İQTİSADİYYAT


Azərbaycanın hesabatı BMT-yə təqdim olunub

Bakı, 3 iyul, AZƏRTAC

Məlum olduğu kimi, Azərbaycan BMT üzvü olan dövlətlərin 17 Dayanıqlı İnkişaf Məqsədi və 169 hədəfi özündə birləşdirən yeni qlobal Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) qoşulub. Bu sahədə işlərin əlaqələndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 6 oktyabr 2016-cı il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası yaradılıb. Fərmana əsasən, Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının fəaliyyətinin təmin edilməsi məqsədilə Şuranın Katibliyinin yaradılması və funksiyalarının həyata keçirilməsi İqtisadiyyat Nazirliyinə həvalə edilib. Bununla əlaqədar olaraq, İqtisadiyyat Nazirliyində Şuranın Katibliyi yaradılıb.

Eyni zamanda, "Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik"dən irəli gələn məsələlərlə bağlı dövlət orqanlarının üzərinə düşən vəzifələrin icrasının yüksək səviyyədə təmin edilməsi məqsədilə Şura tərəfindən DİM üzrə sahə işçi qrupları təşkil edilib.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Milli Əlaqələndirmə Şurasının ikinci iclasında Nyu-Yorkda keçiriləcək Yüksək Səviyyəli Siyasi Forum üçün BMT-nin müəyyən etdiyi tematik plana uyğun olaraq 6 Dayanıqlı İnkişaf Məqsədi və hər il nəzərdən keçiriləcək Dayanıqlı İnkişaf üçün Qlobal Tərəfdaşlıq üzrə Azərbaycanın ilkin hesabatının hazırlanması qərara alınıb.

Bununla əlaqədar olaraq, Azərbaycan Respublikası Baş nazirinin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov tərəfindən BMT-nin baş katibinə ünvanlanmış məktuba əsəsən, Azərbaycan hesabat verəcək 44 ölkənin siyahısına daxil edilib.

Yüksək Səviyyəli Siyasi Forum üçün Azərbaycanın Könüllü Milli Hesabatı ilə bağlı Əsas Məqamlar BMT-nin İqtisadi və Sosial Şurasına təqdim olunub və BMT-nin rəsmi internet səhifəsində (www.sustainabledevelopment.un.org) yerləşdirilib.

Bundan əlavə, İqtisadiyyat Nazirliyinin rəhbərliyi, yerli ekspert və DİM-lər üzrə yaradılmış işçi qruplarının iştirakı ilə Yüksək Səviyyəli Siyasi Forum üçün Azərbaycanın Könüllü Milli Hesabatının yekun variantı aidiyyəti dövlət qurumlarının rəy və təklifləri nəzərə alınmaqla hazırlanıb və BMT-nin müəyyənləşdirdiyi prosedurlara uyğun olaraq Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası tərəfindən BMT-nin İqtisadi və Sosial Şurasına (ECOSOC) təqdim edilib. Hesabatla BMT-nin rəsmi internet səhifəsindən (www.sustainabledevelopment.un.org) tanış olmaq olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.