İDMAN


Azərbaycanın iki boksçusu IV İslam Həmrəyliyi Oyunlarının ən azı bürünc medalını təmin edib

Bakı, 14 may, S.Allahverdiyeva, H.Mahmudova, AZƏRTAC

IV İslam Həmrəyliyi Oyunlarında boks yarışlarının üçüncü günündə - mayın 14-də rinqə çıxan hər üç boksçumuz qələbə qazanıb.

AZƏRTAC xəbər verir ki, yarışa dörddəbir finaldan başlayan Cavid Çələbiyevin (60 kq) rəqibi türkiyəli Hakan Doğan olub. Dünya çempionumuz türkiyəli rəqibini 5:0 hesabı ilə məğlub edib. Bununla da 25 yaşlı idmançımız ən azı bürünc medalı təmin edib. Bu, boks yığmamızın təmin etdiyi ilk medaldır. Cavid Çələbiyev mayın 17-də baş tutacaq yarımfinalda qazaxıstanlı Sultan Zaurbəy ilə döyüşəcək.

Tamerlan Abdullayev (69 kq) mübarizəyə səkkizdəbir finaldan başlayıb. O, türkmənistanlı Muhemmetmirat Sahedova 5:0 hesabı ilə qalib gələrək dörddəbir finala yüksəlib. Boksçumuz bu mərhələdə qətərli Tulasimaraam Tarumalinqam ilə üz-üzə gələcək. Döyüş mayın 15-də keçiriləcək.

London Olimpiadasının bürünc, birinci Avropa Oyunlarının qızıl medalçısı Teymur Məmmədov (91 kq) isə mübarizəyə dörddəbir finaldan start verib. O, yarımfinala gedən yolda Özbəkistan boksçusu Sardorbek Beqaliyevdən üstün olub – 5:0. Beləliklə, T.Məmmədov ən azı bürünc medalı təmin edib. Boksçumuz yarımfinal döyüşünü mayın 17-də keçirəcək. Onun rəqibi isə Eldin Qoussun (Suriya) olacaq.

IV İslam Həmrəyliyi Oyunlarının boks yarışları mayın 18-də başa çatacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.