Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Azərbaycanın gözəllik məbədi - Qəbələ

Bakı, 29 mart (AZƏRTAC). Azərbaycanın hər guşəsi, hər bölgəsi canlı tarix, möcüzə və əsrarəngiz gözəllik mənbəyidir.

İlin fəsillərindən asılı olmayaraq ölkəmizin hər hansı bir bölgəsinə üz tutan qonaq orada mütləq yeni bir təbiət möcüzəsi ilə qarşılaşır. Sanki, Tanrı bu diyarı bir cənnət olaraq yer üzünə bəxş etmişdir. Bunu təkcə biz demirik. Ta qədim zamanlardan üzü bəri Odlar yurdu Azərbaycana üz tutan hər bir əcnəbi məmləkətimizlə bağlı o qədər xoş sözlər yazıb ki, bu fikirlər indi də öz aktuallığını qoruyub saxlayır.

Hər daşı bir tarix olan Azərbaycanı dünən olduğu kimi, bu gün də həmin əcnəbi səyyahların nəvə və nəticələrinə sevdirən yurd yerlərimizdən biri də Qəbələdir. Azərbaycanın qədim diyarlarından olan Qəbələ son illər öz görkəmini tamamilə dəyişmiş və ölkəmizə üz tutan turistlərin ən sevimli məskənlərindən birinə çevrilmişdir.

Böyük Qafqazın cənub yamacında, Azərbaycanın şimal-qərbində yerləşən rayonun ərazisi şimaldan Böyük Qafqazın Çaldaş silsiləsi və Rusiya Federasiyasının Dağıstan Respublikası, Şahdağ silsiləsi və Qusar rayonu, şimal-şərqdən Salavat aşırımı istiqamətində Quba rayonu, Şərqdən Göyçay çayının vadisi boyunca İsmayıllı rayonu, cənubdan Axarbaxar alçaq-öndağlıq silsiləsi boyunca (Surxay xan dağları) Göyçay və Ağdaş rayonları, qərbdən Türyançay (Tikanlıçay) vadisi boyunca Şəki və Oğuz rayonları ilə həmsərhəddir.

Bu region çox qədim tarixə malikdir. Hələ neolit dövründə burada insanlar yaşamışdır. Qəbələ rayonu indiki rayon mərkəzindən 20 kilometr cənub-qərbdə yerləşən uzun bir müddət Qafqaz Albaniyasının paytaxtı olmuş qədim Qəbələ şəhərinin adını daşıyır.

Qəbələ Babil, Troya, Pompey kimi qədim və məşhur şəhərlərlə müqayisə ediləcək dərəcədə mühüm siyasi-iqtisadi və ticarət mərkəzlərindən biri olmuşdur.

Eramızın I əsrinə aid yunan və Roma yazılı mənbələrində (Pliniy) adı çəkilən qədim Kabala şəhəri təqribən 2000 il bundan əvvəl salınmışdır. Qədim şəhərin qalıqları müasir Qəbələnin yaxınlığında (ondan 15 kilometr məsafədə) Qaraçay və Covurluçay çaylarının arasındakı ərazidədir. Qəbələ şəhərinin özündə İmam Baba türbəsi (XVIII əsr) və Cümə Məscidi kimi abidələr qalmışdır.

Aydın havada Dəmiraparançayın sağ sahilində yerləşən bu ecazkar şəhərdən baxanda Azərbaycanın ən uca zirvəsini – Bazardüzü dağını görmək olar.

Bu ərazilərdə 1959-cu ildən müntəzəm qazıntı aparan Qəbələ arxeoloji ekspedisiyası şəhərin daha qədim və böyük hissəsini aşkara çıxarmışdır. Arxeoloji tədqiqatlar nəticəsində buranın eramızdan əvvəl IV – bizim eranın I əsrlərinə aid olduğu müəyyənləşdirilmişdir.

Əsrlər boyu Azərbaycan torpaqlarına göz tikən yadelli işğalçıların  amansız hücumlarına mərdliklə sinə gərən

Qəbələ şəhəri tarixin yaddaşına alınmaz, məğlubedilməz qala-şəhər kimi daxil olmuşdur.

Qəbələ rayonunun ərazisində tarix, mədəniyyət və memarlıq abidələri çoxdur. Bum kəndindəki məscid (XIX əsr), Əmili kəndindəki Alban məbədi (IV əsr), Bayramkoxa kəndindəki Ustacan qülləsi (IX əsr), Nic kəndindəki Hacı Qərib məscidi və Çotari alban kilsəsi, Həzrə kəndindəki Şeyx Bədrəddin və Şeyx Mənsur türbələri (XV əsr), Şəfili kəndindəki məqbərə (XVII əsr), eləcə də Həmzəlli kəndindəki Şıxbaba piri (XVI əsr) və Komrad dağının zirvəsindəki Komrad piri bu rayonu ziyarət edən turistləri başqa bir aləmə aparır.

Ümumiyyətlə, rayon ərazisində 90-dan çox tarixi, etnoqrafik, maddi-mədəniyyət abidəsi qeydə alınaraq mühafizə olunur.

Nic kəndinin yaxınlığındakı Yalovlu dağda eramızdan əvvəl III-I əsrlərdə insan məskənləri olmuşdur. Bu ərazidən dəmir bıçaqlar, xəncərlər, qılınclar, tuncdan hazırlanmış üzüklər, qızıl sırğalar, dəyirman daşları və başqa əşyalar aşkar edilmişdir. Azərbaycanın şimal ərazisində dağlıq və aran rayonlarda həmin dövrə aid arxeoloji mədəniyyət elmdə “Yaloylu mədəniyyəti” adlanır. Burada xalq sənəti növlərindən ağac emalı, dulusçuluq, xalçaçılıq geniş inkişaf etmişdir.

Hazırda rayonun Nic kəndində udinlər yığcam halda yaşayırlar. Qədim albanların sələfləri hesab edilən bu etnik qrup öz əcdadlarının ənənələrini, dilini, maddi və mənəvi mədəniyyətini bu günədək qoruyub saxlaya bilmişdir.

Nadir təbii-iqlim şəraiti, dağ havası, mineral bulaqları, gur şəlalələri, iti axan dağ çayları ilə seçilən, tarixi İpək Yolunun üstündə yerləşən qədim Qafqaz Albaniyasının paytaxtı Qəbələ şəhərinin qalıqları və onlarla digər tarixi abidələri ilə şöhrət tapmış Qəbələ rayonu bu gün çox böyük rekreasiya və turizm imkanlarına malikdir. Rayonda sosial-iqtisadi infrastrukturun sürətli inkişafı və yenilənməsi regionun turizm potensialının daha da güclənməsinə, turistlər üçün cəlbediciliyin artmasına təsir etmişdir.

Burada turizm infrastrukturunun inkişafı üçün çox böyük işlər görülür və Qəbələ dünya miqyasında turizm mərkəzlərindən birinə çevrilir. Hazırda rayonda 100-ə yaxın turizm-istirahət obyekti fəaliyyətdədir. Rayondakı turizm obyektləri  hər il keçirilən nüfuzlu sərgilərdə, dünya səviyyəli ixtisaslaşdırılmış yarmarkalarda iştirak edir.

Rayonda son illərdə turizm-istirahət komplekslərinin sayı sürətlə artmaqdadır. Xüsusilə İsmayıllı-Qəbələ və Qəbələ-Laza istiqamətlərində yaradılmış “Qafqaz Resort” oteli , “Sərin meşə”, “Duyma”, “Karvan”, “Yeddi gözəl”, “Sahil”, “Selbasar”, “Ay işığı”, “Qafqaz”, “Xanlar”, “Çənlibel”,  “Soyuq bulaq”, “ Gilan”,  “Qəbələ” pansionat və otellərində buraya  gələn qonaqların xoş istirahəti üçün hər cür şərait yaradılmışdır. Qəmərvan istisu müalicə sanatoriyası, Avropa standartlarına cavab verən  “Qafqaz SPA Sağlamlıq və Əyləncə Mərkəzi” istirahətə gələn turistlərin ən çox maraq göstərdikləri yerdir.

Turizmin inkişafı nəticəsində minlərlə yerli sakin işlə təmin olunmuşdur. Qəbələdə fəaliyyət göstərən Turizm və Otelçilik üzrə Peşə Tədrisi Mərkəzində müştəriyə xidmətin təşkili, qəlyanaltıların kulinar xarakteristikası, bar və bufet avadanlığından istifadə qaydaları, qida fiziologiyası, müxtəlif yeməklərin, şirniyyat və içkilərin hazırlanma texnologiyası tədris olunur. Barmen-bufetçi, ofisiant, aşpaz-qənnadıçı ixtisaslarına yiyələnən şagirdlər rayonun istirahət mərkəzlərində, otellərində təcrübə keçərək nəzəri dərslərdə öyrəndiklərini tətbiq edir və biliklərini dərinləşdirirlər.

Qəbələnin turizm sahəsində çalışanlar yaxşı bilirlər ki, xarici turistləri necə qarşılamaq lazımdır, onlar nəyi görmək, hansı adət-ənənələrlə tanış olmaq istəyirlər, milli mətbəximizin hansı yeməklərini daha çox xoşlayırlar, necə istirahət edirlər, hansı servisə üstünlük verirlər.

Bütün bunların nəticəsində hər il Qəbələdə xoş istirahət keçirmək istəyən xarici qonaqların sayı getdikcə artır. Onlardan bir çoxu mədəniyyətimizlə tanış olmaq, digərləri Qəbələnin ekzotik təbiətini seyr etmək, həmçinin Şərq qonaqpərvərliyinin şahidi olaraq möcüzəli Azərbaycan mətbəxinin təamlarından dadmaq, digərləri isə öz dostlarından və yaxınlarından Qəbələ barəsində eşitdikləri ən xoş duyğuları yaşamaq və təsdiqləmək üçün bu gözəl məkana gəlməyə can atırlar.

Təkcə ötən il Qəbələyə 30 min 450 turist səfər etmişdir. Onlardan 26 min 124-ü yerli, 4326 nəfəri isə xarici vətəndaş olmuşdur.

Heç təsadüfi deyildir ki, artıq ikinci ildir Heydər Əliyev Fondunun təşəbbüsü ilə burada Qəbələ Beynəlxalq Musiqi Festivalı keçirilir. Artıq ənənəyə çevrilmiş festival xarici qonaqlara Azərbaycan mədəniyyətini təqdim etməklə yanaşı, ölkəmizin, onun bir parçası olan Qəbələnin təbii gözəlliklərinin təbliği baxımından da mühüm əhəmiyyətə malikdir.

Qəbələdə regionda bənzəri olmayan və ən beynəlxalq standartlara cavab verən “Gilan” piano fabriki fəaliyyət göstərir. Hazırda dünyada populyarlıq qazanmış “Beltmann” markalı pianolar yalnız bu fabrikdə istehsal olunur.

Qəbələ təkcə özünün zəngin tarixi ilə deyil, həm də bərəkətli torpaqları, bol məhsullu meyvə bağları ilə məşhurdur.

Cənubi Qafqaz regionunda istehsal gücünə görə ən iri meyvə emalı müəssisəsi olan Qəbələ konserv zavodu hələ çox gənc olmasına baxmayaraq, artıq dünya standartlarına cavab verən məhsulları ilə Azərbaycan bazarında liderliyi ələ almışdır. Zavod Avropada istehsal olunmuş ən müasir avadanlıqla təchiz olunmuşdur. İtaliyadan, Türkiyədən, Rusiyadan dəvət edilən mütəxəssislər bu avadanlığın istismarında, eləcə də yerli ixtisaslı kadrların hazırlanmasında yaxından iştirak edirlər.

Azərbaycanın turizm mərkəzlərindən birinə çevrilmiş Qəbələ rayonunun ümumi ərazisinin 23,1 faizini meşə örtüyü tutur. Rayon qoz-fındıq və şabalıd bağları ilə məşhurdur. Dağ yamaclarında, dəniz səviyyəsindən 1000 metr yüksəklikdə məşhur şabalıd meşəsi yerləşir. Baharda şabalıd ağaclarının çiçək açması möhtəşəm bir mənzərə yaradır. Bu meşədəki ağaclar çox qədimdir. Onların hər birinin orta yaşı 500 ildən çoxdur. Ağaclardan bəziləri dövlət tərəfindən mühafizə olunan təbii abidələr siyahısına daxil edilmişdir.

Rayonun meşələrində və çöllərində ceyran, cüyür, ayı, canavar, dovşan, nəcib maral, vaşaq, meşəpişiyi, dələ, yenot, dağ keçisi, tülkü, qırqovul, kəklik, turac, göyərçin və yerli faunanı təmsil edən digər heyvanlara rast gəlmək olar.

Qəbələ rayonunda ərazisi 480 hektar olan Dövlət Tarix-Mədəniyyət Qoruğu fəaliyyət göstərir. Qoruq Çaqqalı, Səlbir, Qala adlanan üç əsas hissədən ibarətdir.

Bir sözlə öz dəyərli vaxtını mənalı keçirmək, qeyri-adi təbiətin qoynunda istirahət etmək və keyfiyyətli xidmət görmək istəyən insanlar üçün Qəbələ ideal bir məkandır.

Zəngin təbiət, gözəl dağ havası, qədim tarixlə yanaşı rayonun qonaqpərvər əhalisi də bu el-obanı gəzib-görmək istəyən hər bir insanı səbirsizliklə gözləyir.

Aidə Quluzadə

AZƏRTAC-ın müxbiri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STS 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib  YENİLƏNİB

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb

Bakıda “Youth Water Innovation Forum-2024” mövzusunda beynəlxalq konfrans keçirilib

İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib

“Hər şeydən öncə Vətəni sevin”- Rasim Balayev

Xeyrımlı sakinləri kəndlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər REPORTAJ

Fövqəladə hallar naziri Göygöl şəhərində vətəndaşları qəbul edib

Tərcümə Mərkəzinin kitabı beynəlxalq sərginin top siyahısında

Vyetnam parlamentinin sədri istefa verib

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşaya gəliblər

Türk ekspert: Erməni diasporu və rəsmi Parisin gərginliyi artırmaq cəhdləri faktlar qarşısında iflasa uğrayır

Akademik Zərifə Əliyevanın rəhbərliyi ilə gənc alimlər və həkim-oftalmoloqlar nəsli yetişib

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa  YENİLƏNİB

Görkəmli dilçi alim Zərifə Budaqovanın 95 illik yubileyi qeyd olunub

Azərbaycan Kuboku: Final oyununda nominal ev sahibi bəlli olub

“Miqrasiya orqanlarında sınaq keçmə Qaydaları”nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin QƏRARI

Qida Təhlükəsizliyi Agentliyinin sədri Ucarda vətəndaşları qəbul edəcək

Yaponiya yenin aşağı düşməsini dayandırmaq üçün zəruri tədbirlər görmək niyyətindədir

Finlandiya Prezidenti Bakıda keçiriləcək COP29-a dəvət olunub

BDU-da “Türk otağı” açılıb

® “Ziraat Bank Azərbaycan”dan Milli Suverenlik və Uşaq Bayramı Günü münasibətilə təşkil olunan tədbirə dəstək!

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB VİDEO

Baş prokuror Ağdaş rayonunda vətəndaşları qəbul edib

Azərbaycan və Qırğızıstan arasında elm və təhsil sahəsində çox mühüm irəliləyiş əldə olunacaq RƏY

Parlamentin Əmək və sosial siyasət komitəsi üç qanun layihəsini plenar iclasa tövsiyə edib

BMU-da “Gənc Tədqiqatçıların VIII Beynəlxalq Elmi Konfransı” keçirilir

“Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin kağız üzərində və elektron formada (ArcGİS proqramında mdb formatda) aktual qrafik təsviri”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib

Xocalı al lalələrlə bəzənib FOTO

Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq

Tələbələr beynəlxalq arxeoloji yay məktəbinə dəvət olunurlar

Minifutbol üzrə Azərbaycan millisinə yeni idman direktoru təyin edilib

Prezident İlham Əliyev: Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq

“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır

Prezident İlham Əliyev: COP29 qarşıdurma arenası olmayacaq

Qırğız Respublikasının rəqəmsal inkişaf naziri “ASAN xidmət”in fəaliyyət istiqamətləri barədə məlumatlandırılıb

Bakıdakı Rus evində “Barokko” adlı musiqili gecə keçiriləcək

"Sabah"ı çempion edən baş məşqçi: Azərbaycanı Avropada təmsil etməyə hazırıq

Nərimanov rayonunda saxlanılan narkokuryerdən 5 kiloqram marixuana aşkarlanıb

Hərbi Prokurorluqda geniş kollegiya iclası keçirilib

Bakıdakı Rus evində “Azyaşlı” tamaşası nümayiş etdiriləcək

Aşqarlar Kimyası İnstitutunda “Sabahın alimləri” ilə görüş keçirilib

Akrobatika gimnastikası üzrə Azərbaycan birinciliyi və Bakı çempionatı başa çatıb

Prezident İlham Əliyev: Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk

Azərbaycan Prezidenti: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb

Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər

Prezident: Təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaq

“Naxçıvançay 1” qum-çınqıl yatağında 2 hektar sahə hərraca çıxarılıb

Prezident İlham Əliyev: Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var

Türkiyə-Rusiya birgə monitorinq mərkəzindəki hərbi qulluqçular regionda sülhün təminatında böyük töhfələr veriblər

Dərinsulu Günəşli platformasında hasilat profilaktik işlər səbəbilə dayandırılıb

Sergey İstrakov: Regionun qurucu və münaqişəsiz inkişafı üçün mümkün olan hər şey edilib

Prezident İlham Əliyev Almaniyanın COP29 ilə bağlı Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib

Azərbaycan alimi Özbəkistan universitetlərində mühazirə oxuyub

Olaf Şolts: Demarkasiya ilə bağlı əldə edilmiş ilkin razılıqlar bizi sevindirir

Prezident İlham Əliyev: Son müddət Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayır

Bakı dairəvi avtomobil yolunun bir hissəsində təmir işləri başa çatıb

Prezident İlham Əliyevin Berlində Kansler Olaf Şolts ilə geniş tərkibdə görüşü keçirilib   YENİLƏNİB

MEK əməkdaşları beynəlxalq konfransda məruzə ediblər

Azərbaycan millisinin voleybolçusu Macarıstanda daha bir medal qazanıb

Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar Klinikası Balakəndə

® “GSMA M360 Eurasia 2024” konfransında ən son rəqəmsal tendensiyalar müzakirə ediləcək

Mahir Məmmədov: Gələn il bütün şahmatçılar Azərbaycan çempionatında iştirak edəcəklər

Finalda uduzan şahmatçı: İkinci yer də böyük uğurdur

General-polkovnik: Türkiyə-Rusiya hərbçiləri koordinasiyalı fəaliyyətin bariz nümunəsini sərgiləyiblər

Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib

Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB VİDEO

ETX “Məktəblinin dostu” layihəsinin regionlardakı əməkdaşları üçün təlim keçib

Prezident İlham Əliyevin Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü olub YENİLƏNİB

Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələrinin sədrləri Xankəndi şəhərinə gəliblər