Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Azərbaycanın geosiyasi kursu: XXI əsrin çağırışları işığında

Azərbaycanın geosiyasi kursu: XXI əsrin çağırışları işığında

Azərbaycan müstəqilliyinin 25-ci ildönümünü xüsusi şəraitdə qeyd etdi. Hazırda dünyanın bir çox regionlarında müharibə alovu çoxlu sayda insanın həyatına son qoyur. İşgəncələr, hüquq pozuntuları, sürgünlər, qaçqınlıq, miqrantlara qarşı qeyri-insani münasibətlər baş alıb gedir. Prezident İlham Əliyevin ifadə etdiyi kimi, “ətraf od tutub yanır”. Belə bir şəraitdə Azərbaycan sabit inkişaf və tərəqqi adasını xatırladır. Bəs onu belə bir sabit inkişafa hansı siyasət gətirib çıxarıb? Bu sualın cavabını 25 il ərzində həyata keçirilən müstəqil siyasətin işığında tapmaq olar. Obrazlı desək, ötən müddətin hər səhifəsinə Ulu Öndərin əsasını qoyduğu müstəqil dövlət quruculuğu kursunun nuru fonunda nəzər salsaq, çox maraqlı məqamları görmüş olarıq. Burada müxtəlif destruktiv qüvvələrlə gərgin mübarizə, təxribatlara qarşı ciddi dirəniş, reallaşdırılan beynəlxalq layihələr, aparılan böyük diplomatik savaş və irəli sürülən geosiyasi əməkdaşlıq formatları vardır. Azərbaycan 25 ildə Cənubi Qafqaz fenomeni kimi siyasətə qədəm qoyub. Bakı dünyaya bu regionda yerləşən dövlətin dünya siyasətinə necə və hansı məzmunda töhfə verə biləcəyinin ən səmərəli formulunu nümayiş etdirib. Müstəqil dövlətçiliyin geosiyasi aspektdə ən gözəl töhfəsi məhz bundan ibarətdir. Onun üzərində bir qədər geniş dayanmağa ciddi ehtiyac görürük.

Geosiyasi ziddiyyətlərin qovşağında: keçən əsrin 90-cı illərindən başlanan yol

Artıq 25 ildir ki, Azərbaycan müstəqil dövlətdir! Keçilən yola baxdıqda, burada bir möhtəşəmlik görürük. Çünki Azərbaycan sadəcə sözdə azad olmadı, real işdə, dövlət quruculuğunda müstəqillik anlayışına tam mənasında uyğun olan ölkə olduğunu dünyaya nümayiş etdirdi. Ulu Öndər Heydər Əliyev dövlətin suverenliyini tam təmin edən mükəmməl siyasi kurs yaratdı, Prezident İlham Əliyev onu inkişaf etdirərək, sürətlə dəyişən dünyada yeni uğurlara imza atdı. Bu zaman milli maraqlar, demokratik dövlət və vətəndaş cəmiyyəti quruculuğu xəttindən zərrə qədər də olsa, kənara sapmalar olmadı.

Bunları ölkə rəhbəri İlham Əliyev “Rusiya bu gün” Beynəlxalq İnformasiya Agentliyinin baş direktoru Dmitri Kiselyova verdiyi müsahibədə gözəl ifadə edib. Prezident deyib: “Bu gün Azərbaycan sözün tam mənasında müstəqil, özünü təmin edən, milli köklərə əsaslanan, eyni zamanda, dünyəvi, çoxmillətli, çoxkonfessiyalı, uğurla inkişaf edən, yalnız öz gücünə arxalanan, qonşuları ilə yaxşı, mehriban münasibətlərə malik, dünya birliyinin etibarlı və layiqli üzvü olan dövlətdir” (bax: Prezident İlham Əliyev: Dağlıq Qarabağa dair ağlabatan kompromis mümkündür / AZƏRTAC, 19 oktyabr 2016).

Bu fikirlərdə ölkənin əldə etdiyi 25 illik nailiyyətlər, dövlət qrupçuluğunun bütün sahələri üzrə qazanılan uğurların yekunu öz yığcam və obrazlı ifadəsini tapıb. 1991-ci ilin 18 oktyabrından başlanan bu yol, əslində, kifayət qədər keşməkeşli olub və dövlətçiliyin formalaşması yolunda qarşıya çıxan çoxlu sayda maneələri dəfetmə prosesi kimi yadda qalmaqdadır. Azərbaycan xalqı siyasi liderinin qətiyyəti və zəhmətsevərliyi, müasir dünya siyasətinin mahiyyətini düzgün dərk etməsi sayəsində həmin sınaqlardan üzüağ çıxıb və bu proses davam etməkdədir. Həmin bağlılıqda 25 illik zəfər tarixinə yenidən nəzər salmaq faydalı olardı.

Alimlər dəfələrlə ifadə ediblər ki, sovetlərin dağılması ilə geniş bir geosiyasi məkanda faktiki olaraq xaos yarandı. Müstəqilliyini bəyan edən keçmiş ittifaq respublikaları real surətdə azad olmaq üçün hələ ciddi və çətin yol qət etməli idilər. Onlardan hansınınsa uğur əldə edəcəyinə heç bir təminat yox idi. Hətta Rusiya belə uğursuzluqdan sığortalanmamışdı. Çünki tarixən böyük dövlətlərin parçalanması qeyri-müəyyənlik, xaos və mövcud qaydaların pozulması ilə müşayiət olunub. XX əsrin 90-cı illəri isə üstəlik qlobal siyasətdə risklərin sürətlə artdığı bir mərhələ idi. Azərbaycan da daxil olmaqla indi postsovet məkanı adlanan ərazidə müstəqil olmaq istəyən hər bir subyekt bu mənada riskli bir yola qədəm qoyurdu.

Bunlardan əlavə, Azərbaycan üçün böyük qüvvələrin yaratdığı süni əngəllər də mövcud idi. Onlardan ən çox təhlükəlisi Ermənistanın təcavüzkar siyasəti oldu. Bu kiçik, zəif və Qafqazda tarixi kökü olmayan ölkəyə ciddi hərbi, iqtisadi, maliyyə və informasiya dəstəyi göstərməklə, Azərbaycan torpaqlarının 20 faizini işğal etməsinə imkan yaradıldı. Nəticədə, 800 mindən çox azərbaycanlı öz yurdundan didərgin düşdü. Ermənistandan isə bütün azərbaycanlılar deportasiya edildi. Onların hamısı Azərbaycana üz tutdu. Bununla da müstəqilliyini yenicə elan etmiş ölkə ciddi təhdidlərlə üz-üzə qaldı.

Dağlıq Qarabağın əhalisinin həmin dövrdə 30 faizini azərbaycanlılar təşkil edirdi. Onların hamısı öz yurdlarından qovuldu, bir hissəsi müharibədə qətlə yetirildi. Tarixdə analoqu olmayan vəhşiliklə Xocalı soyqırımı törədildi. Sonra Dağlıq Qarabağ ətrafında olan 7 rayon işğal edildi. ATƏT-in hesabatlarında göstərilir ki, burada bir dənə də olsun salamat qalmış bina, tikili yoxdur, qəbiristanlıqlar dağıdılıb, məscidlər yox edilib. Prezident İlham Əliyev bu bağlılıqda vurğulayıb: “Dağlıq Qarabağ hüdudlarındakı ərazilərdən 750 min, Dağlıq Qarabağdan 40 mindən çox, Ermənistandan 200 mindən artıq azərbaycanlı qovulub. 1993-cü ildə yoxsul ölkədə 1 milyon qaçqın vardı” (bax: əvvəlki mənbəyə).

İlk zərbələri dəfetmə iradəsi və qüdrəti: müdrik liderlik

Bunlar sadəcə rəqəmlər deyil – müstəqilliyinin ilk illərində bəzi dairələrin Azərbaycana “etdiyi hədiyyələrdir”. Elə “hədiyyələr” ki, onları qəbul etməklə yanaşı, mütləq müstəqil dövlət qurmaq lazım gəlirdi. Həqiqi mənada müstəqil dövlət qura bilməsəydik, onda bu problemləri də həll etmək şansımız olmazdı. Heydər Əliyevin dövlət quruculuğu kursunun taktiki və strateji əhəmiyyəti bu reallıqların fonunda bütün ciddiliyi ilə göz önünə gəlir.

Bəli, 1993-cü ildə Azərbaycanın siyasi, iqtisadi, demoqrafik və s. reallıqları çox acınacaqlı idi. Burada iki vacib faktoru da qeyd etmək gərəkdir. Onlardan biri daxili siyasi mühitlə, digəri isə qlobal siyasətlə bağlıdır. 1993-cü ilin iyun ayına qədər Azərbaycanda hakimiyyətdə olanlar səriştəsiz, dünyada baş verən prosesləri düzgün qiymətləndirə bilməyən siyasi qüvvələr idi. Onlar düşmənin təxribatlarına qarşı demək olar ki, heç bir tutarlı iş görə bilmədilər. Daxildə isə hakimiyyət uğrunda çəkişmələrdən başqa bir şey yox idi.

Bunun fonunda qlobal siyasətdə də ciddi dəyişikliklər müşahidə edilirdi. Risklər artır, böyük qüvvələrin qarşıdurması kəskinləşir, dünyanın təhlükəsizliyi təhdid altına düşür, proseslər qlobal xaosun meydana gəlməkdə olduğunu göstərirdi. Yaranmış vəziyyətdə ABŞ-ın dünya ağalığı iddiası və BMT-nin səmərəsiz fəaliyyəti daha qorxulu situasiya formalaşdırmışdı. Ulu Öndər Heydər Əliyev həmin dövrün nəzəri-siyasi mənzərəsini BMT Baş Məclisinin 49-cu sessiyasındakı (29 sentyabr 1994-cü il) nitqində inandırıcı arqumentlərlə ifadə edib.

Həmin çıxışında Ümummilli Lider vurğulayıb ki, “düşmənçilik dünyasından əməkdaşlıq və tərəqqi dövrünə” keçid asan deyil. Yəni həmin mərhələdə bu istiqamətdə əsas keçidlər baş verməli idi. Ancaq bu, asan başa gəlməyə bilər, çünki “bəşəriyyət qarşısında duran təhlükələr hələ heç də tamamilə aradan qaldırılmamışdır” (bax: BMT Baş Məclisinin 49-cu sessiyasında Heydər Əliyevin çıxışı (29 sentyabr 1994-cü il), s.21-25 / Əliyev Heydər Əlirza oğlu. Müstəqilliyimiz əbədidir: Çıxışlar, nitqlər, bəyanatlar, müsahibələr, məktublar, məruzələr, müraciətlər, fərmanlar. İyun, 1995 – noyabr, 1995. Dördüncü kitab / H.Ə.Əliyev; Buraxılışa məsul: Ramiz Mehdiyev. – B.: Azərnəşr, 1998, s.21). Bəs həmin təhlükələr əsasən nədən ibarətdir? Ulu Öndər bu sualın da konkret cavabını verir: “...hələ də köhnə stereotiplər mövcuddur...” (bax: əvvəlki mənbəyə).

Bu kontekstdə Heydər Əliyev tərksilah sahəsində problemləri, iqtisadi qeyri-bərabərliyi, ekoloji təhlükələri, əhali və davamlı inkişaf problemlərini misal gətirmiş, daha kəskin çətinlikləri isə “azğın millətçilik və separatçılığın” meydana gətirdiyini diqqətə çatdırmışdı.

Deməli, hələ 1994-cü ildə Azərbaycan rəhbərliyi həm qlobal miqyasda, həm də konkret olaraq Qafqazda mövcud olan başlıca problemləri çox dolğun və lakonik şəkildə dünyanın diqqətinə çatdırmışdı. Ayrıca Cənubi Qafqazdakı münaqişələrlə bağlı Heydər Əliyev demişdi: “buradakı münaqişələr nəinki müstəqil dövlətlərin inkişafını ləngidir, hələ möhkəmlənməmiş demokratik cəmiyyətlərin varlığı üçün qorxu yaradır” (bax: əvvəlki mənbəyə, s.21-22).

Belə çıxır ki, Azərbaycan lideri əvvəlcədən qlobal siyasətin ümumi inkişaf tendensiyaları ilə regional reallıqlar arasındakı əlaqəni görə bilmiş və ona uyğun addımlar atmışdır. Bu mərhələni müstəqilliyin möhkəm təməlinin formalaşdırılması baxımından olduqca əhəmiyyətli hesab etmək zəruridir. Heydər Əliyevin BMT-nin yüksək tribunasından bu bağlılıqda ifadə etdiyi çox dəyərli fikirlər həmin tezisi tam təsdiq edir. Ümummilli Lider o zaman əminliklə demişdi: “Biz bir çox dövlətlərin böyük marağını doğuran ərazidə – Avropa və Asiyanın mühüm coğrafi-siyasi qovuşuğunda yerləşərək, geniş təbii ehtiyatlara və böyük sənaye potensialına malik olaraq, Azərbaycan xalqının qəti əzminə və inamına arxalanaraq öz müstəqilliyimizin möhkəmləndirilməsinə və demokratik islahatların, bazar islahatlarının həyata keçirilməsinə doğru yönəldilmiş bu strateji xətti aparırıq” (bax: əvvəlki mənbəyə, s.21).

Eyni zamanda, Heydər Əliyev bu yolda nə dərəcədə qətiyyətli olduğunu da açıq ifadə etmişdi. Ulu Öndər demişdi: “Bu gün mən bu yüksək tribunadan qətiyyətlə bildirirəm ki, heç kəs Azərbaycan xalqını tutduğu yoldan geri çəkilməyə məcbur edə bilməz və biz ölkəmizin gələcəyinə nikbinliklə baxırıq. Bizim nikbinliyimiz dünyada baş verən tarixi proseslərlə, beynəlxalq münasibətlər sistemindəki ciddi dəyişikliklərlə də bağlıdır” (bax: əvvəlki mənbəyə, s.21).

Nəhayət, Azərbaycanın dünyanın gələcəyini necə təsəvvür etdiyini də Heydər Əliyev aydın surətdə BMT üzvlərinə çatdırmışdı. Ümummilli Lider vurğulamışdı: “Şübhəsiz ki, artıq hərbi cəbhələşməni və ideoloji qarşıdurmanı əvəz etməkdə olan bərabərhüquqlu dünya qaydası beynəlxalq münasibətlər sisteminin gələcək əsasını təşkil edəcəkdir” (bax: əvvəlki mənbəyə, s.21).

Bunlar həm qlobal dünya siyasətinin daxili dinamikasının, həm də Azərbaycanda müstəqil dövlət quruculuğunun geosiyasi aspektdə nəzəri cizgilərinin konkret ifadəsi baxımından dahiyanə fikirlərdir. Təcrübə Ulu Öndərin tam haqlı olduğunu sübut etdi.

Onu vurğulayaq ki, Heydər Əliyevin söylədiyi fikirlərlə tam səsləşən, onun proqnozları ilə uyğunlaşan tezisləri həmin dövrdə dünyanın tanınmış strateqləri, analitikləri, dövlət xadimləri və diplomatları da irəli sürürdülər. Məsələn, Zbiqnev Bjezinskinin, Samuel Hantinqtonun, Frensis Fukuyamanın, Henri Kissincerin və başqalarının əsərlərində bunlara rast gələ bilərik. Şübhəsiz ki, onlar öz yaradıcılıqlarında böyük siyasətçilərin təcrübəsindən də yararlanıblar.

İlham Əliyev şəxsiyyəti: müstəqillik fəlsəfəsi və dünya siyasətinin yeni mərhələsi

Bütün bu məqamları vurğulamağımızın konkret səbəbi var: Azərbaycanda müstəqil dövlət quruculuğunun dərin fəlsəfəsi, ciddi geosiyasi əsasları və konkret reallaşma mexanizmləri vardır! Məhz bunun sayəsində ötən 25 ildə bu qədər böyük uğurlar qazanılıb və dövlətimiz Cənubi Qafqazın lideri səviyyəsinə yüksəlib. Bu baxımdan Prezident İlham Əliyevin 25 illik müstəqillik yoluna verdiyi qiymət olduqca lakonik və dəqiqdir. Dövlət başçısı yuxarıda qeyd etdiyimiz müsahibəsində ifadə edib: “...dövlətçiliyin inkişafı, təşəkkülü, möhkəmləndirilməsi üzrə başlıca vəzifələr əsasən yerinə yetirilib və qarşımızda gələcək inkişaf üçün çox yaxşı perspektivlər açılıb, ona görə ki, həm iqtisadi sahədə, həm də sosial məsələlərin həlli istiqamətində artıq həyata keçirilmiş və hələ həyata keçiriləcək proqramlar çoxdur” (bax: Prezident İlham Əliyev: Dağlıq Qarabağa dair ağlabatan kompromis mümkündür / AZƏRTAC, 19 oktyabr 2016).

Təbii ki, bunlar Azərbaycanda müstəqil dövlət quruculuğunun ümumi motivasiyalarıdır. Həmin məqamların arxasında konkret faktlar dayanır. Bu bağlılıqda ilk olaraq enerji sahəsində həyata keçirilən layihələr xatırlanır.

Enerji siyasəti müasir dövr üçün prinsipial və strateji əhəmiyyət daşıyır, beynəlxalq miqyasda da dövlətlərin geosiyasi mövqeyinə çox güclü təsir edir. Azərbaycan müstəqillik illərində həyata keçirdiyi enerji siyasəti ilə böyük nüfuz qazanıb. Hazırda bir sıra əhəmiyyətli layihələri reallaşdıran və bəzilərinin də üzərində işləyən Bakı bu məsələdə müstəqil mövqeyini qətiyyətlə qoruyur. Kənardan olan təsirlərə baxmayaraq, Azərbaycan rəhbərliyi yalnız milli maraqlara cavab verən addımlar atır. Bunun sayəsində Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Supsa kimi enerji marşrutları fəaliyyətdədir. İndi isə Avropa üçün xüsusi əhəmiyyəti olan “Cənub Qaz Dəhlizi” layihəsi reallaşma mərhələsindədir. Onun tərkib hissələri olan TANAP və TAP ayrıca əhəmiyyətə malikdirlər. Prezident İlham Əliyev dəfələrlə bu layihələrin dünya üçün vacibliyini əsaslandırıb. İndi Avropa həmin layihənin həyata keçirilməsinin sonlanmasını gözləyir. Qərbin böyük dövlətlərinin başçıları açıq etiraf ediblər ki, bu kimi addımları ilə Azərbaycan qlobal enerji təhlükəsizliyinə böyük töhfələr verir.

Məsələnin Azərbaycan dövlətçiliyi üçün vacib olan başqa cəhəti ölkə rəhbərliyinin enerji təhlükəsizliyi problemini milli təhlükəsizlik faktoru ilə sıx əlaqələndirə bilməsindən ibarətdir. Bu məqamı da dövlət başçısı İlham Əliyev dəfələrlə ən yüksək səviyyədə vurğulayıb. Azərbaycan uzun illərdir ki, enerji təhlükəsizliyinin həm də milli təhlükəsizliyə xidmət etməsinə imkan yaradan xətti yeridir. Bunun müstəqillik və suverenlik üçün əvəzsiz əhəmiyyəti olduğuna şübhə yoxdur. Azərbaycan rəhbərliyinin təşəbbüsü ilə reallaşan əməkdaşlıq formatları da bu tezisin doğruluğunu sübut edir.

Bu kontekstdə ekspertlərin vurğuladığı üçtərəfli əməkdaşlıq formatlarını ayrıca göstərmək istərdik. Xüsusilə son dövrlərdə daha çox diqqət çəkən Azərbaycan-İran-Rusiya əməkdaşlıq formatı maraq doğurur. Bunun təşəbbüskarı Prezident İlham Əliyev olub. Məhz Azərbaycan rəhbəri İranda səfərdə olarkən Həsən Ruhaniyə üçtərəfli əməkdaşlıq formatını təklif edib ki, o da həmin formata böyük maraq göstərib. Daha sonra Azərbaycan rəhbəri fikirlərini Prezident Vladimir Putinlə bölüşüb. Rusiya rəhbəri də təşəbbüsü yüksək qiymətləndirib. Bu diplomatik addımların yekunu kimi tarixdə ilk dəfə olaraq Bakıda Rusiya və İran dövlət başçıları Azərbaycan rəhbəri ilə müzakirələr aparıblar.

Ölkə başçısı İlham Əliyev rusiyalı jurnalistə verdiyi müsahibədə bu hadisənin qlobal geosiyasi əhəmiyyətindən geniş söhbət açıb. Prezident Bakıda baş tutan Rusiya-Azərbaycan-İran üçtərəfli zirvə görüşünü tarixi sammit adlandırıb. Çünki “birincisi, üç ölkənin rəhbərləri tarixdə ilk dəfə belə formatlı sammitdə görüşürdülər. İkincisi, biz tarixə qayıdırıq” (bax: əvvəlki mənbəyə). Prezident İlham Əliyev tarixə qayıdışın nəyi ifadə etdiyini də aydınlaşdırıb. Azərbaycanın iki imperiyanın tərkibində olması reallıqdır və buna görə də həmin sammit ayrıca əhəmiyyətə malikdir. Bu, o deməkdir ki, Azərbaycanın iki böyük qonşusu ona hörmətlə yanaşır, müstəqilliyini tanıyır və Bakı ilə bərabərhüquqlu əməkdaşlığa gedir. Bunu İlham Əliyev praqmatizm və əməkdaşlıq üçün geniş imkanların yaranması kimi xarakterizə edir. Bu hadisənin geosiyasi baxımdan qiymətləndirilməsi isə olduqca maraqlıdır. Bununla əlaqədar Azərbaycan rəhbəri vurğulayıb: “Bu, ciddi geosiyasi addımdır... Bu, artıq dünya siyasətinin, qlobal siyasətin faktıdır. Bu, regional format deyil, nəqliyyat formatı deyil – bu, ciddi xarici siyasət təşəbbüsüdür, geosiyasi təşəbbüsdür və artıq reallıqdır...” (bax: əvvəlki mənbəyə).

Həqiqətən də, Azərbaycan Prezidentinin təşəbbüsü ilə yaranan əməkdaşlıq formatının regional və qlobal miqyasda geosiyasi dinamikaya təsir edə biləcək proseslərə start verdiyinə şübhə yoxdur. Artıq bunun müxtəlif sferalar üzrə nümunələrini görə bilirik. Şimal-Cənub nəqliyyat dəhlizi, enerji marşrutlarının şaxələnməsi, təhlükəsizlik sahəsində əməkdaşlıq, beynəlxalq terrorla mübarizə kimi istiqamətlərdə müşahidə edilən proseslər onun təsdiqidir. Azərbaycan, Rusiya və İran rəhbərliyi həmin xətti daha da genişləndirmək və zənginləşdirməkdə qərarlıdırlar.

Əminliklə demək olar ki, bu siyasi xətt Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə də öz müsbət təsirini göstərəcəkdir. Hələlik Ermənistan tərəfinin qeyri-konstruktiv mövqe tutması səbəbindən bu sahədə irəliləyiş yoxdur. Ancaq Azərbaycan hər dəfə öz səmimi və obyektiv mövqeyini ortaya qoyur. Yuxarıda vurğuladığımız müsahibədə də ölkə başçısı böyük humanist və sülhpərvər mövqe ifadə edib. O deyib ki, Azərbaycan Dağlıq Qarabağa muxtar respublika statusu verə bilər. Bu barədə Ermənistan rəhbərliyinə də dəfələrlə deyilib. Lakin ərazi bütövlüyünün pozulması ilə barışmaq mümkün deyildir. Azərbaycan heç vaxt öz ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək (bax: əvvəlki mənbəyə).

Belə çıxır ki, münaqişənin danışıqlar yolu ilə həll edilməsində əsas əngəl rəsmi İrəvanın absurd iddialarıdır. Azərbaycan həm ermənilərin təhlükəsizliyinə təminat verir, həm də onların özünüidarəetməsinə hüquqi əsas yaradır. Ermənistan rəhbərliyi isə ya belə təklifləri dəyərləndirmək iqtidarında deyil, ya da havadarları buna icazə vermir. Hər bir halda münaqişənin indiyə qədər həll edilməməsinin qarşısında olan maneə Ermənistandır. Prezident İlham Əliyevin mövqeyi isə müstəqil, sivil, demokratik və regionda əmin-amanlıq olmasında həqiqi marağı olan dövlətin iradəsini ifadə edir. Bu, ardıcıl və qətiyyətli müstəqil siyasi xəttin yeridilməsinin birbaşa nəticəsidir!

Beləliklə, ötən 25 il Azərbaycanın müstəqil dövlət quruculuğu yolunun şanlı səhifəsini təşkil edir. Ən mürəkkəb və ziddiyyətli geosiyasi situasiyalarda düzgün xətt seçən Azərbaycan rəhbərliyi bütövlükdə dövlətin suverenliyinin təminində misilsiz uğurlar qazanıb. Artıq Azərbaycan dünya səviyyəsində öz yeri, sözü və konkret layihələri olan bir dövlətdir. Onun suverenliyi və müstəqilliyinə hər kəs hörmətlə yanaşır. Bunun böyük tarixi və geosiyasi nailiyyət olduğuna şübhə yoxdur!

Kamal Adıgözəlov

Newtimes.az

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb

Bakıda “Youth Water Innovation Forum-2024” mövzusunda beynəlxalq konfrans keçirilib

İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib

“Hər şeydən öncə Vətəni sevin”- Rasim Balayev

Xeyrımlı sakinləri kəndlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər VİDEOREPORTAJ

Fövqəladə hallar naziri Göygöl şəhərində vətəndaşları qəbul edib

Tərcümə Mərkəzinin kitabı beynəlxalq sərginin top siyahısında

Vyetnam parlamentinin sədri istefa verib

Türk ekspert: Erməni diasporu və rəsmi Parisin gərginliyi artırmaq cəhdləri faktlar qarşısında iflasa uğrayır

Akademik Zərifə Əliyevanın rəhbərliyi ilə gənc alimlər və həkim-oftalmoloqlar nəsli yetişib

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNİB VİDEO

Görkəmli dilçi alim Zərifə Budaqovanın 95 illik yubileyi qeyd olunub

Azərbaycan Kuboku: Final oyununda nominal ev sahibi bəlli olub

“Miqrasiya orqanlarında sınaq keçmə Qaydaları”nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin QƏRARI

Qida Təhlükəsizliyi Agentliyinin sədri Ucarda vətəndaşları qəbul edəcək

Yaponiya yenin aşağı düşməsini dayandırmaq üçün zəruri tədbirlər görmək niyyətindədir

Finlandiya Prezidenti Bakıda keçiriləcək COP29-a dəvət olunub

BDU-da “Türk otağı” açılıb

® “Ziraat Bank Azərbaycan”dan Milli Suverenlik və Uşaq Bayramı Günü münasibətilə təşkil olunan tədbirə dəstək!

Baş prokuror Ağdaş rayonunda vətəndaşları qəbul edib

Azərbaycan və Qırğızıstan arasında elm və təhsil sahəsində çox mühüm irəliləyiş əldə olunacaq RƏY

Parlamentin Əmək və sosial siyasət komitəsi üç qanun layihəsini plenar iclasa tövsiyə edib

BMU-da “Gənc Tədqiqatçıların VIII Beynəlxalq Elmi Konfransı” keçirilir

“Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin kağız üzərində və elektron formada (ArcGİS proqramında mdb formatda) aktual qrafik təsviri”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib

Xocalı al lalələrlə bəzənib FOTO

Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq

Tələbələr beynəlxalq arxeoloji yay məktəbinə dəvət olunurlar

Minifutbol üzrə Azərbaycan millisinə yeni idman direktoru təyin edilib