Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Azərbaycanın hərtərəfli inkişafında gənclərin rolu danılmazdır

Qax, 2 fevral, Mustafa Dadaşov, AZƏRTAC

Azərbaycan Respublikasında gənclərlə iş sahəsinə dövlətimiz tərəfindən böyük diqqət və qayğı göstərilir. Gənclərin ölkənin ictimai-siyasi həyatında fəal iştiraka cəlb olunması, onların istək, rəy və təkliflərinə böyük önəm verilməsi dövlətin gənclərə qayğısının, bu yöndə apardığı siyasətin bariz nümunəsidir.

AZƏRTAC xəbər verir ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan 2 Fevral – Azərbaycan Gəncləri Günü Şəki-Zaqatala bölgəsi rayonlarında da silsilə tədbirlərlə qeyd olunub.

Əlamətdar gün münasibətilə fevralın 2-də Qax şəhərində keçirilən bayram tədbirinin iştirakçıları əvvəlcə Ulu Öndərin şəhərin mərkəzində ucaldılan abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

Tədbirdə rayon gənclər və idman idarəsinin rəisi Əlövsət Bayramov çıxış edərək, 2016-cı ilin Qax gəncləri üçün də əlamətdar və yaddaqalan olduğunu bildirib, ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasətindən bəhs edib. Azərbaycanda dövlət gənclər siyasətinin formalaşmasının ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayan idarə rəisi Ulu Öndərin respublikamıza rəhbərliyinin bütün dövrlərində sağlam gəncliyin, bu dövlətə sahib çıxa biləcək bir nəslin yetişməsinə çalışdığını diqqətə çatdırıb. Hazırda bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi vurğulanıb, gənclər siyasəti ilə bağlı imzalanan fərman və sərəncamların, qəbul edilən Dövlət proqramlarının yeniyetmə və gənclərin hərtərəfli inkişafı və qabiliyyətlərinin üzə çıxarılması üçün geniş imkanlar açdığı qeyd olunub.

Tədbirin sonunda ictimai-siyasi, təhsil, idman, incəsənət və digər sahələrdə uğur qazanan gənclərə fəxri fərman və qiymətli hədiyyələr təqdim edilib.

X X X

Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri ictimai-siyasi həyatın bütün sahələrində aktiv fəaliyyəti ilə seçilirlər. Ölkəmizdə gənclər siyasəti artıq dövlət siyasətinin mühüm tərkib hissəsinə çevrilib.

AZƏRTAC xəbər verir ki, bu fikir əlamətdar gün münasibətilə Şəki şəhərində keçirilən bayram tədbirində şəhər gənclər və idman idarəsinin rəisi Vüqar İskəndərovun çıxışında səsləndirilib.

Şəkinin paytaxt Bakıdan sonra gənclərin ən çox təşkilatlandığı şəhərlərdən biri olduğunu vurğulayan idarə rəisi hazırda Şəkidə gənclərlə iş sahəsi ilə bağlı 8 qeyri-hökumət təşkilatının, 12 gənclər və 8 vətənpərvər klublarının, həmçinin ictimai birliklərin fəaliyyət göstərdiklərini diqqətə çatdırıb. Bildirilib ki, 2016-cı il Şəki idmançıları üçün də uğurlu olub. Rayonun yetirmələri respublika və beynəlxalq səviyyəli yarışlarda 126 medal qazanıblar.

Musiqi və rəqs kollektivlərinin, gənc ifaçıların rəngarəng konsert proqramı ilə davam edən tədbirdə 2016-cı ildə rayonun ictimai-siyasi həyatında, yarış və müsabiqələrdə fərqlənənlərə, həmçinin müxtəlif nominasiyalar üzrə “İlin qalibi” adına layiq görülən gənclərə mükafatlar təqdim olunub.

X X X

Zaqatala gəncləri öz bayramlarını - Azərbaycan Gəncləri Gününü böyük ruh yüksəkliyi ilə qeyd ediblər.

AZƏRTAC xəbər verir ki, əlamətdar gün münasibətilə fevralın 2-də Heydər Əliyev Mərkəzində keçirilən ümumrayon tədbirinin iştirakçıları əvvəlcə Ulu Öndərin mədəniyyət və istirahət parkında ucaldılmış abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla anıblar.

Rayon rəhbərliyinin, fəal gənclərin iştirak etdiyi tədbirin əvvəlində ölkə və Zaqatala gənclərinin əldə etdiyi uğurlardan bəhs edən film nümayiş etdirilib.

Gənclər və idman idarəsinin rəisi Araz Əliyevin hesabat məruzəsində rayon gənclərinin 2016-cı ildə dövlət quruculuğu, təhsil, idman, incəsənət və digər sahələrdə qazandıqları uğurlardan ətraflı danışılıb.

Gəncləri əlamətdar bayram münasibətilə təbrik edən rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə ümummilli lider Heydər Əliyevin və onun layiqli davamçısı Prezident İlham Əliyevin gənclər siyasəti ilə bağlı imzaladıqları fərman və sərəncamların, qəbul edilən dövlət proqramlarının yeniyetmə və gənclərin hərtərəfli inkişafı üçün geniş imkanlar açdığını bildirib.

Çıxış edənlər ölkəmizin hərtərəfli inkişafında gənclərin rolunun danılmaz olduğunu vurğulayıblar.

Rayonun ictimai-siyasi həyatında fəal iştirak edən gənclərə diplom və qiymətli hədiyyələr təqdim olunub.

Tədbir konsert proqramı ilə başa çatıb.

X X X

Balakən rayonunun gənc idmançıları 2016-cı ildə respublika və beynəlxalq səviyyəli yarışlarda 16 dəfə birinci, 16 dəfə ikinci, 12 dəfə isə üçüncü yeri tutublar. Ötən il rayonun yetirməsi Rəsul Çunayev Olimpiya Oyunlarında yunan-Roma güləşi üzrə yarışlarda bürünc medal qazanıb. Taekvandoçu Şəhmir İbadov Varşavada keçirilən Avropa çempionatında ikinci, güləşçi Asxab Həmzətov Tbilisidə yeniyetmələr arasında dünya birinciliyində və İsveçdə keçirilən sərbəst güləş üzrə Avropa çempionatında üçüncü yeri tutub.

AZƏRTAC xəbər verir ki, bu faktlar 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə fevralın 2-də Balakəndə keçirilən tədbirdə səsləndirilib.

Tədbir iştirakçıları əvvəlcə YAP Balakən rayon təşkilatının inzibati binasının foyesində rayon gənclərinin əl işlərindən ibarət sərgi ilə tanış olublar.

Rayon rəhbərliyi və fəal gənclərin iştirak etdiyi tədbirdə çıxış edənlər Azərbaycanda dövlət gənclər siyasətinin ümummilli lider Heydər Əliyevin adı ilə sıx bağlı olduğunu, hazırda bu siyasətin dövlətimizin başçısı tərəfindən uğurla davam etdirildiyini bildiriblər. Vurğulanıb ki, Gənclər və İdman Nazirliyinin yaradılması, gənclər siyasəti sahəsində qəbul edilən normativ-hüquqi aktlar, gənclərin ümumrespublika forumlarının keçirilməsi gənclərlə iş sahəsinin hüquqi əsaslarının və icra mexanizmlərinin müəyyən edilməsində mühüm rol oynayıb. Qeyd olunub ki. Azərbaycan Prezidentinin 2015-ci il 26 yanvar tarixli Sərəncamı ilə təsdiq edilən “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası” gəncliyin inkişafında yeni mərhələnin təmin edilməsində böyük əhəmiyyətə malikdir.

Tədbirin sonunda fəal gənclər mükafatlandırılıblar.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Pedaqoji Universitetdə fəal tələbələr fakültəyə bir günlük rəhbərlik ediblər

Fizika fakültəsinin məzunları 50 il sonra ADPU-da görüşüblər

® “Beyin ölümü diaqnozunun təyininə multidissiplinar yanaşma” mövzusunda seminar keçirilib

BDU-da respublika elmi konfransı: 1918-ci il mart soyqırımı tarixi tədqiqatlarda

Türk dünyasında törədilən soyqırımları və onların nəticələri – konfrans

Neftçalada özünüməşğulluq proqramı çərçivəsində qurulmuş təsərrüfatlara baxış olub

Musiqili Teatrda Lütfəli Abdullayevin xatirəsi anılıb

BDU Elmi şurasının növbəti iclası

Culfada Yaycı soyqırımı qurbanlarının xatirəsi anılıb

Sofiya Universitetində “Yaz paralelləri: Azərbaycan-Bolqarıstan” sərgisi təşkil olunub

Baş katib: MDB Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurası Bakıda toplaşacaq

Sırski: Rusiya Xarkova hücum etsə, bura onlar üçün “ölümcül şəhər" olacaq

Pakistan Azərbaycanla İKT sahəsində gənclərin mübadiləsi proqramına başlamaq niyyətindədir

31 Mart – azərbaycanlıların soyqırımı tarixin hələ tam açılmamış səhifələrindəndir

Kənd təsərrüfatı nazirinin müavini Masallıda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Harvard Universitetinin təqaüdçüsü: Məqsədim Azərbaycanda astrofizika sahəsini daha çox inkişaf etdirməkdir - EKSKLÜZİV

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Premyer Liqa: “Neftçi” səfərdə “Qəbələ”ni məğlub edib

BDU-nun 105 illik yubileyi ilə əlaqədar tədbirlər planı hazırlanacaq

Azərbaycanlı şahmatçılar beynəlxalq turnirdə qələbə qazanıblar

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Kürdəmirdə vətəndaşları qəbul edib

Naxçıvanda ilk dəfə maralfalfa bitkisi əkilib

Milli Kitabxanada Əli Tudənin anadan olmasının 100 illiyi qeyd edilib

Azərbaycan-Çin əlaqələri - tarixi İpək yolundan başlanan dostluq

® “Azercell” gənclərin informasiya texnologiyaları sahəsində inkişafını dəstəkləməyə davam edir

BMT-nin İnkişaf Proqramı çərçivəsində COP29-la bağlı potensial tərəfdaşlıq müzakirə olunub

Ədəbiyyat Muzeyində “Soyqırımlarının qıra bilmədiyi sarsılmaz iradə” mövzusunda elmi sessiya keçirilib

Qubada aqrar sahənin investisiya imkanları və yeni çağırışlar müzakirə olunub

Rusiya XİN: Ermənistan quru yerdə qala bilər

® “Rabitəbank”dan yüksək keşbekli əməkhaqqı kartı!

Ceyhun Bayramov: Sülh prosesinin irəlilədilməsi istiqamətində yeni çağırışlar yaradan bir sıra addımlar prosesə maneə törədir

Biləsuvarda Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan elmi konfrans keçirilib

Naftalanda şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılıb

Xabi Alonso “Bayer”də qalacağını açıqlayıb

Harvard Universiteti qədim kitabın cildindən insan dərisini çıxarıb

Naxçıvanda Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş elmi konfrans keçirilib

AZAL martın 31-dən yay uçuş cədvəlinə keçir

“Bülbülün qonaqları” rubrikası növbəti dəfə Məmməd Səid Ordubadiyə həsr olunub

Məktəblərdə direktor müavini vəzifəsinə işə qəbul üzrə təkrar müsahibə keçirilir

İlahiyyat İnstitutunun “Qonağınız müəllimlərinizdir” layihəsi davam edir

Mərkəzi Gömrük Hospitalında 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş tədbir keçirilib

Quba şəhərindəki kütləvi məzarlıq 1918-ci il mart soyqırımının qanlı tablolarından biridir - elmi konfrans

“Telegram”da yeni funksiyalar olacaq

Təhsil müəssisəsində aşkar edilən qanunsuzluqlarla bağlı başlanmış cinayət işi məhkəməyə göndərilib

XƏBƏRDARLIQ: Hava şəraiti dəyişəcək, külək, yağış, qar, daşqın və sel gözlənilir

Aygün Zərbəliyeva: “Meta”da təxminən 20 nəfər azərbaycanlı çalışır

Rəcəb Tayyib Ərdoğan may ayında Vaşinqtona səfər edəcək

Aşqarlar Kimyası İnstitutunda mart soyqırımı qurbanlarının xatirəsi anılıb

Energetika naziri Qazaxda vətəndaşlarla görüşüb

“Everton”un sabiq futbolçusu ömürlük həbs oluna bilər

Türkiyədə bələdiyyə seçkilərinə hazırlıq başa çatıb

Gənclərə ətraf mühitin qorunması, alternativ enerji mənbələri mövzularında təlim keçirilib

31 Mart - tarixi yaddaşımızdan silinməyən soyqırımı

Məhkumların uşaqları həm əyləndi, həm öyrəndi

Tovuzda 40 yaşlı kişini “tok” vurub öldürdü VİDEO

“2026-cı ilə qədər 6000 keçmiş məcburi köçkünün peşə təliminə cəlb olunması nəzərdə tutulub” - AÇIQLAMA

® Mərkəzi Gömrük Hospitalının həkimi Almatıda keçirilən beynəlxalq elmi-praktik konfransda məruzə ilə çıxış edib

® “PAŞA Qrup” şirkətləri tərəfindən Novruz bayramı ərəfəsində növbəti sosial aksiya keçirilib

"Aqroservis" ASC-nin sədr müavini Zaqatalada vətəndaşları qəbul edib, təsərrüfatlarla tanış olub

“AzScienceNet” Şəbəkə İdarəetmə Mərkəzində “FileSender” xidməti istifadəyə verilib

Azərbaycan alimi nüfuzlu jurnalın redaksiya heyətinin üzvü seçilib

® “Unibank” biznes mobil bankçılıq üzrə ən yaxşı banklar siyahısındadır

Turizm və Menecment Universitetində 1918-ci il mart soyqırımına həsr olunan tədbir keçirilib

Türk Mədəniyyəti və İrsi Fondunun növbəti layihəsi – “Turk Discovery” yutub platforması

Bakıdakı təsnifat turnirində 33 ölkənin güləşçiləri mübarizə aparacaqlar

BMU-da Azərbaycanlıların Soyqırımı Günü qeyd olunub

Ömür boyu eyni yerdə işlədi, İkinci Dünya müharibəsindən sonra Türkiyəyə yollanmış atasını tapdı... Vəfalı oldu

Kukla Teatrında növbəti xeyriyyə aksiyası

Almaniyada kimlər daha çox pensiya alır?

Aqrar sığorta eksperti təlimi üçün müraciət müddəti uzadılıb

Havada toz müşahidə olunur

Mart soyqırımı amansızlığına və miqyasına görə bəşər tarixində ən qanlı faciələrdəndir RƏY

Qəsdən adam öldürməyə cəhd faktı ilə bağlı cinayət işi məhkəməyə göndərilib

Pasxa ərəfəsində Fransada təhlükəsizlik tədbirləri gücləndirilir

Ceyhun Kərəmov: Böyük Qayıdış regionda peşə təhsili sistemi üçün də yeni imkanlar açır - YENİLƏNİB VİDEO

Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcək

İsveçrənin hidrogen qatarı rekord vurub

“Meta” səsimizi dinləyirmi? Şirkətin London ofisində çalışan azərbaycanlı ilə MÜSAHİBƏ VİDEO

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2016-cı il 7 sentyabr tarixli 1617050000011400 nömrəli Qərarı ilə təsdiq edilmiş “Səyyar vergi yoxlamasının keçirilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının QƏRARI

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2015-ci il 19 may tarixli 1517050000003100 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının QƏRARI

Bu ilin fevralında Türkiyənin ticarət balansının kəsiri azalıb

Tədqiqat: Təbii və süni dadlandırıcılar qanda şəkəri azaldır

Bakıda informasiya texnologiyaları və onların tətbiqi üzrə 2-ci beynəlxalq konfrans keçiriləcək

Laçındakı Aqrosənaye parkında 46 müəssisə fəaliyyət göstərəcək

Qulu Ağsəsin “Görsən üşüyürsən...” adlı şeirlər kitabı çap olunub

Moskvada MDB İqtisadi Şurasının iclası keçirilib VİDEO

Türkiyədə ABŞ nümayəndə heyəti ilə Ukrayna müharibəsi və terrorizmlə mübarizə məsələləri müzakirə ediləcək

Argentina millisinin futbolçusunu hədələyən cinayətkarlar saxlanılıb

Yaz mövsümü və allergik xəstəliklər

Azərbaycan Premyer Liqasında daha 2 turun cədvəli məlum olub

Deputat: Mart soyqırımları bəşər tarixində ən qanlı faciələrdəndir

Əmək və əhalinin sosial müdafiəsi naziri Neftçalada vətəndaşları qəbul edib

Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək

Barselonada ekstremal quraqlıq hökm sürür

“Uğurlarımın arxasında duran ən böyük səbəb budur” – peşə məktəbi məzununun UĞUR HEKAYƏSİ

Azərbaycan Kubokunda yarımfinal mərhələsinin cavab oyunlarının proqramı açıqlanıb

Fransa dövləti və Daxili Təhlükəsizlik Baş İdarəsi məhbusu necə manipulyasiya edib?

Salyan sakinindən külli miqdarda heroin götürülüb

ABŞ-ın Ukraynaya yardımının ümumi məbləği 113 milyard dolları keçib

Sabah ölkə ərazisində hava şəraiti dəyişkən buludlu olacaq