İDMAN


Azərbaycanın iki boksçusu “Bakı-2017”nin finalına yüksəlib

Bakı, 17 may, AZƏRTAC

IV İslam Həmrəyliyi Oyunlarında finala yüksələn boksçularımızın sayı ikiyə çatıb. Kamran Şahsuvarlının (75 kq) ardınca Teymur Məmmədov (91 kq) da həlledici döyüşə vəsiqə qazanıb.

AZƏRTAC xəbər verir ki, boksçumuz yarımfinalda suriyalı Eldin Qoussunu məğlub edib. İlk raundda rəqibini nokdauna da salan Olimpiya mükafatçımız yekunda 4:1 hesablı qələbə qazanıb.

T.Məmmədov mayın 18-də təşkil olunacaq finalda türkiyəli Burak Akşinlə qarşılaşacaq. Digər boksçumuz K.Şahsuvarlı isə qızıl medal uğrunda görüşdə qazaxıstanlı Tursunbay Kulahmetlə üz-üzə gələcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.