İDMAN


Azərbaycanın iki boksçusunun ilk rəqibləri dəqiqləşib

Bakı, 17 iyun, AZƏRTAC 

Xarkovda keçirilən boks üzrə Avropa çempionatında Azərbaycan millisinin daha iki üzvünün ilk rəqibi dəqiqləşib.

AZƏRTAC xəbər verir ki, 64 kq çəki dərəcəsində rinqə çıxacaq Lorenzo Sotomayor səkkizdəbir finalda fransalı Vahid Hambli ilə gücünü yoxlayacaq.

Olimpiya mükafatçımızın rəqibinin adı yarışın birinci günündə məlum olub. Fransalı boksçu 1/16 finalda Rumıniya təmsilçisi Fredi Çiobanunu 5:0 hesabı ilə məğlub edərək L.Sotomayora rəqib olub. Görüş iyunun 19-da baş tutacaq.

Çempionatda 91 kiloqramdan yuxarı çəki dərəcəsində mübarizə aparacaq Məhəmmədrəsul Məcidov isə səkkizdəbir finalda Petar Belberovla (Bolqarıstan) üz-üzə gələcək. İkiqat dünya çempionumuzun rəqibinin adına 1/16 final döyüşündən sonra aydınlıq gəlib. Belaruslu Aleksandr Kaleyevi mübarizədən kənarlaşdıran bolqarıstanlı ilk mərhələdən azad olan təmsilçimizlə qarşılaşmaq hüququ əldə edib. M.Məcidovun da ilk görüşü iyunun 19-da olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.