalıb

Bakı Ali Neft Məktəbində MBA ixtisasları üzrə qəbul sayı artırılıb

“İMZA” və ATİB yeni layihələrə imza atacaq

Fövqəladə Hallar Nazirliyi Lənkəran Beynəlxalq Hava Limanında təlim keçirib

BMU-da X-XI sinif şagirdləri üçün müsabiqəyə start verilir

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkar olunub

Qəbul imtahanının II mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlərin ərizə qəbulu davam edir

Xidmət müddəti başa çatmış əsgərlərin yolasalma mərasimləri başa çatıb

“Neftçi” klubunun apellyasiya şikayəti təmin edilməyib

Sankt-Peterburq Filarmoniyasında “Azərbaycanın görkəmli musiqiçiləri” adlı klassik musiqisi gecəsi təşkil olunub

XRİTDX-nin nümayəndəsi Vyanada keçirilən konfransda iştirak edib

Moskva görüşü Azərbaycanın Rusiya ilə eyni hüquqlu dövlət olduğunu bir daha sübut etdi ŞƏRH

Astanada ŞƏT ölkələri müdafiə nazirlərinin görüşü keçirilir

“26 aprel -Beynəlxalq Əqli Mülkiyyət Günü” adlı sərgi açılıb

Agentlik rəhbəri: Əmtəə nişanlarının qeydiyyatı ilə bağlı 3862 iddia daxil olub

NİİM: Piyadalar yolu keçərkən diqqətli olmalıdır

Aqrar sığorta ekspertlərinin hazırlığı üzrə təlimlər keçirilib

Kamran İmanov: Əqli Mülkiyyət Agentliyində “açıq reyestr” prinsipi tətbiq edilir

“Gəncə”nin baş məşqçisi: Futbolu da basketbol qədər izləyirəm

Azərbaycan-Rusiya dövlətlərarası münasibətlərində Heydər Əliyev amili ŞƏRH

Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu – GDU-da tədbir

Professor Kamran İmanov: Patentləşdirilmə ilə bağlı ötən il Agentliyə 302 iddia sənədi daxil olub

Milli Kitabxanada görkəmli yazıçı Mir Cəlal Paşayev haqqında silsilə materiallar hazırlanıb

Agentlik sədri: 2023-cü ildə 37 kompüter proqramı qeydiyyata alınıb

Kamran İmanov: Ötən il müəllif hüququ obyektlərinin qeydiyyatına aid vəsatətlər 713 əsər olduğu halda, 717 şəhadətnamə verilib

Azərbaycanın daha 3 cüdoçusu Avropa çempionatında mübarizəyə qoşulur

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNƏCƏK

FHN: Ötən sutka 42 halda yanğına çıxış olub, 7 nəfər xilas edilib

Xocavənddə partlayıcı vasitələr aşkarlanıb

Çin də yeni texnologiya əsasında beyin çipini təqdim edib

Samir Abasov “Barselona”nın prezidenti ilə görüşüb

Çernobıl hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsi gücləndirilib

Böyük yazıçı, alim və pedaqoq

“Dalğa-2024” birgə taktiki təlimi başa çatıb VİDEO

Dünya birjalarında neft bahalaşıb

“Azeri Light” markalı neft ucuzlaşıb

® Dünyada “DXOmark”dan 5 qızıl medal əldə edən ilk smartfon “HONOR Magic6 Pro”

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2024-cü ilin may ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu CƏDVƏLİ

Çinin “Şencou-18” missiyasının astronavtları kosmik stansiyaya çatıb

Qərbi Azərbaycan İcması bəyanat yayıb

Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub

Çin ABŞ-dan “qırmızı xətt”i keçməməyi tələb edir

36 azərbaycanlı tələbə İsveç İnstitutunun təqaüdünü qazanıb

Füzuli sakini: Arzu edirəm bütün məcburi köçkünlər öz doğma el-obalarına qayıtsınlar

Aprelin 26-sı Beynəlxalq Əqli Mülkiyyət Günüdür

Keçmiş məcburi köçkün: Füzuliyə qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb VİDEO

ABŞ qoşunlarının bir hissəsini Çaddan çıxarır

Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib

Alimlər Kolumbiyada daşlaşmış nəhəng tısbağa qalıqları tapıblar

“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib

İqlim dəyişmələri: İmperator pinqvinləri populyasiyasının 99 faiz azalacağı proqnozlaşdırılır

Rus kosmonavtlar açıq kosmosda 4 saatdan çox vaxt keçiriblər

Premyer Liqa: "Mançester Siti" darmadağınla üç xalı qazanıb

ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır

Görkəmli bəstəkar Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirilib

Azərbaycanın boks millisi Avropa çempionatını iki medalla başa vurub

Kişi şahmatçılar arasında ölkə çempionatının qalibi bəlli olub

Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazır olduğunu ifadə edib

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan boksçusu Avropa çempionatında üçüncü yeri tutub

Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib VİDEO

Britaniya Kral Hərbi Donanmasına məxsus gəmi husilərin raketini vurub

Gürcüstan hakimiyyəti Avropa Parlamentinin qətnaməsini sərt tənqid edib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" müntəzəm mövsümün son oyununda qalib gəlib

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medala yiyələnib

Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib

Vüqar Rəhimzadə: Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - ŞƏRH

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib