İDMAN


Azərbaycanın iki komandası dairəvi stend üzrə qarışıq komanda yarışının finalına vəsiqə qazanıb

Bakı, 17 may, Məhərrəm Əlioğlu, AZƏRTAC

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın daha iki komandası dairəvi stend üzrə qarışıq komanda yarışının finalına yüksəlib.

AZƏRTAC xəbər verir ki, birinci komandamızda Niyaz Ağazadə və Regina Meftahətdinova, ikinci komandamızda isə Emin Cəfərov və Nurlana Cəfərova birincilik uğrunda mübarizə aparacaqlar. Hər iki komandamız 89 xalla finala vəsiqəni təmin ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.